Sentyabrın 15dən Bakı metropolitenində YENİLİK olacaq


Digərləri 12 Sen 2023 10:10:00 218 0

Sentyabrın 15dən Bakı metropolitenində YENİLİK olacaq

Yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.

Bu barədə Son.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmri ilə qatarların təsdiq edilmiş hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq. Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyənləşdirilib. Həmin müddətdə "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyənləşdirilib. Bu, Bakı metropoliteni xətlərinin mövcud texniki xüsusiyyətlərinə görə hazırkı dövrdə mümkün ən optimal hərəkət qrafiki və müntəzəm tətbiq oluna biləcək minimal intervallardır. Həmin sahədə günorta vaxtı interval 2,5 dəqiqə, səhər erkən və sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq.

Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi "28 May" stansiyasından "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.

"Həzi Aslanov-28 May" sahəsində istirahət günləri fərqli hərəkət qrafiki tətbiq ediləcək. Qatarlar arasında şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər 2,5 dəqiqəlik, bazar günləri isə eyni saatlarda 3 dəqiqəlik interval tətbiq ediləcək. İstirahət və bayram günlərində sərnişinlərin axın hərəkətinə uyğun olaraq, qrafikə ediləcək əlavə dəyişikliklər barədə ictimaiyyətə məlumat veriləcək.

Bənövşəyi xətt, eləcə də Yaşıl xəttin "Xətai-Cəfər Cabbarlı" sahəsində qatarların hərəkət qrafiki olduğu kimi saxlanılacaq.

Məlumat üçün bildirilir ki, sərnişinlər günün müəyyən vaxtlarında "Həzi Aslanov-Ulduz" sahəsində bəzən iki qatarın "Dərnəgül" və ya "İçərişəhər" istiqamətində hərəkətini, həmçinin daha böyük interval müşahidə edirlər. Bu, qatarların "Nərimanov" elektrik deposundan xəttə verilməsi və ya xətdən çıxarılması ilə əlaqədardır. Belə hallarda "Ulduz-Həzi Aslanov" sahəsində interval daha çox olur. Həmin vaxt "Həzi Aslanov-Ulduz" sahəsində günün qrafiklə müəyyən edilmiş vaxtlarında iki qatarın ardıcıl olaraq "Dərnəgül" və ya "İçərişəhər" istiqamətində hərəkət etməsi mümkündür.

Həmçinin, zərurət yarandığı təqdirdə, qatarların "Memar Əcəmi" və "Neftçilər" stansiyasından dövr etməsini nəzərə alaraq, həmin müddətlərdə "Nəsimi-Dərnəgül", "Xalqlar dostluğu-Əhmədli" sahələrində də qatarlar arasında iki dəfə çox olmaqla, iki qatarın ardıcıl "Dərnəgül" və ya "İçərişəhər" istiqamətində hərəkət etməsi mümkündür.

Yeni qrafikin 2024-ci ilin yay aylarına qədər qüvvədə saxlanması nəzərdə tutulub.

Sərnişinlər qatarların "Bakmil" stansiyasına və əksinə hərəkət cədvəlləri ilə sentyabr ayının 14-ü axşam saatlarından metro.gov.az saytının müvafiq bölməsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) tanış ola bilərlər.

"Bakı Metropoliteni" QSC gözlənilən sərnişin sıxlığı ilə əlaqədar istifadə qaydalarına riayət etməyi, xüsusən platformalarda qatarları gözləyərkən ehtiyatlı və diqqətli olmağı, qatarlardan minib-düşənlərə yol verməyi, vaqona minərkən qapı zonasında və stansiya platformalarının eskalator meydançalarında yubanmamağı və dayanmamağı xahiş edir. Çünki qatarların stansiyada yubanması intervalların pozulmasının səbəb olur. İntervalların təyin olunmuş həddi aşması isə qatarların hərəkət intensivliyini aşağı salmaqla, qatarların stansiyalara daxil olmadan tunellərdə dayanıb gözləməsinə, platformalarda, xüsusən sərnişin axını daha çox olan stansiyalarda qatar gözləyənlərin sayının daha da artmasına gətirib çıxarır. Son.az

Prezident Xırdalanda yeni məktəb binasının açılışında iştirak edib  FOTO like
  • 12 Sen 10:04  
Siyasət Prezident Xırdalanda yeni məktəb binasının açılışında iştirak edib FOTO

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Qeyrisabit hava şəraiti bu tarixədək davam edəcək like
  • 12 Sen 09:55  
Digərləri Qeyrisabit hava şəraiti bu tarixədək davam edəcək

Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 14-dək davam edəcə

arrow Ətraflı
Beyonsun konsertində fanatı doğum sancısı keçirdi like
  • 12 Sen 09:44  
Şou-biznes Beyonsun konsertində fanatı doğum sancısı keçirdi

Dünyaca məşhur müğənni Beyonsun konserti zamanı fanatı doğum sancısı

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşıb like
  • 12 Sen 09:34  
Digərləri Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli

arrow Ətraflı
İlin sonunda xoşbəxtlikdən "dəli olacaq" üç bürc like
  • 12 Sen 09:20  
Digərləri İlin sonunda xoşbəxtlikdən "dəli olacaq" üç bürc

Astroloqlar ilin sonuna doğru iş və sevgi həyatında uğur qazanacaq 3 bürc

arrow Ətraflı
Maştağada ər həyat yoldaşını bıçaqlayıb like
  • 12 Sen 09:11  
Kriminal Maştağada ər həyat yoldaşını bıçaqlayıb

Maştağa qadın əri tərəfindən bıçaqlanıb.

arrow Ətraflı
Bakıda sıxlıq müşahidə edilən yollar  SİYAHI like
  • 12 Sen 09:00  
Digərləri Bakıda sıxlıq müşahidə edilən yollar SİYAHI

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə edilir.

arrow Ətraflı
Muradın yeni sevgilisi  FOTO like
  • 12 Sen 08:55  
Şou-biznes Muradın yeni sevgilisi FOTO

Türkiyəli aktrisa Seray Kaya yeni münasibətə başlayıb.

arrow Ətraflı
ABŞ transferi təsdiqlədi like
  • 12 Sen 08:48  
Dünya ABŞ transferi təsdiqlədi

ABŞ İranla əsir mübadiləsini həyata keçirmək məqsədilə 6 milyard doll

arrow Ətraflı
Kim Çen In Rusiyada səfərdədir like
  • 12 Sen 08:44  
Dünya Kim Çen In Rusiyada səfərdədir

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inı aparan qata

arrow Ətraflı
Dustaqla sevgi yaşayan həbsxana işçisinin BAŞINA GƏLƏNLƏR  FOTO like
  • 12 Sen 08:40  
Digərləri Dustaqla sevgi yaşayan həbsxana işçisinin BAŞINA GƏLƏNLƏR FOTO

Böyük Britaniyada həbsxana işçisi məhbusla sevgi münasibətində olduğu

arrow Ətraflı
Stress və təşvişi 75% azaldacaq like
  • 12 Sen 08:36  
Digərləri Stress və təşvişi 75% azaldacaq

Hazırda təşvişli, stress və panik ataklı insanların sayı günbəgün art

arrow Ətraflı
Ay Günəşə görə hər gün iki dəfə silkələnir like
  • 12 Sen 08:30  
Digərləri Ay Günəşə görə hər gün iki dəfə silkələnir

"Ayın səthi Günəşin təsirinə görə hər gün iki dəfə - səhər v

arrow Ətraflı
6 futbolçu oğurlandı like
  • 12 Sen 08:22  
Digərləri 6 futbolçu oğurlandı

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində Dera Buqti r

arrow Ətraflı
Fərda atasını BELƏ TƏBRİK ETDİ  FOTO like
  • 12 Sen 08:15  
Şou-biznes Fərda atasını BELƏ TƏBRİK ETDİ FOTO

Aktyor Fərda Xudaverdiyev sosial şəbəkədə atasıyla bağlı paylaşım edi

arrow Ətraflı