DHA agentliyinin baş direktoru Trend BİAda birgə Layihənin perspektivlərini müzakirə edib
Digərləri 10 Yan 2025 11:49:00 84 0
6-7 yanvar tarixlərində Bakıda Trend BİA-nın baş ofisində Trend-in direktoru İlqar Hüseynovla Türkiyənin "Demirören Haber Ajansı" (DHA) aparıcı informasiya agentliyinin baş direktoru Cemal Coşqun arasında görüş keçirilib. Görüşdə tərəflər "DHApress.com" Layihəsinin inkişaf perspektivlərini və yeni müştərək layihələrin yaradılmasını müzakirə ediblər.
Bu xəbəri də oxu: At almağa gedərkən 15 yaşlı qızı qaçıran şəxsə hökm oxundu
İlqar Hüseynov Trend-ə müsahibəsində vurğulayıb ki, Trend-lə DHA arasında əməkdaşlıq artıq bir neçə ildir ki, uğurlu şəkildə davam edir.
"DHApress.com" Layihəsinin reallaşdırılması Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğanın irəli sürdüyü birgə Azərbaycan-Türkiyə media platforması təşəbbüsü çərçivəsində həyata keçirilir. Bizim əsas məqsədimiz - "DHApress.com"u Türkiyənin ən böyük innovativ nəşrinə çevirməkdir. Onun yaradılmasında Trend BİA-nın İT-xidməti ən son nəsil texnologiyalardan istifadə edib. Türkiyə bazarında ilk dəfə olaraq aparıcı Azərbaycan və Türkiyə nəşrlərinin multimedia və xəbər materiallarının dərc olunacağı Layihə reallaşır.
Bir sıra nüfuzlu İtaliya və Çin nəşrləri də Layihədə iştiraka maraq göstərirlər. Bundan başqa, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində biz "DHApress.com"un Azərbaycan versiyasından Türkiyədə yaşayan Azərbaycan diaspor nümayəndələri üçün kommunikasiya mərkəzinin yaradılmasında istifadə etməyi planlaşdırırıq, bu isə öz növbəsində bu ölkədəki azərbaycanlıların inteqrasiyasını asanlaşdıracaq", - deyə Trend BİA-nın direktoru əlavə edib.
DHA-nın baş direktoru Cemal Coşqun, öz növbəsində, agentliyin Trend-lə əməkdaşlığa böyük dəyər verdiyini qeyd edib.
Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirilib.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 81 s
"Oskar" mükafatlandırma mərasiminin vaxtı dəyişdirilib.
Binəqədi rayonu Cil kəndində yerin altından neftin çıxdığı iddia edili
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitəl
Bakı şəhəri üzrə 2024-cü ildə 476 milyon nəfər sərnişin daşınıb,
2024-cü ildə taksi daşımalarında 13 513 sahibkara buraxılış vəsiqəsi v
Bu il 20 ədəd yeni metro vaqonunun gətirilməsi planlaşdırılır.
"Olub, əlbəttə, yalan deməyim. Ad çəkmirəm, çünki yaşayırlar"
Birləşmiş Millətlər Təşkilatı (BMT) "2025-ci il üçün dünyanın
Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana səfər etməyi pl
Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu taqımının əməkdaşları Şəmkir
Apple 95 milyon dollar təzminat ödəyəcək.