Kişi bir səhvə görə işini, ailəsini və evini itirdi
Dünya 09 Yan 2024 23:33:00 275 0
Kişi bir məclisdəki bir qərarın həyat yoldaşını, evini və işini itirməsinə səbəb olan fəlakətli hadisələr zəncirini necə başlatdığını paylaşıb.
Bu xəbəri də oxu: ATƏTin yeni sədri Kiyevdə Zelenski ilə görüşdü
Son.az lent.az-a iatinadən xəbər verir ki, Li Daulinq bir dəfə kokaini sınamağa həvəslənib və bu qərar ona hər şey bahasına başa gəlib.
Tezliklə asılılığı güclənən tab gətirən 44 yaşlı Li narkotik aludəçiliyini aradan qaldırmaq üçün ev əşyalarını satmağa başlayıb.
Asılılıq o qədər dağıdıcı olub ki, ailə vəsaitlərini öz ehtiyacları üçün istifadə etdikdən sonra arvadı onu evdən qovub. Bundan sonra Li anasının yanına köçüb, lakin o, narkotik asılılığını örtmək üçün onun əmlakını satdığı üçün buradan da qovulub.
Daha sonra o, "Mançester Yunayted"in keçmiş futbolçusu Lu Makarinin yaratdığı "Makari mərkəzi" xeyriyyə təşkilatına sığınıb və 2019-2021-ci illərdə orada yaşayıb.
"Narkotiklərlə ilk dəfə qarşılaşanda ailəm, evim, karyeram və s. var idi. Amma tezliklə ailəmdən pul oğurlamağa, onların əşyalarını satmağa başladım. Mənimlə həyat dözülməz oldu.
Həyat yoldaşım məni evdən qovdu və boşanmaq üçün məhkəməyə müraciət etdi. Sonra anamın yanına köçdüm. Bir il onunla yaşadım, hər şey təkrarlanana qədər. Mən onu soymağa, əşyalarını satmağa davam etdim, o da məni qovdu. Sonra "Makari mərkəzi"nə düşdüm".
Li 2021-ci ildə keçmiş cinayətkarları dəstəkləyən Nacro assosiasiyasından kömək istəyib və keçən il bərbər kimi vəsiqə qazanıb.
Li indi "Makari mərkəzi"ndə sakinlər üçün saç düzümü edir və kassir işləyir. İki ildir ki, narkotikdən istifadə etmir.
Dönüş nöqtəsi problemi tanımaq və yardımı qəbul etmək idi. Adam başa düşüb ki, narkotik mənim əsl problemim deyil, özüdür.
"Köməyə əl uzatmaq və onu qəbul etmək vacibdir. Bu mənim ilk addımım idi. Anladım ki, kömək istəyə bilərəm və kömək etmək istəyən insanlar var".
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Şirvan şəhəri yaxınlığında neft quyusunda dəlmə işləri aparılan zam
Çində dünyanın ən hündür tərəvəz ferması açılıb. Ferma 20 mərtəb
Yaşıl çayı pəhrizinizə daxil etmək hipertoniya riskini azaldır və yüks
İndoneziyada polis kəsim məntəqəsinə aparılan 226 iti daşıyan yük maş
"Qızıl Qlobus" mükafatına namizəd olan Taylor Svift mərasimin ap
Bakının Baş Planının təsdiq edilməsi sənədsiz evlərin sənədləşməs
Yeni il üçün qadınlara kürk və brilyant hədiyyə etmək lazımdır.
Qərb ölkələri bir neçə il Ukraynaya dəstək verməyə hazırdır.
Cənubi Koreya parlamenti ölkədə it əti ticarətini qadağan edib.
"Sığorta mexanizmini təkmilləşdirmək lazımdır"
"Son 10 gündə neftin dünya bazar qiymətində 6 faiz azalma qeydə alın
Türkiyənin İstanbul şəhər məhkəməsi məsciddə imamı bıçaqlayan şə
ABŞ-ın Azərbaycana qarşı guya dini etiqad azadlığının və ya tolerantl�
Ölkəmizdə müxtəlif xidmət sahələrinin nağdsızlaşdırmaya inteqrasiya