Bu mühüm addımdır
Digərləri 13 Sen 2023 11:28:00 315 0
Ağdam-Xankəndi marşrutunun açılması Laçın yolunun paralel istifadəsinə kömək edəcək mühüm addımdır.
Bu xəbəri də oxu: Bu ölkədə uşaq sahibi olmaqdan imtinanı təbliğ edənlər külli miqdarda cərimələnəcək
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında deyilir.
"Biz Rusiya yüklərinin Ağdam-Əsgəran marşrutu ilə keçməsini qeydə alırıq. Bu, yerli əhalinin müntəzəm ərzaq təminatının bərpasına təkan verəcək", - bəyanatda bildirilib.
Ş.Mişel, həmçinin, Bakı ilə Qarabağda yaşayan ermənilər arasında dialoqun qurulması, barışıq səyləri və ümumilikdə Ermənistan-Azərbaycan sülh prosesi daxil olmaqla, daha konkret addımların atılacağına ümid etdiyini bildirib.
Bəyanatda vurğulanıb ki, Aİ rəhbəri Azərbaycan və Ermənistan liderləri ilə təmasları davam etdirir. Əlavə edilib ki, Ş.Mişel sentyabrın 10-da Yeni Delhidə keçirilən G20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışıqlar aparıb.
Qeyd edək ki, dünən Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub. Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib.
Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi. Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.
"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask M
Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd kəndinin əhalisin
Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hərəkatı gən
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Gəncə şəhər 1
Astrologiya həyatımızın hər sahəsinə təsir edir. Bürclər bəzən əhva
"Sputnik Moldova"nın rəhbəri Vitali Denisov Kişinyovdan deportasiy
Mərakeş kralı VI Məhəmməd dağıdıcı zəlzələ qurbanları üçün qan
Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen Inın təkbə
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 9-a olan məlumatın
Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrində sutkaboy
ABŞ Dövlət Departamenti Rusiya yardımının Ağdam yolu ilə Xankəndiyə ç
İrəvanda qəbul olunan qərarlara görə təqsiri və məsuliyyəti Rusiyanın
Rusiyanın Ağdam-Əsgəran marşrutu ilə humanitar yük daşımasını qeyd al
1990-cı illərin məşhur estrada muğənnisi Nailə Əliyeva hazırda Bakıdad
"The Chess Journal" dünyanın ən çox qazanan şahmatçılarını ar