"Ermənistan daha Moskvaya arxalana bilməz" Paşinyan
Siyasət 13 Sen 2023 17:11:00 390 0
"Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz".
Bu xəbəri də oxu: Britaniyanın baş naziri COP29dan VİDEO
Son.az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın "Politico" nəşrinə müsahibəsində deyib.
O bildirib ki, bunun əsas səbəbi Ukraynadakı müharibədir: "Bu savaş Rusiyanın imkanlarına təsir göstərdi".
N.Paşinyan etiraf edib ki, həm Azərbaycan, həm də Türkiyə Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələrdir: "Ona görə də Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik".
Ermənistanın hökumət başçısı, həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlarını öhdəliklərini yerinə yetirməməkdə ittiham edib: "Onlar öz missiyalarını icra edə bilmirlər. Hərçənd onlar Qarabağda olmasa idi, vəziyyətin necə inkişaf edəcəyini deyə bilmirəm".
Baş nazirin sözlərinə görə, hazırda artan gərginlik fonunda eskalasiya ehtimalını istisna etmək mümkün deyil: "Ermənistan buna hazırdır. Bununla belə, əgər biz davamlı, əbədi dövlətçiliyə sahib olmaq istəyiriksə, ilk növbədə qonşularımızla münasibətlərimizi nizama salmaq üçün çox ciddi addımlar atmalı və çox ciddi səylər göstərməliyik". Son.az
Sosial şəbəkələrdə Biləcəri qəsəbəsində azyaşlılara narkotik vasit
Kənan İmirzalıoğlunun təqdimatı ilə ATV ekranlarında yayımlanan "M
Avqust ayının sonu və sentyabr ayının əvvəllərində BQXK əməkdaşları
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bərdə-Tərtər yolunda Qida T
Aviabiletlərin qiyməti turist sayının artmasına böyük çətinliklər yara
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Havar Əmir oğlu Məmmədov B
Prezident İlham Əliyevin imzladığı Sərəncamla Rüfət Eyvaz oğlu Əzizov
Rusiyanın ən yaxın müttəfiqlərindən biri, KTMT üzvü olan Ermənistanla
Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzif�
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidm
Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzif�
Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkov
"Səhər tezdən mənə video video yollayıblar. Özlərini ulduz sayanlar
Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Ba