Qala qəsəbəsində dəhşətli qətl: Paltar yumadığı üçün sevgilisini öldürdü
Kriminal 13 Sen 2023 11:31:00 405 0
Hüquq-mühafizə orqanlarına 2022-ci il fevralın 23-də saat 11 radələrində Qala qəsəbəsində yaşayan Sevinc Cəfərova adlı qadının qətlə yetirilməsi barədə məlumat daxil olub.
Bu xəbəri də oxu: Heydər Əliyev Sarayında "Oyanış" adlı konsert proqramı keçirilib
Son.az Baku Tv-yə istinadla xəbər verir ki, hadisə Xaşaxuna bağlar massivində, nömrəsiz fərdi evdə baş verib.
İstintaqla müəyyən edilib ki, fevralın 23-də səhər saat 9-da Samir Sadıqov yaxın münasibətində olduğu Sevinc Cəfərovanı mətbəxdən götürdüyü bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.
İş üzrə dindirilmiş Samir Sadıqov bildirib ki, 2022-ci il fevralın 1-dən Qala qəsəbəsinin bağlar massivində Anar adlı şəxsə məxsus fermada aylıq 300 manat müqabilində işləməyə başlayıb. Həmin həyətdə olan daha bir tikilidə iki övladı ilə qalan Sevinc Cəfərova ilə yaxın münasibəti yaranıb.
Tanışlıqlarının 3-cü günündə Sevincin qaldığı otaqda onunla münasibətdə olub. Bundan sonra Sevinc Samiri 2-3 gündən bir yanına çağırıb. Hətta evlənmək barədə düşünüblər. Bu müddətdə aralarında, ümumiyyətlə, mübahisə olmayıb.
Fevralın 23-də səhər Sevinc heyvanları sağıb, evinə gəlib. Birlikdə yemək yeməyə hazırlaşıblar. Bu vaxt Samir Sevincdən qızmağa su qoyub, paltarlarını yumasını tələb edəndə qadın, acıqlı şəkildə - "Mən sənin üçün paltar yuyan deyiləm, özün yuyarsan", - deyib. Samir Sevincin nalayiq ifadəsindən çox qəzəblənib və iradını bildirib, niyə atasını söydüyünü soruşub. Qadın "yaxşı elədiyini" deyəndən sonra mətbəxdən götürdüyü bıçaqla Sevinc Cəfərovaya 64 dəfə zərbə endirib.
Bıçaq zərbələrindən sonra Sevinc hadisə yerində keçinib.
Tutulacağından qorxan Samir taksi ilə Bərdə rayonuna gedib. O, burada həbs olunmaqdan bir qədər yayınmağa çalışsa da, sonda polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Məhkəmə iclasında Samir Sadıqov ittiham üzrə özünü təqsirli bilib. Onun törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Samir Sadıqov 18 il müddətinə azadlıqdan məhrum olunub.
Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi sentyabr ayının
"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask M
Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd kəndinin əhalisin
Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hərəkatı gən
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Gəncə şəhər 1
Astrologiya həyatımızın hər sahəsinə təsir edir. Bürclər bəzən əhva
"Sputnik Moldova"nın rəhbəri Vitali Denisov Kişinyovdan deportasiy
Mərakeş kralı VI Məhəmməd dağıdıcı zəlzələ qurbanları üçün qan
Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen Inın təkbə
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 9-a olan məlumatın
Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrində sutkaboy
ABŞ Dövlət Departamenti Rusiya yardımının Ağdam yolu ilə Xankəndiyə ç
İrəvanda qəbul olunan qərarlara görə təqsiri və məsuliyyəti Rusiyanın
Rusiyanın Ağdam-Əsgəran marşrutu ilə humanitar yük daşımasını qeyd al