Yumurta bahalaşacaq?
Digərləri 29 Yan 2024 16:36:00 268 0
Son vaxtlar ölkəmizdən xaricə, xüsusilə də Rusiyaya yumurta ixracı xeyli artıb. Bu vəziyyət daxili bazarda yumurta qiymətlərinin artacağı ilə bağlı söz-söhbətlərin artmasına səbəb olub.
Bəs, yumurta bahalaşa bilərmi?
Son.az bildirir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib ki, hazırda narahatlığa heç bir əsas yoxdur:
"Doğrudan da son vaxtlar yumurta ixracında artım müşahidə olunur. Yanvar ayının geridə qalan dövründə 17 milyon ədəd yumurta ixrac etmişik. Bunun da 10 milyondan artığı Rusiyaya, qalanı isə Yaxın Şərq ölkələrinə - İraqa, Küveytə, Qətərə və BƏƏ-yə göndərilib.
Nəzərə alaq ki, ölkə əhalisinin yumurtaya gündəlik ehtiyacı 3 milyon 600 min ədəddir. Bu ehtiyac da artıqlaması ilə ödənilir. Əvvəllər biz gündə 4,5-5 milyon civarında yumurta istehsal edirdik. Amma bu gün gündəlik yumurta istehsalı 5,5 milyon ədədi keçib.
İstehsal artdığı üçün sahibkarlarımız xarici bazara daha çox yumurta satırlar. İxracdakı artımın tək səbəbi budur.
İxracın artması nə daxili bazarda qıtlığa, nə də qiymət artımına səbəb olmayacaq. Çünki istehsalda problem yox, dinamika var. Hazırda ölkəmizdə fəaliyyət göstərən şirkətlərin 90 faizi öz istehsalını artırıb".
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Ermənistan Xarici işlər nazirinin müavininin ölkəsinin Qarabağa UNESCO mi
Əgər Tramp həqiqətən də 24 saat ərzində müharibəni bitirsə, xoşbəxt
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanı təhrik edir və C
Aktrisa Pərvin Abıyeva sosial şəbəkə üzərindən etdiyi canlı yayımda a
İstanbul-Antalya reysi ilə uçan Türk Hava Yollarına məxsus təyyarəni ild
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla X
Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif
Astarada azyaşlının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ba
Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsil
М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind
Avropa pulemyot quraşdırıla bilən maşınlar göndərməkdən daha böyük a
Yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə