Prezident seçkilərində ilk dəfə səs verəcək gənclər üçün seminarlar davam edir
Digərləri 09 Yan 2024 21:40:00 247 0
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarlar davam edir.
Son.az xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti və 1 nömrəli Bakı Tibb Kollecində 8 yanvar tarixində baş tutan məlumat sessiyalarında səsvermə hüququna malik yüzlərlə tələbə iştirak edib. MSK nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, eləcə də seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Maarifləndirici seminarların keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
Qeyd edək ki, seminarlar ötən ilin 27 dekabr tarixindən etibarən təşkil edilməyə başlanılıb və səsvermə hüququna malik 3500-dən çox tələbəni əhatə edib. Bu günədək ümumilikdə 20-dək təhsil müəssisəsində həyata keçirilən maarifləndirici seminarlar davamlı xarakter daşıyır və ölkə üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində davam etdirilməsi nəzərdə tutulub.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
42 yaşlı Alessandra Ambrosionun bikinili fotoları gündəm olub.
Bir neçə ölkədə quş qripi xəstəliyi yenidən yayılıb.
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ABŞ-nin "Alaska Airlines&
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Türkmənistana elektrik avadan
Türkiyənin Hatay vilayətində Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətk
Paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsi 42 və Bakıxanov qəsəbəsi Sa
"Evin içində beş addım atıram, boğuluram"
ABŞ dövlət katibi Antoni Blinkenin İsrailin Baş naziri Benyamin Netanyahu i
Banqladeşdə minlərlə insan seçkilərin nəticəsi ilə razılaşmayaraq, pa
İmişli şəhər icra nümayəndəsinin müavini Elvin Heydər oğlu Babayev h�
Ermənistan Müdafiə Nazirliyinin Basarkeçərdəki N saylı hərbi hissəsinin
Rusiyanın Müdafiə Nazirliyi Ukrayna ordusunun yeni PUA hücumunun qarşısın
İranın Fərdis şəhərində kosmetika istehsal edilən müəssisədə güclü