Bu il mənzilini sığortalamayanı nə gözləyir?


Digərləri 09 Yan 2024 22:05:00 221 0

Bu il mənzilini sığortalamayanı nə gözləyir?

"Sığorta mexanizmini təkmilləşdirmək lazımdır"

İlin təzələnməsi ilə özəl mülklərin, o sırada mənzillərin sığortalanması məsələsi yenidən gündəmə gəlib. Artıq sığorta şirkətlərindən telefonlara müqavilə bağlamağa çağırış edən mesajlar və xəbərdarlıqlar gəlməyə başlayıb. 

Bəs evlərin sığortalanması məcburidirmi və bunu etməyənləri cərimə gözləyirmi? 

Xatırladaq ki, "İcbari sığortalar haqqında" Qanunun tələblərinə əsasən, 2012-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına başlanılıb. Daşınmaz əmlaka görə bir illik icbari sığorta haqqı Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır.

Yanğın, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; təbii fəlakətlər və s. sığorta hadisəsi hesab olunur. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla, qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir.

"İnzibati Xətalar Məcəlləsi"nin 469-cu maddəsinə əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub.

Daşınmaz əmlakı sığorta etdirmək üçün 2 sənəd - şəxsiyyət vəsiqəsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd ("kupça") tələb olunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

Son.az xəbər verir ki, musavat.com-un suallarını cavablayan hüquqşünas Əkrəm Həsənov bildirib ki, "İcbari sığortalar haqqında" Qanuna görə, 2011-ci ildən daşınmaz əmlakın sığortası məcburidir: "Ev, mənzil, qeyri-yaşayış sahəsi və s. fərqi yoxdur, hər biri sığortalanmalıdır. Lakin əksər vətəndaşlar bunu etmirlər. İndiyə kimi buna görə heç kim cəzalandırılmayıb. Yerli icra hakimiyyəti orqanları cərimə tətbiq edə bilərlər, lakin onlar bunu etmirlər. Hər bir vətəndaş sığorta şirkətini seçməli və sığorta prosesini həyata keçirməlidir. Sığortalanma hər il olmalıdır. Əksər vətəndaşlar sığorta prosesindən yayındığı üçün cərimələmə də olmur. Bu, sığorta şirkətləri üçün gəlir mənbəyidir. Buna görə də vətəndaşların dövlət tərəfindən cərimələnməsi onların marağındadır. Dövlət isə bunu etmir. Xatırlatmaq yerinə düşər ki, bu məsələ ilk dəfə 2019-cu ilin sonunda gündəmə gəlmişdi. O zaman sığorta şirkətlərinin agentləri vətəndaşlara zəng edirdilər, binalara elanlar yapışdırırdılar. Dövlət qurumları bu məsələyə münasibət bildirməmişdilər.  Hələ o zaman bəlli idi ki, bu, sığorta şirkətlərinin oyunudur. 2020-ci ilin əvvəlində dövlət başçısı İlham Əliyev məsələyə münasibət bildirərkən qeyd etmişdi ki, cərimələmək çıxış yolu deyil, maarifləndirmək lazımdır. Mən də hesab edirəm ki, insanlar bunun vacib olduğunu başa düşməlidirlər. Lakin indiyə kimi maarifləndirmə işləri görülməyib. Pandemiya dövründə nisbətən unudulsa da, indi yenidən gündəmə gəlir. Hesab edirəm ki, sığorta şirkətlərinin nə qədər marağı olsa da, vətəndaşların da marağı olmalıdır. Daşınmaz əmlakın sığortası özü-özlüyündə müsbət hadisədir, çünki hadisə baş verdikdə, əmlaka ziyan dəydikdə ödənişi etmə halı yaranır. Bir tərəfdən bu sığorta növünün icbari olması düzgün deyil. Əksər ölkələrdə bu proses könüllü həyata keçirilir. İcbari sığorta başqasına dəyən zərərin ödənilməsini ehtiva edir. Düşünürəm ki, sığorta mexanizmini təkmilləşdirmək lazımdır".  

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Deputatdan neftin qiyməti və manatla bağlı VACİB açıqlama like
  • 09 Yan 21:59  
Digərləri Deputatdan neftin qiyməti və manatla bağlı VACİB açıqlama

"Son 10 gündə neftin dünya bazar qiymətində 6 faiz azalma qeydə alın

arrow Ətraflı
İstanbul məhkəməsi məscidin imamını yaralayan şəxsi həbs edib like
  • 09 Yan 21:54  
Dünya İstanbul məhkəməsi məscidin imamını yaralayan şəxsi həbs edib

Türkiyənin İstanbul şəhər məhkəməsi məsciddə imamı bıçaqlayan şə

arrow Ətraflı
Azərbaycana teztez edilən hücumun səbəbi like
  • 09 Yan 21:50  
Dünya Azərbaycana teztez edilən hücumun səbəbi

ABŞ-ın Azərbaycana qarşı guya dini etiqad azadlığının və ya tolerantl�

arrow Ətraflı
Taksi sürücüləri nağdsız ödənişləri niyə qəbul etmək istəmir? like
  • 09 Yan 21:45  
Digərləri Taksi sürücüləri nağdsız ödənişləri niyə qəbul etmək istəmir?

Ölkəmizdə müxtəlif xidmət sahələrinin nağdsızlaşdırmaya inteqrasiya

arrow Ətraflı
Prezident seçkilərində ilk dəfə səs verəcək gənclər üçün seminarlar davam edir like
  • 09 Yan 21:40  
Digərləri Prezident seçkilərində ilk dəfə səs verəcək gənclər üçün seminarlar davam edir

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılı

arrow Ətraflı
42 yaşlı keçmiş "mələk" bikinidə görüntüləndi  FOTOlar like
  • 09 Yan 21:36  
Şou-biznes 42 yaşlı keçmiş "mələk" bikinidə görüntüləndi FOTOlar

42 yaşlı Alessandra Ambrosionun bikinili fotoları gündəm olub.

arrow Ətraflı
Dünyada yayılan quş qripinin Azərbaycana təsiri var? like
  • 09 Yan 21:24  
Digərləri Dünyada yayılan quş qripinin Azərbaycana təsiri var?

Bir neçə ölkədə quş qripi xəstəliyi yenidən yayılıb.

arrow Ətraflı
Təyyarədən düşən telefonu salamat tapdı like
  • 09 Yan 21:21  
Digərləri Təyyarədən düşən telefonu salamat tapdı

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ABŞ-nin "Alaska Airlines&

arrow Ətraflı
Türkiyənin Türkmənistana elektrik avadanlıqları ixracı 150 milyon dolları ötüb like
  • 09 Yan 20:55  
Digərləri Türkiyənin Türkmənistana elektrik avadanlıqları ixracı 150 milyon dolları ötüb

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Türkmənistana elektrik avadan

arrow Ətraflı
Xüsusi Təyinatlıların ŞOK ƏMƏLİYYATI  "Ördəklər"in lideri SAXLANILDI like
  • 09 Yan 20:50  
Digərləri Xüsusi Təyinatlıların ŞOK ƏMƏLİYYATI "Ördəklər"in lideri SAXLANILDI

Türkiyənin Hatay vilayətində Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətk

arrow Ətraflı
Bakıda 4 yaşlı uşaq 53 maqnit udub like
  • 09 Yan 20:27  
Digərləri Bakıda 4 yaşlı uşaq 53 maqnit udub

Bakıda 4 yaşlı uşaq 53 ədəd maqnit oyuncaq udub.

arrow Ətraflı
Blinkenlə Netanyahunun görüşünün təfərrüatları like
  • 09 Yan 20:20  
Dünya Blinkenlə Netanyahunun görüşünün təfərrüatları

ABŞ dövlət katibi Antoni Blinkenin İsrailin Baş naziri Benyamin Netanyahu i

arrow Ətraflı
Minlərlə insan etiraz aksiyası etdi like
  • 09 Yan 20:14  
Dünya Minlərlə insan etiraz aksiyası etdi

Banqladeşdə minlərlə insan seçkilərin nəticəsi ilə razılaşmayaraq, pa

arrow Ətraflı