Fransa Azərbaycanla Ermənistan arasında sülh olmasını istəmir


Siyasət 19 Yan 2024 09:43:00 344 0

Fransa Azərbaycanla Ermənistan arasında sülh olmasını istəmir

"Azərbaycana qarşı qərəzli siyasətini davam etdirən rəsmi Paris artıq bütün diplomatik normaları pozaraq nəinki ölkəmizin daxili işlərinə müdaxilə etmək istəyir, eyni zamanda ölkələrarası münasibətləri pozmaqdan da çəkinməyərək açıq formada qarayaxma kampaniyası aparır.Yanvarın 17-də Fransa Senatında ötən ilin dekabrın 1-də təklif edilmiş partiyalararası qətnamə müzakirə edilib və səsə qoyulub. Tamamilə həqiqətdən uzaq, əsassız, Yelisey sarayının sifarişi əsasında hazırlanmış absurd bəyanatlarla dolu bu sənəd fransalı parlamentarilərin mütləq əksəriyyətinin sanki "ürəyindən xəbər verib". Senatın 337 üzvündən 336-sı Fransa üçün rəzalət sayıla biləcək bu sənədin lehinə səs verib".

Son.az xəbər verir ki bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib. Deputat bildirib ki, həmin parlamentarilər öz müraciətlərində hətta Azərbaycana qarşı cəza sanksiyalarının qəbul olunmasına da çağırış ediblər: "Fransanın anti-Azərbaycan siyasəti artıq bütün qırmızı çizgiləri keçib. Məhz bu səbəbdən ötən gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib. Bəyanatda Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Senatın 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnaməyə tutarlı cavab verilib". Sevil Mikayılova söyləyib ki, son illərdə müəyyən təlimatlar əsasında açıq irqçi, anti-Azərbaycan və islamofob fəaliyyətini daha da intensivləşdirən, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq meydan oxuyaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hörmətsizlik göstərməkdə davam edən Fransa siyasi dairələrinə, o cümlədən Senatına və Milli Assambleyasına bir daha xatırlatmaq yerinə düşər ki, Azərbaycanın Fransa ilə əlaqələri olmasa da, olar. O cümlədən Fransa Azərbaycanla əlaqələri olmadan da davam edə bilər. Lakin onilliklər ərzində qurulmuş münasibətləri sındırıb dağıtmaqda bu ölkənin məqsədi nədir? Əgər söhbət Ermənistanın maraq və mənafeyi uğrunda canfəşanlıqdan gedirsə, Azərbaycan 30 illik işğal və münaqişəyə son qoyaraq hazırda qonşu ölkə ilə normallaşma prosesini irəliyə aparır. Bu məsuliyyətli dönəmdə Parisin tutduğu mövqe təbii ki, onun öz maraq və mənafeyini çirkin yollarla təmin etməkdən irəli gəlir". Deputatın sözlərinə görə, əslində bu cür düşüncəsiz və heç bir əsası olmayan anti-Azərbaycan mövqeyi özünü daim Avropada demokratiyanın beşiyi adlandıran Fransanın əsl simasını ifşa edir. "Şübhə yoxdur ki, Paris regionda sabitlik tərəfdarı deyil. Daha konkret desək, Fransa Ermənistanla Azərbaycan arasında sülh əldə olunmasını istəmir. Son aylar, xüsusilə keçən il sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra Ermənistan-Azərbaycan şərti sərhədində tam sakitliyin hökm sürməsi və heç bir münaqişəli halın baş verməməsi, görünür, Fransanı qane etmir. Elə bu səbəbdən də Fransa müxtəlif vasitələrə əl ataraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərə mane olmağa çalışır", - deyə müsahibim qeyd edib. Sevil Mikayılova əlavə edib ki, bütün təzyiq və hücumlar Azərbaycan tərəfindən layiqli cavablandırılır: "Azərbaycan parlamentinin Fransa ilə bağlı sənəd qəbul etməsi ilə yanaşı, bu ölkə ilə siyasi və iqtisadi əlaqələrə yenidən baxılması üzərində də düşünülməlidir. Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinin, xüsusilə də "Total" neft şirkətinin ölkəmizdən çıxarılması müzakirə predmetinə çevrilə bilər. Çünki bu şirkətin Azərbaycanın "Abşeron" qaz yatağındakı payından gəlir əldə etməsi və bu gəlirin bir hissəsinin əleyhimizə siyasət yürüdən Fransa büdcəsinə daxil olması heç də məntiqli görünmür". Deputat yekunda vurğulayıb ki, Fransa öz neokolonialist siyasətinə nəzər salaraq, müasir reallıqlarda törətdiyi tarixi cinayətləri etiraf etməli, hüquqları pozulmuş milyonlarla günahsız insanın haqqını qaytarmalıdır. Fransa Senatının bu problemlərin həlli ilə məşğul olması daha məqsədəuyğundur. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məşhurla yuxuda seks: Bu NƏ DEMƏKDİR? like
  • 19 Yan 05:05  
Digərləri Məşhurla yuxuda seks: Bu NƏ DEMƏKDİR?

Leonardo DiKaprio və ya Maykl B. Cordan ilə öpüşərkən özünüzü heç tu

arrow Ətraflı
Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yol tikintisindən görüntülər like
  • 18 Yan 23:25  
Digərləri Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən yol tikintisindən görüntülər

Azərbaycan Respublikasının əsas hissəsini Naxçıvan Muxtar Respublikası i

arrow Ətraflı
"Sosial şəbəkədə haranı açırsan Xatirə" like
  • 18 Yan 19:29  
Şou-biznes "Sosial şəbəkədə haranı açırsan Xatirə"

"Heç bir verilişə getmirəm, efirə getmirəm. Amma sosial şəbəkələ

arrow Ətraflı
Qaribaşvili Azərbaycan və Ermənistanın tezliklə sülh müqaviləsi imzalayacağına ümid edir like
  • 18 Yan 19:24  
Dünya Qaribaşvili Azərbaycan və Ermənistanın tezliklə sülh müqaviləsi imzalayacağına ümid edir

"Gürcüstanın qonşu Azərbaycan və Ermənistanla yaxın münasibətlər

arrow Ətraflı
Ən stressli bürclər  Onlar üçün həyat çox çətindir like
  • 18 Yan 19:18  
Digərləri Ən stressli bürclər Onlar üçün həyat çox çətindir

Çox adam iş və şəxsi həyatın stressindən narahatdır. Bəzi bürclərin

arrow Ətraflı
Repetitorlar hazırlıq qiymətlərini 30 faiz BAHALAŞDIRDI  VİDEO like
  • 18 Yan 19:13  
Digərləri Repetitorlar hazırlıq qiymətlərini 30 faiz BAHALAŞDIRDI VİDEO

Bir müddətdir ki, fərdi repititorluq qiymətlərində artım müşahidə olun

arrow Ətraflı
"Klon" serialının aktrisasının son halı  FOTOlar like
  • 18 Yan 19:07  
Şou-biznes "Klon" serialının aktrisasının son halı FOTOlar

Reytinq rekordları qıran Braziliya serialı "Klon"da Xədicə obraz�

arrow Ətraflı
İçkilisən? 10 manat ver, "ayıq" yazılsın  VİDEO like
  • 18 Yan 17:54  
Digərləri İçkilisən? 10 manat ver, "ayıq" yazılsın VİDEO

Sərxoşluğun Ekspertizası Mərkəzində saxta arayış verilməsi ilə bağl�

arrow Ətraflı
Zakir Həsənov slovakiyalı həmkarı ilə görüşüb like
  • 18 Yan 17:49  
Digərləri Zakir Həsənov slovakiyalı həmkarı ilə görüşüb

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi s

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 18 Yan 17:44  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyənin Elazığ bölgəsində zəlzələ baş verib.

arrow Ətraflı
Aygünün hesabı oğurlandı: belə qorunun  Ekspert like
  • 18 Yan 17:39  
Şou-biznes Aygünün hesabı oğurlandı: belə qorunun Ekspert

İnstaqram və Feysbuk hesabının oğurlanmaması üçün öncə sosial şəbə

arrow Ətraflı
Kürəkənini öldürən qayınata könüllü təslim oldu like
  • 18 Yan 17:32  
Kriminal Kürəkənini öldürən qayınata könüllü təslim oldu

17:32 Yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin �

arrow Ətraflı