Ermənistana 7 saatlıq hərbi "DƏRS" İrəvanın vaxtı azalır


Siyasət 13 Sen 2023 16:21:00 226 0

Ermənistana 7 saatlıq hərbi "DƏRS"  İrəvanın vaxtı azalır

Təhməz Əsədov TREND

Ermənistan qanına susamağa alışıb. 3 il əvvəl - 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun demək olar məhv etdiyi Ermənistan silahlı qüvvələri bundan dərs çıxara bilmir. Bu, dünən də belə idi, indi də belədir.

Baxmayaraq ki, bir aydan artıq bir müddətdə Ordumuz tərəfindən demək olar ki, tamamilə məhv edilən Ermənistan silahlı birləşmələrinə bu ağır zərbə dərs olmadı. İxtiyarı tarix boyu kənar qüvvələrin əlində olan ermənilər bu məğlubiyyətdən cəmi 2 il sonra yenidən ərazilərimizə qarşı təhdid yaratmaq, ərazi bütövlüyümüzü təhlükəyə atmaq istiqamətində ciddi hazırlıqlar gördülər. Azərbaycana qarşı düşmənçilik, nifrət toxumu səpmək, sabitliyimizə mane olmağı heç cürə öz xislətindən kənar tuta bilməyən ermənilərin hücum planı növbəti dəfə fiasko ilə nəticələndi.

2022-ci il sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinə cəhdinin təzahürü idi. Bunun eyni zamanda digər adı "regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan addım" idi. Əslində, müharibədən sonra 2 il ərzində Ermənistanın beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparması, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj etməsi rəsmi İrəvanın Bakı ilə barışıq, sülh imzalamaq məsələsində maraqlı olmadığını nümayiş etdirirdi.

Bu müddət ərzində 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icrasından müxtəlif bəhanələrlə boyun qaçıran Ermənistanla sentyabrın 12-14-də baş vermiş döyüşlər yenidən Bakının aktivinə yazıldı. Həmin tarixdə Azərbaycan növbəti dəfə mühüm Zəfər qazandı. Düşmən təxribatının, yeni mövqelər əldə etmək cəhdinin qarşısı alındı.

Ermənistanın növbəti avantürası bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq. Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, Azərbaycanln təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi.

2022-ci il sentyabrın 12-də Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı nəticəsində yaranmış gərginlik elə Ermənistanın öz başında çatladı. Belə ki, Azərbaycan Ordusunun qəhrəman hərbçiləri, əsgər-zabit heyyəti yalnız Ermənistanın atəş nöqtələrini susdurmadı, oradakı hərbi infrastruktunu (Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, rəsmi məlumata görə 224, əslində isə 400-dən artıq canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi, yüzlərlə hərbçi yaralandı) məhv etmədi, eyni zamanda Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü ki, bu gün həmin strateji ərazilər Ordumuz üçün bölgəyə nəzarət etmək nöqteyi nəzərindən olduqca vacib, həyati əhəmiyyətə malikdir.

Həmən müddətdə Ermənistanda revanşist ab-hava daha da qızışdırılaraq bütün beynəlxalq normalara zidd şəkildə "torpaqların qaytarılması", "Qarabağın müstəqilliyinin təmin edilməsi" və sair bu kimi iddialar süni şəkildə stimullaşdırılırdı. Ermənistan hakimiyyəti tərəfindən ordunu bərpa etmək istiqamətində, Rusiya, ABŞ, Hindistan, İran və Avropa ölkələrindən silah alınması, ordunun təchizat məsələlərinin həlli istiqamətində iş aparılırdı. Eyni zamanda, Qarabağa qeyri-qanuni hərbçilər və silah-sursat, hərbi texnika göndərilirdi, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı.

Yaxşı xatırlayırıq ki, Ermənistanın baş naziri sentyabrda baş verən bu iki günlük döyüşlərdən öncə Vladivostokda keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirməsi ilə diqqət mərkəzinə düşmüşdü və bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu. Bütün bunlar bir daha təsdiq etdi ki, Ermənistan həqiqətən də uzun müddətdir revanşa hazırlaşır və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradır. Eyni ilə Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il Tovuz hadisələrindən əvvəl Valday Sammitində "Qarabağ Ermənistandır. Nöqtə" səsləndirdiyi, ardınca sentyabrın 27-i gecə saatlarında Ermənistan silahlı qüvvələrin böyük qüvvə ilə hücuma keçməsi kimi...

Baxmayaraq ki, Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib, həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib və Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağını xəbərdar etmişdi. Təəssüflər olsun ki, Ermənistan bu qədər məğlubiyyətlərə rəğmən, ağır məğlubiyyətlərdən nəticə çıxartmağı bilmir ki, bilmir. Bu gün də eyni ilə 44 günlük İkinci Qarabağ müharibəsindən sonrakı erməni təxribatlarına istər diplomatik müstəvidə, istər informasiya meydanında, istərsə də hərbi meydanda açıq şəkildə müşahidə edirik. Görünür Ermənistan daha böyük məğlubiyyətlə üzləşməyənə kimi dinc dayanmayacaq.

Amma yaxşı olar ki, Ermənistan hərbi-siyasi rəhbərliyi ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha gözünü dörd açıb, diqqətlə baxsınlar. Azərbaycan Ordusu 1 il əvvəl cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etmişdisə, bu dəfə bu nəticəni (7 saatlıq hərbi əməliyyat) daha da yaxşılaşdıra bilər.

Azərbaycan düşmənin yeni təcavüz planlarına imkan verməyəcək. Bunun üçün Azərbaycanın bütün hərbi-texniki imkanları olduğu kimi, eyni zamanda beynəlxalq hüquqla dəstəklənən haqqları da var. Nikol Paşinyan hakimiyyəti dərk etməlidir ki, bu dəfə Ermənistan üçün daha böyük fəlakətlər qaçılmaz olar. Ona görə də yaxşı olar ki, İrəvan rəsmi Bakı ilə sülhdən qaçmaq əvəzinə, konstruktivlik üçün nəhayət özündə cəsarət tapsın.

Bilet qiymətinin yüksək olması turist sayının artmasına imkan vermir like
  • 13 Sen 16:20  
Digərləri Bilet qiymətinin yüksək olması turist sayının artmasına imkan vermir

Aviabiletlərin qiyməti turist sayının artmasına böyük çətinliklər yara

arrow Ətraflı
Bakı Mühəndislik Universitetinə təyin olunan yeni rektor kimdir? like
  • 13 Sen 16:19  
Digərləri Bakı Mühəndislik Universitetinə təyin olunan yeni rektor kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Havar Əmir oğlu Məmmədov B

arrow Ətraflı
Sumqayıt Dövlət Universitetinin yeni rektoru kimdir? like
  • 13 Sen 16:14  
Digərləri Sumqayıt Dövlət Universitetinin yeni rektoru kimdir?

Prezident İlham Əliyevin imzladığı Sərəncamla Rüfət Eyvaz oğlu Əzizov

arrow Ətraflı
“Kommersant”: Bakı Zəngəzuru ordu ilə açsa, Putin  VİDEO like
  • 13 Sen 15:58  
Digərləri “Kommersant”: Bakı Zəngəzuru ordu ilə açsa, Putin VİDEO

Rusiyanın ən yaxın müttəfiqlərindən biri, KTMT üzvü olan Ermənistanla

arrow Ətraflı
Daha bir rektor vəzifəsindən azad edilib like
  • 13 Sen 15:55  
Digərləri Daha bir rektor vəzifəsindən azad edilib

Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzif�

arrow Ətraflı
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir like
  • 13 Sen 15:54  
Digərləri Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidm

arrow Ətraflı
Bu universitetinin rektoru vəzifəsindən azad edildi like
  • 13 Sen 15:52  
Digərləri Bu universitetinin rektoru vəzifəsindən azad edildi

Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzif�

arrow Ətraflı
Zakir Həsənovla İranın Baş Qərargah rəisi arasında telefon danışığı olub like
  • 13 Sen 15:48  
Siyasət Zakir Həsənovla İranın Baş Qərargah rəisi arasında telefon danışığı olub

Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkov

arrow Ətraflı
“Miss Azərbaycan”: "Özünüz deyilsiniz, “kitayski poddelkalar”" like
  • 13 Sen 15:47  
Şou-biznes “Miss Azərbaycan”: "Özünüz deyilsiniz, “kitayski poddelkalar”"

"Səhər tezdən mənə video video yollayıblar. Özlərini ulduz sayanlar

arrow Ətraflı
Ceyhun Bayramov Azərbaycanın sülh təşəbbüsləri barədə xarici jurnalistləri məlumatlandırıb like
  • 13 Sen 15:46  
Siyasət Ceyhun Bayramov Azərbaycanın sülh təşəbbüsləri barədə xarici jurnalistləri məlumatlandırıb

Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Ba

arrow Ətraflı
Əzizli Sadiq Zaur oğlunun şəhadətindən 1 il ötdü like
  • 13 Sen 15:42  
Digərləri Əzizli Sadiq Zaur oğlunun şəhadətindən 1 il ötdü

Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi,torp

arrow Ətraflı
Milli Məclisin sədri Macarıstana işgüzar səfərdədir like
  • 13 Sen 15:38  
Digərləri Milli Məclisin sədri Macarıstana işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 13-də V Budapeşt Demoqrafi

arrow Ətraflı
Yeni doğulmuş körpə küçəyə atıldı  VİDEO like
  • 13 Sen 15:36  
Digərləri Yeni doğulmuş körpə küçəyə atıldı VİDEO

Salyan rayonunda yeni doğulmuş körpə yol kənarına atılıb.

arrow Ətraflı
Dövlət Xidmətində yoxlama aparıldı  materiallar Baş Prokurorluğa göndərildi like
  • 13 Sen 15:33  
Digərləri Dövlət Xidmətində yoxlama aparıldı materiallar Baş Prokurorluğa göndərildi

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətind

arrow Ətraflı
Azərbaycan XİN Fransaya cavab verdi like
  • 13 Sen 15:31  
Siyasət Azərbaycan XİN Fransaya cavab verdi

12 sentyabr tarixində keçirilmiş mətbuat konfransının sual-cavab sessiyas�

arrow Ətraflı