Qaribaşvili Azərbaycan və Ermənistanın tezliklə sülh müqaviləsi imzalayacağına ümid edir
Dünya 18 Yan 2024 19:24:00 292 0
"Gürcüstanın qonşu Azərbaycan və Ermənistanla yaxın münasibətləri və tərəfdaşlığı var, onlar dost və qardaş ölkələrdir".
Bu xəbəri də oxu: Blinken fransalı həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə etdi
Son.az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumunun panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, hər iki dövlətin liderinin ikitərəfli müstəvidə əlaqə yaratmaqda maraqlı olduğunu və bunu düzgün yol hesab etdiyini vurğulayıb.
"İki il əvvəl mənim vasitəçilik cəhdim oldu. Bizim ilk vasitəçiliyimiz uğurlu oldu, Azərbaycan saxlanılmış 15 ermənini azad etdi və Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritəsini verdi. Bu uğurlu cəhd idi. Lakin bu çox mürəkkəb bir vəziyyətdir. Biz regionda bir çox oyunçuların olduğunu başa düşürük. Əlavə etmək istərdim ki, bilirəm ki, Azərbaycan və Ermənistanın liderlərinin mövqeyi bundan ibarətdir ki, onlar bir-biriləri ilə ikitərəfli səviyyədə əlaqə yaratmaq istəyirlər. Mən şəxsən düşünürəm ki, bu düzgün yoldur, çünki bu qədər çox vasitəçi ilə, bu qədər çox maraqlı tərəflə proses bəzən daha mürəkkəb və qeyri-məhsuldar ola bilər. Ona görə də mən onlara uğurlar arzu edirəm. Mən həqiqətən də ümid edirəm ki, onlar həll tapa biləcəklər və tezliklə sülh müqaviləsini imzalayacaqlar", - Qaribaşvili bildirib. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Çox adam iş və şəxsi həyatın stressindən narahatdır. Bəzi bürclərin
Bir müddətdir ki, fərdi repititorluq qiymətlərində artım müşahidə olun
Reytinq rekordları qıran Braziliya serialı "Klon"da Xədicə obraz�
Sərxoşluğun Ekspertizası Mərkəzində saxta arayış verilməsi ilə bağl�
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi s
İnstaqram və Feysbuk hesabının oğurlanmaması üçün öncə sosial şəbə
17:32 Yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin �
2023-2024-cü tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 59 or
ATV-nin efirində yayımlanan "El canlı" verilişinin növbəti qona�
Keyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin se
Yaxın və Orta Şərqdə gərginlik və münaqişə vəziyyətində olan ölkə
Növbədənkənar prezident seçkilərində "exit-poll" keçirmək ü�
"Ancaq bir sənətçi ilə duet oxuyaram. Onun sənətini, mahnılarını,