Meyxanaçı Samirə: “Meşədə ağacla tək qalaram, amma Oqtayla yox”
Şou-biznes 13 Sen 2023 11:48:00 394 0
Meyxanaçı və müğənni Samirə Yusifqızı həmkarı Oqtay Kamil ilə münasibətlərindən söz açıb.
Bu xəbəri də oxu: "Toppuş bacı"nın əri ondan qalan əşyaları PAYLAŞDI FOTO
Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Xoş gəldim" verilişinə müsahibəsində danışıb. Proqramin aparıcısı Amil Xəlilin "Oqtayla "ər-arvad" münasibətiniz var?" sualı ilə Samirəyə müraciət edib.
Yusifqızı isə həmkarı ilə yalnız dost olduğunu bildirib:
"Oqtayın qadasını alım. O mənim ürəyim, duet ortağım, sənət dostumdur. Biz bir-birimizin ailəsinin içinə gedib-gələn insanlarıq. Biz Oqtayla günlərlə səfərlərə bir yerdə getmişik, amma ayrı-ayrı otaqlarda qalmışıq (gülür). Oqtay mənim nə ərim, nə sevgilimdir. Nə də ki aramızda başqa münasibətlər olmayıb. Biz tamam başqa zövqlü insanlarıq. Baxmayaraq ki, sənətdə birik".
Samirə əlavə edib ki, heç zaman Oqtay kimi ərinin olmasını istəmir: "Yüz il qala onun kimi ər istəmərəm. Yüz il qalsa... Meşədə ağacla tək qalaram, amma Oqtayla yox (gülür). Oqtay da bu sözü haqqımda deyər və əminəm ki, mənim bu sözlərimdən inciməz. Oqtay həmmişə mənə deyir ki, "Sən mənim əynimə deyilsən". Heç o da mənim əynimə deyil (gülür). Oqtayın həyat yoldaşının xasiyyəti eyni ilə Oqtayın xasiyyəti kimidir.
Atalar misalı var "Güvəc yumalanar, qapağını tapar". Eyni insanlardır. Oqtayın üç övladı var. Bir ara onun xanımı Oqtayı mənə qısqanırdı. Oqtay dedi ki, sənə görə evdə biraz söz-söhbətlər var. Cavab verdim ki, Oqtay mənim təkcə dostum yox, həm də sirdaşımdır. Yeri gələndə dərdimizi bir-birimizlə bölüşürük. Amma ondan kənara, çərçivəyə çıxan heç bir şey yoxdur. Ola da bilməz".
Aparıcının "Oqtay sizi qısqanır?" sualına meyxanaçının cavabı belə olub:
"Əsla! Nə ixtiyarı var? Kiminləsə duet oxuyan kimi Oqtay deyir ki, niyə oxudun, başın xarabdır. Amma qısqanmağa gələndə, Oqtay o qədər "oyunlardan" çıxıb ki, amma bu haqda heç kimə deməmişəm (gülür)".
Cari ildən "İnnovativ məktəb" layihəsi çərçivəsində bir neç
Ermənistandakı rusiyapərəst müxalifət Paşinyana təzyiq edir ki, belə bi
Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən "Kəpəz
Hüquq-mühafizə orqanlarına 2022-ci il fevralın 23-də saat 11 radələrind�
Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi sentyabr ayının
"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask M
Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Mahmudkənd kəndinin əhalisin
Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hərəkatı gən
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Gəncə şəhər 1
Astrologiya həyatımızın hər sahəsinə təsir edir. Bürclər bəzən əhva
"Sputnik Moldova"nın rəhbəri Vitali Denisov Kişinyovdan deportasiy
Mərakeş kralı VI Məhəmməd dağıdıcı zəlzələ qurbanları üçün qan
Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen Inın təkbə
Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 13-ü saat 9-a olan məlumatın