Bakının Baş Planının təsdiqi sənədsiz ev problemini kökündən HƏLL EDƏCƏK?
Digərləri 09 Yan 2024 22:25:00 286 0
Bakının Baş Planının təsdiq edilməsi sənədsiz evlərin sənədləşməsi prosesini gündəmə gətirib.
Bu xəbəri də oxu: Türkiyədə təyyarə qəzaya uğradı Yaralı var
Son.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, Baş Planın təsdiq edilməsinin sənədsiz evlərə çıxarış verilməsinə ciddi təsiri olmayacaq.
"Ölkədə qanunsuz tikililər ən çox Bakı və Abşeron yarımadasının payına düşür. Sənədsiz evlər paytaxtın mərkəzi hissələrində deyil, kənar hissələrində yerləşir. Sənədsiz evlərə çıxarış verilməsi üçün qanunda müvafiq dəyişikliklər aparılmalıdır. Hökumət artıq bununla bağlı ilk addımlar atır", - o vurğulayıb.
Ekspert qeyd edib ki, paytaxın mərkəzi hissəsinə yaxın sənədsiz evlərin çoxu Keşlə, NZS, Xutor qəsəbələrində və az sayda Yasamal rayonu ərazisindədir.
"Belə yerlərdəki sənədsiz evlərə gələcəkdə baxış keçiriləcək. Yaşayış təyinatlı torpaqlardırsa, statusu olduğu kimi qalacaq. Torpaqların təyinatı başqadırsa, Azәrbaycan Respublikasının Şәhәrsalma vә Tikinti Mәcәllәsinə uyğun olaraq həmin torpaqların təyinatı dəyişdirilməlidir. Qanunla beş ildən bir torpaqların təyinatına baxılmalıdır. Bu qanunda nəzərdə tutulsa da, ancaq baxılmır. Bakının Baş Planının təsdiq edilməsindən sonra artıq buna əsas yaranıb", - deyə o, əlavə edib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri"nin İdarə Heyətinin sədri Nigar Alimova bildirmişdi ki, sənədsiz evlərlə bağlı ilkin konsepsiya sənədi hazırlanıb.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Yeni il üçün qadınlara kürk və brilyant hədiyyə etmək lazımdır.
Qərb ölkələri bir neçə il Ukraynaya dəstək verməyə hazırdır.
Cənubi Koreya parlamenti ölkədə it əti ticarətini qadağan edib.
"Sığorta mexanizmini təkmilləşdirmək lazımdır"
"Son 10 gündə neftin dünya bazar qiymətində 6 faiz azalma qeydə alın
Türkiyənin İstanbul şəhər məhkəməsi məsciddə imamı bıçaqlayan şə
ABŞ-ın Azərbaycana qarşı guya dini etiqad azadlığının və ya tolerantl�
Ölkəmizdə müxtəlif xidmət sahələrinin nağdsızlaşdırmaya inteqrasiya
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılı
42 yaşlı Alessandra Ambrosionun bikinili fotoları gündəm olub.
Bir neçə ölkədə quş qripi xəstəliyi yenidən yayılıb.
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ABŞ-nin "Alaska Airlines&
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Türkmənistana elektrik avadan
Türkiyənin Hatay vilayətində Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətk