Putinin “2 rayon və Qarabağ”ı İrəvana vermək


Digərləri 13 Sen 2023 11:50:00 396 0

Putinin “2 rayon və Qarabağ”ı İrəvana vermək

Bu gün Rusiya lideri Vladimir Putinin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda vaxtilə aparılmış Qarabağ danışıqları ilə bağlı səsləndirdiyi fikirlər ciddi rezonansa səbəb olub.

Bu xəbəri də oxu: Qorxulu heykəli

Son.az axar.az-a istinadən xəbər verir ki, Putin bildirib ki, Ermənistan keçmiş Dağlıq Qarabağ və ətrafındakı 7 rayona nəzarət etdiyi vaxtlarda İrəvana Laçın və Kəlbəcərlə bərabər, bütövlükdə keçmiş Dağlıq Qarabağ ərazisi təklif olunub. Yəni keçmiş Dağlıq Qarabağ ətrafında işğal altında olan 7 rayondan 5-i qaytarılır, əvəzində keçmiş Dağlıq Qarabağ, Laçın və Kəlbəcər "faktiki olaraq Ermənistanın yuristiksiyasında" qalır.

Putinin iddiasına görə, Ermənistan bu təklifdən imtina edib.

10 noyabr 2020-ci il bəyanatı ilə keçmiş Dağlıq Qarabağın əhəmiyyətli hissəsinə rus sülhməramlıların yerləşdirilməsinə üstüörtülü şəkildə işğalın davam etməsi fürsəti kimi eyham vuran Putin deyib ki, "bu azmış kimi" Ermənistan rəhbərliyi Qarabağı Azərbaycan ərazisi olaraq rəsmən tanıyıb - Praqa bəyanatı ilə 1991-ci il Almatı bəyannaməsi təsdiqlənib! Başqa sözlə "faktiki olaraq" Paşinyan Azərbaycanın ərazi bütövlüyünə imza da atıb. Bundan sonra daha Rusiyanın görəcəyi bir iş qalmayıb. "İndi də İlham Əliyev mənə deyir ki..." sözlərilə isə fakt qarşısında qaldığını və heç nə edə bilməyəcəyini bildirdi.

Maraqlıdır ki, Putin çıxışına "burda gizli heç nə yoxdur, hamı bilir" sözləri ilə başlayır, davam edir, ancaq...

Rusiyanın 2011-ci ildən bəzi prinsipləri irəli sürməsi, 2018-ci ildən sonra isə "5+2" formatını dəfələrlə və uca səslə hallandırması hər kəsin yadındadır. "5+2" - keçmiş Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 7 rayondan 5-nin dərhal qaytarılması, ikisinin - yəni Kəlbəcər və Laçının isə daha sonra, Dağlıq Qarabağın hüquqi statusunun müəyyən olunmasına qədər "girovluqda qalmasından" və s. bəhs edirdi.

Belə məlum olur ki, 2016-cı ilin Aprel savaşında ağır zərbə alaraq, öhdəlik götürən Serj Sərkisyana 5 rayonu dərhal boşaltmaq, digər iki rayon və keçmiş Dağlıq Qarabağın statusunun isə daha illər, bəlkə də onillərlə danışıqlar predmetinə çevrilməsi təklifi edilib.

Ancaq Putin bu təklifdən əvvəlcə Sərkisyanın, sonra isə Paşinyanın niyə imtina etdiyini izah etmir, heç Azərbaycanın mövqeyini də dilə gətirmir.

Azərbaycan 5 rayonun dərhal qaytarılmasının ardınca digər iki rayonun müzakirəsini tələb etməklə bərabər, keçmiş Dağlıq Qarabağın nə müstəqilliyinə, nə də Ermənistanın "yuristiksiyasına verilməsinə" razı idi.

Azərbaycan status məsələsinin özünü də qeyri-müəyyən gələcəyin ixtiyarına buraxırdı; o vaxta qədər bütün köçkünlərin qaytarılmasını, yerləşməsini tələb edirdi. Ermənistan yaxşı bilirdi ki, indi sayı 1,3 milyona qalxan köçkünün geri qayıtmasından sonra keçmiş Dağlıq Qarabağ və ətrafında vəziyyət köklü şəkildə dəyişəcək: çünki indi azərbaycanlıların arxasında qüdrətli Azərbaycan Ordusu və peşəkar siyasət, güclü iqtisadiyyat dayanırdı. 1,3 milyon əhalinin önündə o vaxt 60 min civarında olan erməni əhali hansı addım atacaqdı?

Ermənistan nəinki 5, hətta 7 rayonun dərhal geri verilməsinə razılaşmaqda maraqlı idi - özləri də etiraf edirdilər ki, 7 rayon "bufer zona" kimi işğal olunub, əvəzində keçmiş Dağlıq Qarabağın "statusuna" Azərbaycanın de-yure razı olmasını qabardırdılar. Əgər keçmiş Dağlıq Qarabağ və daha iki rayonun Ermənistanın "yuristiksiyasına" keçməsindən söhbət gedirdisə, İrəvan nə deyib buna razı olmazdı?

Kimsə Putinə sual da etmədi ki, əgər Azərbaycan ərazisinin bir hissəsinin Ermənistanın "yuristiksiyasına" verilməsi üzərində danışıqlar aparılırdısa, bəs, BMT qətnamələri ilə Azərbaycanın ərazi bütövlüyü necə olurdu? Bəs Rusiyanın özünün Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməsi və s. Yəni Azərbaycan bu faktlardan istifadə etməyəcəkdimi?

Putin yalan danışmırdı, sadəcə, danışıqlar prosesindən müəyyən məqamları önə çıxarıb, qabartmaqla, bəzi faktları xatırlatmaqla, onların üzərindən manipulyasiyaya girişmişdi: məqsəd və məram isə iki ildir KTMT-nin Ermənistanda təlim keçirməsinə imkan verməyən, əvəzində ərazisinə "mülki missiya" adı ilə AB zabitlərini yerləşdirən və ABŞ-la hərbi təlimlər keçirən, Rusiyanın milli maraqlarına zidd addımlar atan, son günlər hətta kəskin ritorikadan istifadə edən, özünə sərf etməyən rusiyalı deputatları və digər tanınmış şəxsləri ölkəyə buraxmayan Ermənistan rəhbərliyinə - konkret olaraq, Paşinyana qarşı erməniləri təhrik etməkdir.

Artıq bir müddətdir ki, Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyinə çalışdığı, bunu hətta vaqnerçilər vasitəsilə gerçəkləşdirməyə qədər gedəcəyi iddiaları dolaşır. Putin bugünkü çıxışı ilə bu prosesə öz töhfəsini (və xeyir-duasını) verdi: Paşinyana qarşı ən hiyləgər addımını atdı. Təsadüfi deyil ki, Paşinyanın ölkədəki siyasi rəqibləri bundan maksimum istifadə edərək, geniş kampaniyaya başlayıblar.

Putin Paşinyandan qisas alır, ancaq bu "qisasda" ciddi boşluqlar var. Nikol Paşinyan və onun komandası Putinin bugünkü iddialarına qarşı tutarlı dəlillərə malikdir.

Beləliklə, Putin-Paşinyan arasında çəkişmə daha amansız müstəviyə qədəm qoyur. Söz və ittiham döyüşü genişlənir.

Oyun hələ qabaqdadır - çox maraqlı olacaq...

Kapital Bank 10 tələbəyə təhsil təqaüdü verdi like
  • 13 Sen 11:49  
Digərləri Kapital Bank 10 tələbəyə təhsil təqaüdü verdi

Qırmızı Ürəklər Fondunun "Təhsil Təqaüdü Proqramı" çərçi

arrow Ətraflı
Meyxanaçı Samirə: “Meşədə ağacla tək qalaram, amma Oqtayla yox” like
  • 13 Sen 11:48  
Şou-biznes Meyxanaçı Samirə: “Meşədə ağacla tək qalaram, amma Oqtayla yox”

Meyxanaçı və müğənni Samirə Yusifqızı həmkarı Oqtay Kamil ilə münas

arrow Ətraflı
Məktəblərdə YENİ FƏNN tədris olunacaq like
  • 13 Sen 11:47  
Digərləri Məktəblərdə YENİ FƏNN tədris olunacaq

Cari ildən "İnnovativ məktəb" layihəsi çərçivəsində bir neç

arrow Ətraflı
Paşinyan getsə nə dəyişəcək?  Putinin demək istədikləri... like
  • 13 Sen 11:45  
Siyasət Paşinyan getsə nə dəyişəcək? Putinin demək istədikləri...

Ermənistandakı rusiyapərəst müxalifət Paşinyana təzyiq edir ki, belə bi

arrow Ətraflı
Bu obyekt rəsmiləri cəzalandırıldı like
  • 13 Sen 11:37  
Digərləri Bu obyekt rəsmiləri cəzalandırıldı

Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən "Kəpəz

arrow Ətraflı
Qala qəsəbəsində dəhşətli qətl: Paltar yumadığı üçün sevgilisini öldürdü like
  • 13 Sen 11:31  
Kriminal Qala qəsəbəsində dəhşətli qətl: Paltar yumadığı üçün sevgilisini öldürdü

Hüquq-mühafizə orqanlarına 2022-ci il fevralın 23-də saat 11 radələrind�

arrow Ətraflı
Ölkə üzrə prensiyalar bu tarixdə veriləcək like
  • 13 Sen 11:30  
Digərləri Ölkə üzrə prensiyalar bu tarixdə veriləcək

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi sentyabr ayının

arrow Ətraflı
Bu mühüm addımdır like
  • 13 Sen 11:28  
Digərləri Bu mühüm addımdır

Ağdam-Xankəndi marşrutunun açılması Laçın yolunun paralel istifadəsinə

arrow Ətraflı
İlon Mask Moskvada araq içib huşunu itirdi like
  • 13 Sen 11:26  
Digərləri İlon Mask Moskvada araq içib huşunu itirdi

"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask M

arrow Ətraflı
Yas məclislərində ehsan qadağan ediləcək? like
  • 13 Sen 11:17  
Digərləri Yas məclislərində ehsan qadağan ediləcək?

Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd kəndinin əhalisin

arrow Ətraflı
"Taliban” əfqan gənclərə müraciət etdi: like
  • 13 Sen 11:15  
Dünya "Taliban” əfqan gənclərə müraciət etdi:

Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hərəkatı gən

arrow Ətraflı
Nazir məktəb direktoruna yüksək vəzifə verdi like
  • 13 Sen 11:07  
Digərləri Nazir məktəb direktoruna yüksək vəzifə verdi

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Gəncə şəhər 1

arrow Ətraflı
Sentyabrın ikinci yarısı bu 2 bürcə pul yağacaq like
  • 13 Sen 10:53  
Digərləri Sentyabrın ikinci yarısı bu 2 bürcə pul yağacaq

Astrologiya həyatımızın hər sahəsinə təsir edir. Bürclər bəzən əhva

arrow Ətraflı
"Sputnik Moldova"nın rəhbəri like
  • 13 Sen 10:48  
Dünya "Sputnik Moldova"nın rəhbəri

"Sputnik Moldova"nın rəhbəri Vitali Denisov Kişinyovdan deportasiy

arrow Ətraflı
Mərakeş kralı zəlzələ qurbanları üçün qan verdi like
  • 13 Sen 10:42  
Dünya Mərakeş kralı zəlzələ qurbanları üçün qan verdi

Mərakeş kralı VI Məhəmməd dağıdıcı zəlzələ qurbanları üçün qan

arrow Ətraflı