Rəsmi Bakı: Ermənistan hər an təxribat törədə bilər
Siyasət 14 Sen 2023 10:50:00 424 0
Ötən ilin sentyabr ayında, eləcə də 2021-ci ilin may və noyabr aylarında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı törədilmiş növbəti təxribatlara cavab olaraq ölkəmizin gördüyü tədbirlərin nəticələrini Ermənistan ərazilərinin işğalı kimi təqdim edilməsi Ermənistan tərəfinin siyasi avantürasının tərkib hissəsidir.
Bu xəbəri də oxu: "Bu artıq ajiotaj deyil, ermənilər qorxuya düşüblər" Yunus Oğuz
Azərbaycanın suveren torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlayan, 2020-ci il Vətən müharibəsinin nəticələrinə baxmayaraq, Azərbaycana məxsus 8 kəndi Azərbaycana təhvil verməyən, üçtərəfli bəyanata zidd olaraq, erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən hələ də çıxarmayan, davamlı hərbi təxribatlar törədən Ermənistanın Azərbaycanı işğalda təqsirləndirməsi saxtakarlıq nümunəsi olmaqla yanaşı, reallıqların təhrif edilməsidir.
Müharibə və hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüququn pozuntularını müvafiq olaraq araşdıran, bu kimi halların törədilməsində şübhəli bilinən şəxslərlə bağlı istintaq aparan Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi Xocalı soyqırımı daxil, azərbaycanlılara qarşı insanlıq əleyhinə törətdiyi cinayətlərdən fəxrlə danışması hər kəsə məlumdur.
Azərbaycanın Qarabağ bölgəsinə istinadlarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü şübhə altına alan Ermənistan tərəfinin bölgədə qüvvə toplamasını ört-basdır etməsi və hər an törədə biləcəyi təxribat səylərindən fikir yayındırmaq cəhdləri ciddi təhdid mənbəyidir.
Bölgədə sülh və sabitliyin əsas şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı sözdə və əməldə iddialardan əl çəkməsi, bütün erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarması, revanşist siyasətə və əməllərə son qoymaqdır.
Ermənistanın baş naziri Nikol Paşinyanın "POLITICO Europe" nəşr
Azərbaycanda at belində bankomatdan pul çıxaran kişi gündəm olub.
Sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitə
"Ötən illərdə də 15 sentyabrda paytaxtda sıxlıq müşahidə olunurdu
ABB mobile tətbiqində daha bir məhsuldan faydalanmaq imkanı yaradılıb. İn
Mədəniyyət və incəsənət sektoru təkcə Azərbaycanda deyil, ideoloji sis
Aparıcı İlkin Həsəni yeni dünyaya gələn oğlu ilə bağlı paylaşım ed
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikası
Türkiyə Rusiya və Ukraynaya yeni səfir təyin edib.
Ermənistan Müdafiə Nazirliyi Rusiya Sülhməramlı Kontingentinin (RSK) müv�
Bakı Apellyasiya Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qız�
Ağcabədidə keçirilən əməliyyat zamanı qanunsuz silah-sursat əldə edib
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba
Rusiyanın Xalq artisti Alla Puqaçova ölümlə üz-üzə gəlib.
Azərbaycan Prezidenti İlham Əliyev öz missiyasında çox dəqiqdir, təfərr