Əhali arasında sürətlə xəstəlik yayılır
Digərləri 13 Sen 2023 12:04:00 341 0
Son günlər əhali arasında qrip virusu kəskin yayılıb. Havanın kəskin dəyişməsi, temperaturun aşağı düşməsi səbəbindən virusa yoluxan insanların sayı arta bilər. Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub.
Bu xəbəri də oxu: 6 yaşlı Şirinin qatilinin cəzası bəlli oldu
Bəs bu il Azərbaycana yenidən qripə qarşı vaksin gətiriləcək? Yenidən peyvəndlənmə gözlənir?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ölkəyə yenidən qrip əleyhinə vaksinlər gətiriləcək.
"Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub", - deyə qeyd edilib.
Xatırladaq ki, cari ilin yanvar ayında səhiyyə naziri Teymur Musayev əhalini qrip əleyhinə vaksinasiya olunmağa çağırıb.
"Səhiyyə Nazirliyi vasitəsilə ölkəyə mövsümi qrip əleyhinə vaksin gətirilib, ilkin səhiyyə xidməti göstərən bütün müəssisələrə, TƏBİB tabeçiliyindəki Ailə Sağlamlıq mərkəzlərinə, şəhər və rayon poliklinikalarına paylanılıb, saxlanılma qaydalarına ciddi nəzarət olunur. Fürsətdən istifadə edərək bütün yaşlı əhalini və ciddi xəstəliyi olan şəxsləri vaksinasiya olunmağa çağırıram", - deyə nazir əlavə edib.
Nigeriyanın Adamava vilayətinin Qurin kəndində sərnişin qayığının göl
Putinin sonuncu açıqlaması Rusiyanın son 30 ildə Azərbaycan Ermənistan m�
Bibiheybət yolunda dörd ildən sonra yenidən təhlükəli vəziyyət yaranıb
Bu gün Rusiya lideri Vladimir Putinin Vladivostokda keçirilən Şərq İqtisad
Qırmızı Ürəklər Fondunun "Təhsil Təqaüdü Proqramı" çərçi
Meyxanaçı və müğənni Samirə Yusifqızı həmkarı Oqtay Kamil ilə münas
Cari ildən "İnnovativ məktəb" layihəsi çərçivəsində bir neç
Ermənistandakı rusiyapərəst müxalifət Paşinyana təzyiq edir ki, belə bi
Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən "Kəpəz
Hüquq-mühafizə orqanlarına 2022-ci il fevralın 23-də saat 11 radələrind�
Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi sentyabr ayının
"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask M
Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd kəndinin əhalisin