Ermənistanın növbəti uğursuz cəhdi... Ötən ilin bu gününə qayıdış
Digərləri 13 Sen 2023 17:36:00 351 0
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsindən bir il ötür.
Bu xəbəri də oxu: "Az çimin" xəbərdarlıq
Ötən ilin bu günü Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə döyüş toqquşması baş verib.
Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Nəticədə Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi, Azərbaycan çox mühüm yüksəklikləri nəzarətə götürdü. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, rəsmi məlumata görə 224, əslində isə 400-dən artıq canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Bütün bunlar cəmi 7 saat ərzində baş verdi. Bu döyüş nəticəsində Ermənistanın planları alt-üst oldu, cəhdlləri uğursuzluqla nəticələndi.
Müdafiə Nazirliyindən verilən məlumata görə 2022-ci il sentyabrın 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusunun 71 hərbçisi şəhid olub. Azərbaycan əsgəri qəhrəmanlıq, şücaət, igidlik göstərərək vətəninə qarşı istənilən addımın, təxribatın qarşısını almaq qüdrətində olduğunu bütün dünyaya nümayiş etdirdi. Şəhidlərimizin qisası artıqlaması ilə alındı və onların qanı yerdə qalmadı.
Mövcud vəziyyətlə əlaqədar olaraq sentyabrın 13-də prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib. Müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib. Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür.
Ermənistan sülh danışıqlarından hələ də boyun qaçırır. Onlar regionda təhlükəsizliyini təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüslərə və atılan addımlara zərbə vurur. Ermənistan bu kimi təxribatlarına dəfələrlə layiqli cavab almasına baxmayaraq hələ də nəticələrdən dərs çıxarmır, sülhdən yayınaraq mövqelərimizi atəşə tutmağa davam edir.
İslam Son.az
Bakıda "Prius"u polislərin üstünə sürməkdə ittiham olunan Rauf
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu onu aldatmaq istəyən dələduzun n
27 yanvarda Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı i
"Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz&q
Sosial şəbəkələrdə Biləcəri qəsəbəsində azyaşlılara narkotik vasit
Kənan İmirzalıoğlunun təqdimatı ilə ATV ekranlarında yayımlanan "M
Avqust ayının sonu və sentyabr ayının əvvəllərində BQXK əməkdaşları
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bərdə-Tərtər yolunda Qida T
Aviabiletlərin qiyməti turist sayının artmasına böyük çətinliklər yara
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Havar Əmir oğlu Məmmədov B
Prezident İlham Əliyevin imzladığı Sərəncamla Rüfət Eyvaz oğlu Əzizov
Rusiyanın ən yaxın müttəfiqlərindən biri, KTMT üzvü olan Ermənistanla
Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzif�
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidm