Bu tarixdə Bakıya qar yağacaq


Digərləri 08 Yan 2024 16:53:00 150 0

Bu tarixdə Bakıya qar yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 15-dək bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Son.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, son onilliklərdə qış fəslində soyuq günlərin sayı azalır, isti günlərin sayı isə artır: "Ölkəmizdə şaxtalı, qarlı günlərin sayının azalması, qışın daha mülayim keçməsi müşahidə olunur. Çoxillik meteoroloji muşahidələrə görə son 10 ildə yanvar ayında havanın orta aylıq temperaturu iqlim normasindan 0.1-2.1 dərəcə yüksək olub. Lakin, bəzi illərdə bununla yanaşı, anomal soyuq proseslər də müşahidə olunur.

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra ölkəmizdə qış fəslinə xarakterik, qarlı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Belə ki, yanvarın 10-u şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir".

Xidmət rəisi qeyd edib ki, yağıntılı hava şəraiti yanvarın 12-si səhərədək fasilələrlə davam edəcək. Yanvarın 12-si axşam əsasən şimal və qərb rayonlarında, 13-ü axşamdan isə əksər rayonlarda havanın yenidən yağıntılı olacağı və 15-dək davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, xüsusilə Naxçıvan, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Dağlıq Şirvan, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgələrində yağıntıların intensiv olacağı ehtimalı var. Yanvarın 14-15-də gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var:

"Bakıda və Abşeron yarımadasında yanvarın 10-da axşam hava şəraitinin yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi, 13-ü axşamdan 15-dək isə bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir". N.Mahmudovun sözlərinə görə, yanvar ayının 10-da günün birinci yarısında Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, maksimal sürətinin 18-23 m/s, gecə və səhər bəzi yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Əhalini bir daha küləkli günlərdə ehtiyatlı olmağa çağırırıq.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Türkiyənin kimyəvi maddə ixracı 30 milyard dolları ötüb like
  • 08 Yan 16:51  
Digərləri Türkiyənin kimyəvi maddə ixracı 30 milyard dolları ötüb

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı 2022

arrow Ətraflı
İsrail bacarmadı, çökür: Blinken Ankaraya like
  • 08 Yan 16:46  
Dünya İsrail bacarmadı, çökür: Blinken Ankaraya

İsrail qırğınının dördüncü ayında Blinken "ayıldı". Əslin

arrow Ətraflı
İstanbulda avtobus və taksilər bahalaşdı like
  • 08 Yan 16:45  
Digərləri İstanbulda avtobus və taksilər bahalaşdı

Türkiyədə ictimai nəqliyyat üçün nəzərdə tutulan gediş haqqı artır�

arrow Ətraflı
Polat cütlüyü həbsdə olaola gözəllik mərkəzi açdırdı like
  • 08 Yan 16:41  
Şou-biznes Polat cütlüyü həbsdə olaola gözəllik mərkəzi açdırdı

Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunan fenomen Dilan Polat

arrow Ətraflı
Möhsün Səravani like
  • 08 Yan 16:29  
Digərləri Möhsün Səravani

İranın dini rəhbəri Əli Xameneinin ofisinin müşaviri Möhsün Səravani �

arrow Ətraflı
226 iti kəsimə aparanlar like
  • 08 Yan 16:24  
Dünya 226 iti kəsimə aparanlar

İndoneziyada polis kəsim məntəqəsinə aparılan 226 iti daşıyan yük maş

arrow Ətraflı
Ermənistan "xeyriyyə qurumları" adı altında Fransadan dəstək almağa davam edir like
  • 08 Yan 16:19  
Digərləri Ermənistan "xeyriyyə qurumları" adı altında Fransadan dəstək almağa davam edir

Ermənistan "xeyriyyə qurumları" adı altında Fransadan dəstək al

arrow Ətraflı
15 yaşda evdən qaçdı, əmisi onu öldürmək istədi like
  • 08 Yan 16:14  
Şou-biznes 15 yaşda evdən qaçdı, əmisi onu öldürmək istədi

Aygün Aydın qızı Hümmətova 22 avqust 1975-ci ildə çoxuşaqlı ailədə a

arrow Ətraflı
Ölkədə bir sıra məktəblər BAĞLANACAQ? like
  • 08 Yan 16:11  
Digərləri Ölkədə bir sıra məktəblər BAĞLANACAQ?

Cari tədris ilində ləğv edilən və ya birləşdirilən ümumtəhsil məktə

arrow Ətraflı
Velosiped zolaqlarına baryerlər quraşdırıldı like
  • 08 Yan 16:04  
Digərləri Velosiped zolaqlarına baryerlər quraşdırıldı

Bakı şəhərinin mərkəzi hissələrindəki küçə və prospektlərə çəki

arrow Ətraflı
Paytaxtda kurort turizminin inkişafı üçün ərazi ayrılıb like
  • 08 Yan 15:59  
Digərləri Paytaxtda kurort turizminin inkişafı üçün ərazi ayrılıb

2040-cı ilədək Bakıda kurort turizminin inkişafı üçün təxminən 169,8

arrow Ətraflı
“Azərlotereya” yeni ilə böyük uduşlarla başladı like
  • 08 Yan 15:58  
Digərləri “Azərlotereya” yeni ilə böyük uduşlarla başladı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru

arrow Ətraflı
İrandan Türkiyəyə Zəngəzur like
  • 08 Yan 15:54  
Dünya İrandan Türkiyəyə Zəngəzur

İran Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni nəqliyyat və infrastruktur

arrow Ətraflı
Holli Beyli ana oldu like
  • 08 Yan 15:49  
Şou-biznes Holli Beyli ana oldu

"Kiçik su pərisi" filmində "Ariel" adlı baş qəhrəman�

arrow Ətraflı
"Heç kimin varlığı mənə darlıq etmir" like
  • 08 Yan 15:29  
Şou-biznes "Heç kimin varlığı mənə darlıq etmir"

Xalq artisti "10-da görüşək" verilişinin qonağı olub.

arrow Ətraflı