Prezidentliyə nаmizədin qeydə alınması üçün sənədlərin MSKya təqdim edilməsi müddəti başa çatıb
Digərləri 08 Yan 2024 18:21:00 302 0
Prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatıb.
Bu xəbəri də oxu: Kosmonavt kosmosda ölsə nə baş verər?
Son.az report-a istinadən xəbər verir ki, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.
Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edib.
Qeyd edək ki, bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
MSK hazırki ana qədər İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.
--------
09:08
Bu gün prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatır.
Son.az report.az-a istinadən xəbər verir ki, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.
Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edəcək.
Bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.
Xatırladaq ki, MSK 2023-cü il dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub.
MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da Namizəd Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib.
Ötən ilin dekabrın 31-də isə MSK-nın iclasında namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub.
MSK-nın bu il yanvarın 6-da keçirilən toplantısında isə Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alınıb.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
İstanbulda avtobusda dəhşətli hadisə baş verib.
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirlik
Xəbər verdiyimiz kimi, "Maska" şousunda "Cəngavər" mask
Bakı şəhərinin Baş planının icrasına xərclənəcək vəsait açıqlanı
Müğənni Nadir Qafarzadə vəfatından sonra heç kimin onun yasına gəlməsi
Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 15-dək bəzi yer
2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı 2022
İsrail qırğınının dördüncü ayında Blinken "ayıldı". Əslin
Türkiyədə ictimai nəqliyyat üçün nəzərdə tutulan gediş haqqı artır�
Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunan fenomen Dilan Polat
İndoneziyada polis kəsim məntəqəsinə aparılan 226 iti daşıyan yük maş
Ermənistan "xeyriyyə qurumları" adı altında Fransadan dəstək al
Aygün Aydın qızı Hümmətova 22 avqust 1975-ci ildə çoxuşaqlı ailədə a
Cari tədris ilində ləğv edilən və ya birləşdirilən ümumtəhsil məktə