"Prius"u polislərin üstünə sürməkdə ittiham olunan şəxs: “Evdə 26 pişik saxlayıram"


Digərləri 13 Sen 2023 17:34:00 219 0

"Prius"u polislərin üstünə sürməkdə ittiham olunan şəxs: “Evdə 26 pişik saxlayıram"

Bakıda "Prius"u polislərin üstünə sürməkdə ittiham olunan Rauf Qurbanovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Son.az baku.ws-ə istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs və 3 zərərçəkmiş çıxış edib.

Öncə çıxış edən təqsirləndirilən Rauf Qurbanov hadisə anını xatırlamadığını bildirib: "Birinci xidməti maşın məni saxlamaq istədi. Sonra idarə etdiyim avtomobili qabaqda olan "Mercedes" markalı maşına vurdum. Daha sonra olanlardan xəbərim yoxdur. Özümdə olmamışam".

R. Qurbanov çıxışı zamanı taksi kimi fəaliyyət göstərmədiyini deyib: "Mən taksi sürücüsü işləmirəm, ustayam, motor yığıram. Günə 15 manat pul alırdım. Hadisə ilə bağlı 16 şahidim var".

Təqsirləndirilən şəxs veterinar işlədiyini də deyib: "Evdə 26 pişik və 1 it saxlayıram".

O, Maştağada yerləşən ruhi əsəb dispanserində müalicə almaq istədiyini məhkəmə heyətinə bildirib.

Zərərçəkmiş kimi tanınan Vaqif Dəmirov ifadəsində hadisəni görmədiyini deyib: "Hadisə vaxtı evdəydim. Günorta aşağı düşəndə gördüm maşınım əzilib. Sonradan hadisənin videosunu sosial şəbəkələrdə gördüm. Mənə 200 manat ziyan dəyib".

V. Dəmirov təqsirləndirilən şəxsdən şikayətçi olmadığını açıqlayıb.

Daha sonra prosesdə hadisə zamanı xəsarət alan yol polisi əməkdaşları çıxış edib.

Məhkəmə sentyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanov aprelin 28-də idarə etdiyi Toyota "Prius" markalı avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. Aparılmış araşdırmalarla R. Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.

Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hüseyn onu aldatmaq istəyən şəxsin nömrəsini paylaşdı like
  • 13 Sen 17:22  
Şou-biznes Hüseyn onu aldatmaq istəyən şəxsin nömrəsini paylaşdı

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu onu aldatmaq istəyən dələduzun n

arrow Ətraflı
İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi başlayır like
  • 13 Sen 17:19  
Digərləri İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi başlayır

27 yanvarda Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı i

arrow Ətraflı
"Ermənistan daha Moskvaya arxalana bilməz"  Paşinyan like
  • 13 Sen 17:11  
Siyasət "Ermənistan daha Moskvaya arxalana bilməz" Paşinyan

"Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz&q

arrow Ətraflı
Bakıda azyaşlılara narkotik verilməsi barədə görüntülər araşdırılıb  DİN like
  • 13 Sen 17:05  
Digərləri Bakıda azyaşlılara narkotik verilməsi barədə görüntülər araşdırılıb DİN

Sosial şəbəkələrdə Biləcəri qəsəbəsində azyaşlılara narkotik vasit

arrow Ətraflı
"Milyonçu" şousunda mükafat 5 milyona qalxdı like
  • 13 Sen 16:53  
Şou-biznes "Milyonçu" şousunda mükafat 5 milyona qalxdı

Kənan İmirzalıoğlunun təqdimatı ilə ATV ekranlarında yayımlanan "M

arrow Ətraflı
Vaqif Xaçatryan Bakıdan ailəsinə məktub göndərdi like
  • 13 Sen 16:46  
Siyasət Vaqif Xaçatryan Bakıdan ailəsinə məktub göndərdi

Avqust ayının sonu və sentyabr ayının əvvəllərində BQXK əməkdaşları

arrow Ətraflı
Dəhşətli qəzada həlak olan AQTA əməkdaşının ürəkdağlayan FOTOsu like
  • 13 Sen 16:42  
Digərləri Dəhşətli qəzada həlak olan AQTA əməkdaşının ürəkdağlayan FOTOsu

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bərdə-Tərtər yolunda Qida T

arrow Ətraflı
Bilet qiymətinin yüksək olması turist sayının artmasına imkan vermir like
  • 13 Sen 16:20  
Digərləri Bilet qiymətinin yüksək olması turist sayının artmasına imkan vermir

Aviabiletlərin qiyməti turist sayının artmasına böyük çətinliklər yara

arrow Ətraflı
Bakı Mühəndislik Universitetinə təyin olunan yeni rektor kimdir? like
  • 13 Sen 16:19  
Digərləri Bakı Mühəndislik Universitetinə təyin olunan yeni rektor kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Havar Əmir oğlu Məmmədov B

arrow Ətraflı
Sumqayıt Dövlət Universitetinin yeni rektoru kimdir? like
  • 13 Sen 16:14  
Digərləri Sumqayıt Dövlət Universitetinin yeni rektoru kimdir?

Prezident İlham Əliyevin imzladığı Sərəncamla Rüfət Eyvaz oğlu Əzizov

arrow Ətraflı
“Kommersant”: Bakı Zəngəzuru ordu ilə açsa, Putin  VİDEO like
  • 13 Sen 15:58  
Digərləri “Kommersant”: Bakı Zəngəzuru ordu ilə açsa, Putin VİDEO

Rusiyanın ən yaxın müttəfiqlərindən biri, KTMT üzvü olan Ermənistanla

arrow Ətraflı
Daha bir rektor vəzifəsindən azad edilib like
  • 13 Sen 15:55  
Digərləri Daha bir rektor vəzifəsindən azad edilib

Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru vəzif�

arrow Ətraflı
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir like
  • 13 Sen 15:54  
Digərləri Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidm

arrow Ətraflı
Bu universitetinin rektoru vəzifəsindən azad edildi like
  • 13 Sen 15:52  
Digərləri Bu universitetinin rektoru vəzifəsindən azad edildi

Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru vəzif�

arrow Ətraflı