Cənubi Koreyada it əti ticarəti qadağan edildi
Dünya 09 Yan 2024 22:13:00 279 0
Cənubi Koreya parlamenti ölkədə it əti ticarətini qadağan edib.
Bu xəbəri də oxu: Məşhur "Hollywood" yanır VİDEO FOTO
Son.az APA-a istinadən xəbər verir ki, Cənubi Koreya parlamenti ölkədə heyvanlarla bağlı vəziyyətin yaxşılaşdırılması məqsədilə qədim ənənə hesab edilən it əti yeyilməsini və satışını qadağan edən qanun layihəsini dəstəkləyib.
Qeyd olunub ki, koreyalı ictimai fəallar ölkədə it ətinin istifadəsinin qadağan edilməsi məqsədilə uzunmüddətli kampaniyalar aparıblar. Əsas narazılıq itlərin elektroşokla öldürülüb asıldığı sallaqxanalarla bağlı olub. İt fermerləri isə prosesin daha "insani" yollarla həyata keçirildiyini bildiriblər.
İt ətindən istifadənin qadağan edilməsinə dəstək Prezident Yoon Suk Yeolun dövründə daha da artıb. Onun 6 iti, birinci xanımın isə 8 pişiyi olduğu bildirilir.
Hakim partiya tərəfindən təklif edilən qanun layihəsini 208 lehinə, 2 bitərəf olmaqla parlament üzvlərinin mütləq əksəriyyəti dəstəkləyib. Qanunun pozulmasına görə 22 800 dollar cərimə nəzərdə tutulub.
Məlumata görə, Cənubi Koreyada it ətindən əsasən ölkədə rütubətli iqlimə dözümün artırılması məqsədilə istifadə edilir. Hazırda it əti yemək praktikasının ölkədə çox az hallarda baş verdiyini, əsasən yaşlılar tərəfindən istifadə edildiyi bildirilir.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
"Sığorta mexanizmini təkmilləşdirmək lazımdır"
"Son 10 gündə neftin dünya bazar qiymətində 6 faiz azalma qeydə alın
Türkiyənin İstanbul şəhər məhkəməsi məsciddə imamı bıçaqlayan şə
ABŞ-ın Azərbaycana qarşı guya dini etiqad azadlığının və ya tolerantl�
Ölkəmizdə müxtəlif xidmət sahələrinin nağdsızlaşdırmaya inteqrasiya
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılı
42 yaşlı Alessandra Ambrosionun bikinili fotoları gündəm olub.
Bir neçə ölkədə quş qripi xəstəliyi yenidən yayılıb.
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ABŞ-nin "Alaska Airlines&
Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Türkmənistana elektrik avadan
Türkiyənin Hatay vilayətində Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətk
Paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsi 42 və Bakıxanov qəsəbəsi Sa
"Evin içində beş addım atıram, boğuluram"