Kamaləddin Qafarov: “ Mərkəzi Asiya ölkələri ilə münasibətlər dinamik inkişaf edəcək”


Siyasət 17 Sen 2023 11:00:00 357 0

Kamaləddin Qafarov: “ Mərkəzi Asiya ölkələri ilə münasibətlər dinamik inkişaf edəcək”

"Ölkə Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsidir.  Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri yeni mərhələdə yüksək dinamika ilə inkişaf edir. Azərbaycan Prezidentinin cari il sentyabrın 14-də Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı da bunu bir daha sübut edir." Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. "Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Düşənbə Sammitində çıxış edən möhtərəm dövlət başçımız bu məqamları bir daha vurğuladı və bildirdi ki, ölkələrimizin otuz ildən artıq müddətdə müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli qarşılıqlı fəaliyyəti, bir-birilərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmələri, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirmələri səmərəli əməkdaşlığın siyasi göstəriciləridir. Xatırladaq ki, Azərbaycan ilə Tacikistan arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci il martın 15-də isə "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə" imzalanıb"       

K.Qafarov qeyd edib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında mövcud iqtisadi əməkdaşlığın əsasında nəqliyyat-logistika sahəsi dursa da, son illər bu əməkdaşlığın şaxələndirilməsi üçün möhkəm zəmin yaradılıb: "Təbii ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətlərində aparıcı yeri məhz nəqliyyat və logistika sahəsi tutur. Bu gün həmin ölkələrdən  Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən etibarlı və sərfəli daşınma marşrutları məhz Azərbaycandan keçir. Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Buna paralel olaraq son illər ölkələrimiz arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılır. Prezident İlham Əliyevin öz çıxışında  qeyd etdiyi kimi, artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsində önəmli sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına maraqları da getdikcə artır. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkələnməsinə xidmət edir."

Millət vəkili Azərbaycan ilə Tacikistan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq  deyib: "Bu gün Azərbaycan və Tacikistan həm beynəlxalq strukturlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Bu əməkdaşlığın xüsusilə ticari-iqtisadi, sənaye kooperasiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün çox yaxşı perspektivlər mövcuddur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin aprel ayının 5-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə bu ölkəyə etdiyi dövlət səfəri də Azərbaycan-Tacikistan əməkdaşlıq əlaqələrinin inkişafına və daha da dərinləşməsinə böyük töhfə olmuşdur. Dövlətimizin başçısının bu səfəri Tacikistanın Prezidenti tərəfindən də iki ölkə arasında münasibətlərin aktual məsələlərini ətraflı müzakirə etmək və yeni artım nöqtələrini müəyyənləşdirmək üçün yaxşı fürsət kimi dəyərləndirilmişdir. Hər iki ölkənin dövlət başçısı həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetirir. Ölkələrimiz arasında imzalanmış ikitərəfli sənədlər isə əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsi və tamamlanması baxımından xüsusi önəm kəsb edir".

Hüseyn Cavidə görə qəzəbə tuş gələn Xalq artisti like
  • 17 Sen 10:49  
Kriminal Hüseyn Cavidə görə qəzəbə tuş gələn Xalq artisti

Son.az Kulis.az-a istinadən xanəndə haqqında maraqlı faktları təqdim edir

arrow Ətraflı
Hacıqabulda ağır yol qəzası like
  • 17 Sen 10:39  
Digərləri Hacıqabulda ağır yol qəzası

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
Bu gün XİNə işə qəbul imtahanı keçirilir like
  • 17 Sen 10:37  
Digərləri Bu gün XİNə işə qəbul imtahanı keçirilir

Bu gün Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün

arrow Ətraflı
Zeynəb Həsənini "Torqovı"da meymun DİŞLƏDİ like
  • 17 Sen 10:25  
Şou-biznes Zeynəb Həsənini "Torqovı"da meymun DİŞLƏDİ

Müğənni Zeynəb Həsənin başına bədbəxt hadisə gəlib.   Son.az biz

arrow Ətraflı
Qaraciyəri bərpa edən like
  • 17 Sen 10:13  
Digərləri Qaraciyəri bərpa edən

Yağlı qıdaların, şirniyyatların çoxlu miqdarda istehlakı qaraciyərdə p

arrow Ətraflı
Xəzər dənizində zəlzələ olub like
  • 17 Sen 10:01  
Digərləri Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
Erməni silahlılarının növbəti təxribatının qarşısı alındı like
  • 17 Sen 10:00  
Digərləri Erməni silahlılarının növbəti təxribatının qarşısı alındı

Saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yer

arrow Ətraflı
Moskvaya dron hücumu oldu like
  • 17 Sen 09:49  
Dünya Moskvaya dron hücumu oldu

Rusiyanın Moskva vilayətinə dron hücumu olub.

arrow Ətraflı
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək like
  • 17 Sen 09:37  
Digərləri Bu gün dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda in

arrow Ətraflı
Yenidən sevgili olduqlarını belə təsdiqlədi like
  • 17 Sen 09:25  
Şou-biznes Yenidən sevgili olduqlarını belə təsdiqlədi

Türkiyəli aktrisa Müjde Uzmanla müğənni Sinan Akçıl yenidən eşq yaşad

arrow Ətraflı
Leysan yağışlar həyatı iflic etdi  Sakinlər təxliyə olunacaq like
  • 17 Sen 09:13  
Dünya Leysan yağışlar həyatı iflic etdi Sakinlər təxliyə olunacaq

Yaponiyanın cənub-qərbində ən azı 51 min insana güclü yağışların sə

arrow Ətraflı
Ordumuzun mövqeləri atəşə tutuldu like
  • 17 Sen 09:02  
Digərləri Ordumuzun mövqeləri atəşə tutuldu

Sentyabrın 17-i saat 00:20-dən 00:40-dək Ermənistan silahlı qüvvələrinin

arrow Ətraflı
Maddələr mübadiləsini sürətləndirən like
  • 17 Sen 09:00  
Digərləri Maddələr mübadiləsini sürətləndirən

Maddələr mübadiləsini gücləndirmək və çəkini idarə etmək yaşlandıq

arrow Ətraflı
Bunlar dərinizi qurudur like
  • 17 Sen 08:08  
Digərləri Bunlar dərinizi qurudur

Payız aylarında ən çox qarşılaşdığımız dəri problemi quruluqdur. Üz

arrow Ətraflı
Düşbərə, xəngəl sevənləri gözləyən 2 xəstəlik like
  • 17 Sen 07:00  
Digərləri Düşbərə, xəngəl sevənləri gözləyən 2 xəstəlik

İçlikli xəmir yeməkləri - mantı, pelmeni, bizdə düşbərə, xəngəl orq

arrow Ətraflı