Baş plan təsdiq edildi: evlərin qiyməyi bahalaşacaq?
Digərləri 08 Yan 2024 22:21:00 313 0
Əhali proqnozları əsasında aparılmış hesablamalara görə, 2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Bu xəbəri də oxu: Dörd BÜRC tezliklə böyük sürprizlə üzləşəcək
Baş planın təsdiqi Bakıda mənzillərin qiymətinə necə təsir edəcək?
Son.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə paytaxtın mərkəz hissələrində demək olar boş yer olmadığını bildirib.
"Baş planın təsdiqi ilə 2040-cı ilə qədər paytaxtda söküntü və tikinti işləri aparılacaq. Bu da öz növbəsində mənzil qiymətlərinə öz təsirini göstərəcək. Plandan görünür ki, paytaxtın mərkəzi hissələrində binalar az sayda tikiləcək.
Ümumilikdə isə fərdi evlərin söküntüsü, onların yerində yenilərinin tikilməsi aparılacaq. Bu özü də bir xərc yaradacaq. Bina tikintisi ilə məşğul olan sahibkarlar özləri də qeyd edirlər ki, xərclər artıb.
Əsasən torpağın və inşaat materiallarının qiyməti bahalaşıb. Ola bilər ki, Bakının mərkəzi hissələrində hündürmərtəbəli binaların tikintisinə məhdudiyyət qoyulacaq. Az miqdarda binanın tikilməsi, ancaq bunun qarşılığında tələbin yüksək olması qiymətlərə təsir göstərəcək", - deyə o, əlavə edib.
Ekspert bu il paytaxtda mənzillərin qiymətinin necə olacağına da toxunub:
"Bu il paytaxtın mərkəzinə yaxın yeni hündürmərtəbəli binalarda bir kvadratmetrin qiymətinin 2000 manatdan yuxarı, tam mərkəzdə isə 3000 mindən yuxarı olacağı gözlənilir. Yeni tikililərin qiymətinin bahalaşması köhnə binalardakı mənzillərin də qiymətinin bahalaşmasına səbəb olacaq".
Qeyd edilib ki, Baş planda əhalinin mənzil tələbatının ödənilməsi üçün təqribən 9 000 ha sahə nəzərdə tutulub. Bu ərazi isə təxminən 200,0 min mənzil deməkdir. Bu, 2027-ci ilədək yaranacaq 49,97 min, 2040-cı ilədək yaranacaq 92,85 min mənzil tələbatını ödəmək üçün kifayət edəcək.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
ABŞ Dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanına səfər edib.
Rusiyanın Novqorod vilayətində M-11 şosesində yol-nəqliyyat hadisəsində
Yaşından və bədən ölçüsündən asılı olmayaraq hər kəs mini geyinə
Ekvadordakı "Los Çoneros" cinayətkar qruplaşmasının rəhbəri h�
Ermənistanda Müdafiə Nazirliyinin adı açıqlanmayan əməkdaşı qəza tör
Ukrayna yardımların kəsilməsi səbəbindən ərazilərini itirə bilər.
Slovakiyada prezident seçkiləri 2024-cü il martın 23-də keçiriləcək.
Belarus prezidenti Aleksandr Lukaşenko imzaladığı qanun layihəsi ilə özü
Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda çimərlikdə gəzən vətənd
Xüsusilə temperaturun yüksəldiyi bu günlərdə orqanizmimizdə həyati funk
Braziliyanın Bahia ştatında turist avtobusunun yük maşını ilə toqquşmas
Naxçıvan şəhərində iki avtomobil toqquşub, xəsarət alan var.
Ayaq biləyində iz buraxan corablar bəzi xəstəliklərin əlaməti ola bilər
Fransanın Baş naziri Elizabet Born vəzifəsindən azad edilməsi ilə bağlı