Vaqif Xaçatryan Bakıdan ailəsinə məktub göndərdi
Siyasət 13 Sen 2023 16:46:00 368 0
Avqust ayının sonu və sentyabr ayının əvvəllərində BQXK əməkdaşları saxlanılan erməniəsilli şəxslərə baş çəkiblər. Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüşü keçirilib və onların ailələri ilə əlaqələri yaradılıb.
Bu xəbəri də oxu: İlham Əliyev Qana Prezidenti ilə görüşüb FOTO
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən qeyd edilib.
Bildirilib ki, mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir.
"BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - deyə əlavə ediblər.
Qeyd edək ki, bir sıra erməni KİV-lərində iyul ayında Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçatryanın ailəsinə yenə məktub göndərdiyi bildirilir. Bu barədə sözügedən şəxsin qızı məlumat verib.
Xaçatryanın qızı qeyd edib ki, atasının hazırda dərman qəbul etdiyini öyrəniblər.
"Deyirlər səhhəti normaldır. Qırmızı Xaçın nümayəndələri ayda 1 dəfə atama baş çəkirlər" - deyə o, əlavə edib.
Xatırladaq ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib. Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Son.az
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bərdə-Tərtər yolunda Qida T
Aviabiletlərin qiyməti turist sayının artmasına böyük çətinliklər yara
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Havar Əmir oğlu Məmmədov B
Prezident İlham Əliyevin imzladığı Sərəncamla Rüfət Eyvaz oğlu Əzizov
Rusiyanın ən yaxın müttəfiqlərindən biri, KTMT üzvü olan Ermənistanla
Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzif�
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidm
Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzif�
Sentyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkov
"Səhər tezdən mənə video video yollayıblar. Özlərini ulduz sayanlar
Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Ba
Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi,torp
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 13-də V Budapeşt Demoqrafi
Salyan rayonunda yeni doğulmuş körpə yol kənarına atılıb.