Ermənistanla yeni müharibə olacaq? Ekspert
Siyasət 14 Sen 2023 11:26:00 389 0
Azərbaycanın Ermənistanla müharibə etmək üçün nə hansısa bəyanatı, nə də həvəsi var. Amma lokal xarakterli toqquşmanın olması mümkündür. Bu da Ermənistanın davranışlarından asılı olacaq.
Bu xəbəri də oxu: Prezident: Biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov son vaxtlar Ermənistan rəsmilərinin sərhəddə eskalasiyanın mümkünlüyü haqda açıqlamalarını şərh edərkən deyib.
"Yəni əgər Ermənistan təxribatlarına davam edəcəksə, Azərbaycan Ordusunun mövqeylərinə problem yaradacaqsa, atəş açacaqsa, əlbəttə ki, Azərbaycan buna lazım olan cavabı verəcək. Müharibə sözünü unudun! Ermənistan rəsmiləri bu gün də ağlına gələni deyir. Onlar bu gün yanlız ərazilərimizdən qeyri-qanuni silahlı birləşmələrini çıxarmağı düşünməlidir. Bu gün dünya hüququ ölü vəziyyətdədir. Yəni hüquq müstəvisində Azərbaycanın ərazilərində qeyri-qanuni silahlı birləşmələr var və Azərbaycan onların çıxmasını tələb edir.
Azərbaycan maksimum çalışır ki, hərbi toqquşmalar baş verməsin. Olacağı təqdirdə isə biz bunu heç kimdən gizlətmirik. Çünki söhbət Azərbaycan ərazilərindən gedir. Kim nə düşünür düşünsün. Azərbaycan Ordusu öz sərhədləri çərçivəsində istənilən tapşırığı yenirə yetirmək iqtidarında və gücündədir", - Cəfərov bildirib.
Ekspert qeyd edib ki, Ermənistan gah Avropa platformasında, gah da diplomatik istiqamətdə Azərbaycanı davamlı olaraq hədəfə gətirir:
"Bu erməni və ona havadarlıq edənlərin hərəkətləridir. Ermənistanın Azərbaycanla baş-başa gələcək gücü yoxdur. Əgər olsaydı, bunu çoxdan edərdilər. Paşinyan da bilir ki, onun indiki ordusu ilə hansısa bir nəticəyə nail ola bilməz. Ona görə də o, maksimum çalışır ki, silahlı toqquşma baş verməsin. Biz bu gərginliyi bir az kənarda axtarmalıyıq. Ermənistana söz verib, onu qızışdırıb, oyuna salanlar var. Amma təbii ki, sonda zərbə Ermənistanın özünə dəyir".
11 dövlət qurumunda vəzifələrin tutulması məqsədilə daxili müsahibə e
Ekstremal hava şəraiti səbəbindən bütün dünyada çay suyunun keyfiyyəti
Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəs
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərdə silah
"Nar"ın sosial layihəsi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Ass
Sentyanrın 14-ü saat 09 radələrində Oğuz rayonunun Mollalı kəndindəki m
Ötən gün Kəlbəcərdə çətin relyefli ərazidə yol qəzasında həlak ola
Britaniyalı məşhur müğənni Ed Şiran Las-Veqasda tanımadığı adamların
Avropa İttifaqı azərbaycanlı milyarder Fərhad Əhmədova qarşı sanksiyala
Tədris ilinin başlanması münasibətilə Milli Müdafiə Universitetinin Cəm
Arazdəyəndə, Azərbaycanla sərhəddə inşa olunan "erməni-amerikan&qu
Ötən ilin sentyabr ayında, eləcə də 2021-ci ilin may və noyabr aylarında
Ermənistanın baş naziri Nikol Paşinyanın "POLITICO Europe" nəşr
Azərbaycanda at belində bankomatdan pul çıxaran kişi gündəm olub.
Sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitə