Yas məclislərində ehsan qadağan ediləcək?
Digərləri 13 Sen 2023 11:17:00 353 0
Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib.
Bu xəbəri də oxu: Dörd BÜRC tezliklə böyük sürprizlə üzləşəcək
Son.az Trend-ə istinadən xəbər verir ki, 10 sentyabr tarixindən etibarən kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməyəcək. Əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq.
Həmçinin, xüsusi vurğulanıb ki, hər hansı kənd sakini bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi yasda sakinlər iştirak etməyəcək.
Qeyd edək ki, kənd ağsaqqallarının iştirakı ilə keçirilən yığıncaqda qəbul edilən qərar kəndin sosial şəbəkə səhifələrində paylaşılıb.
Azərbaycanda yas mərasimlərinin təmtəraqlı keçirilməsi uzun müddətdir ictimaiyyət arasında müzakirə olunur. Ehsan adı ilə açılan süfrələr təmtərağı ilə seçilir. Bir neçə il əvvəl rəsmi qurumlar tərəfindən yas mərasimlərindəki təmtərağın yığışdırılması tövsiyə olundu, buna bəzi yerlərdə əməl edilsə də, sonradan hər şey unuduldu.
Naxçıvanın kəndində tətbiq edilən qadağa bu mövzunu yenidən aktuallaşdırdı.
Məsə ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, bu məsələ uzun müddətdir ki, cəmiyyətdə müzakirə olunur.
"Bu məsələni Milli Məclisdə dəfələrlə qaldırmışam. Təəssüf ki, bununla bağlı hansısa ciddi nəticəyə gələ bilməmişik. Bu gün də yas məclislərində ciddi israfçılıq var. Hesab edirəm ki, buna yanaşma ciddi şəkildə dəyişməlidir. Ehsan verilməsinin ləğvi üçün ciddi addımlar atılmalıdır. Hansısa hüquqi aktın olmasına ehtiyac var. Bununla yanaşı, geniş təbliğat və maarifləndirmə işləri aparmalıyıq. Məsələnin hüquqi çərçivədə tənzimlənməsi üçün addımlar atmalıyıq. Başqa yol yoxdur. Əks halda, bu israfçılıq davam edəcək".
C.Məmmədov vurğulayıb ki, dünyada ərzaq böhranının baş verdiyi bir zamanda belə israfçılıq yolverilməzdir.
"Ehsanın islam dini ilə heç bir bağlılığı yoxdur. Din israfçılığın əleyhinədir. Əgər kimsə ehsan vermək istəyirsə, təhsil almaq imkanı olmayan şəxsə, ailə qurmaq istəyən şəxsə, uşaq və ahıllar evlərinə maddi yardım edə bilər", - deyə o qeyd edib.
Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hərəkatı gən
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Gəncə şəhər 1
Astrologiya həyatımızın hər sahəsinə təsir edir. Bürclər bəzən əhva
"Sputnik Moldova"nın rəhbəri Vitali Denisov Kişinyovdan deportasiy
Mərakeş kralı VI Məhəmməd dağıdıcı zəlzələ qurbanları üçün qan
Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen Inın təkbə
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 9-a olan məlumatın
Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrində sutkaboy
ABŞ Dövlət Departamenti Rusiya yardımının Ağdam yolu ilə Xankəndiyə ç
İrəvanda qəbul olunan qərarlara görə təqsiri və məsuliyyəti Rusiyanın
Rusiyanın Ağdam-Əsgəran marşrutu ilə humanitar yük daşımasını qeyd al
1990-cı illərin məşhur estrada muğənnisi Nailə Əliyeva hazırda Bakıdad
"The Chess Journal" dünyanın ən çox qazanan şahmatçılarını ar
Allah Prezidentimizi, Azərbaycan Ordusunu qorusun. Göydə Allah, yerdə Prezid
Son zamanlar etdiyi səhvlərə görə danışılan ABŞ Prezidenti Co Bayden bu