Arazdəyəndə inşa olunan “erməniamerikan” metallurgiya zavodu başqa yerə köçürülür
Dünya 14 Sen 2023 10:53:00 387 0
Arazdəyəndə, Azərbaycanla sərhəddə inşa olunan "erməni-amerikan" metallurgiya zavodu başqa yerə köçürülür.
Son.az APA-ya istinadən bildirir ki bu barədə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası məlumat yayıb.
Aİ missiyası avadanlıqların köçürülməsi prosesində iştirak edir.
Qeyd edək ki, Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyən kəndində 16500 kvadratmetr sahədə illik istehsal gücü 180000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyi idi. Həmin ərazidə belə bir yeni zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilərdi. Tikiləcək zavodun fəaliyyəti nəticəsində havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi təsir göstərəcəkdi. Həmçinin metallurgiya zavodu fəaliyyətə başlayardısa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaqdı.
Azərbaycan Hökuməti Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edirdi.
Məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibinə də müvafiq bildiriş ünvanlanıb.
Bundan başqa, Ermənistan tərəfindən Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən bəyanatlar imzalanıb.
Son.az
Ötən ilin sentyabr ayında, eləcə də 2021-ci ilin may və noyabr aylarında
Ermənistanın baş naziri Nikol Paşinyanın "POLITICO Europe" nəşr
Azərbaycanda at belində bankomatdan pul çıxaran kişi gündəm olub.
Sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitə
"Ötən illərdə də 15 sentyabrda paytaxtda sıxlıq müşahidə olunurdu
ABB mobile tətbiqində daha bir məhsuldan faydalanmaq imkanı yaradılıb. İn
Mədəniyyət və incəsənət sektoru təkcə Azərbaycanda deyil, ideoloji sis
Aparıcı İlkin Həsəni yeni dünyaya gələn oğlu ilə bağlı paylaşım ed
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikası
Türkiyə Rusiya və Ukraynaya yeni səfir təyin edib.
Ermənistan Müdafiə Nazirliyi Rusiya Sülhməramlı Kontingentinin (RSK) müv�
Bakı Apellyasiya Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qız�
Ağcabədidə keçirilən əməliyyat zamanı qanunsuz silah-sursat əldə edib
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba
Rusiyanın Xalq artisti Alla Puqaçova ölümlə üz-üzə gəlib.