Ay Günəşə görə hər gün iki dəfə silkələnir


Digərləri 12 Sen 2023 08:30:00 257 0

Ay Günəşə görə hər gün iki dəfə silkələnir

"Ayın səthi Günəşin təsirinə görə hər gün iki dəfə - səhər və axşam silkələnir. Bu dalğalanmalar o qədər müntəzəm və dəqiqliklə baş verir ki, hətta saatları onlara uyğun qurmaq olar".

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Kaliforniya Texnologiya İnstitutunun alimlərinin araşdırmasından sonra məlum olub. Onların tədqiqatları "Journal of Geophysical Research: Planets" ("JRG: Planets") elmi jurnalında dərc olunub.

Mütəxəssislər bu təkanların səbəbini Günəş şüaları ilə qızma nəticəsində Ayın səthində temperaturun qəfil dəyişməsi ilə izah ediblər.

"İzolyasiya edən atmosferi olmadığından Ayın səthi bir gündə +120 dərəcəyə qədər qıza və sonra -133 dərəcəyə qədər soyuya bilər. Temperaturun dəyişməsi Ay bünövrəsinin sıxılmasına və genişlənməsinə səbəb olur ki, bu da kiçik Ay zəlzələləri ilə nəticələnir", - deyə tədqiqatçılar izah ediblər.

Tədqiqatçılar Yerin peykində qeyri-adi seysmik aktivlik mənbəyini də aşkar ediblər. Buranın 1976-cı ildə Aya yollanan "Apollon 17" kosmik gəmisinin eniş yeri olduğu ortaya çıxıb. Bildirilir ki, metal konstruksiyalar o qədər güclü qızıb ki, onların vibrasiyasını seysmometrlərdən istifadə etməklə də aşkar etmək mümkün olub.

Ekspertlərin sözlərinə görə, Ay zəlzələlərinin təbiətini başa düşmək gələcək insanlı missiyalar və Ayda bazaların yaradılması üçün vacibdir.

Bundan əlavə, yeraltı təkanlar nüvəni öyrənməyə imkan verir. Belə ki, seysmik dalğalar müxtəlif materiallar vasitəsilə müxtəlif sürətlə yayılır, bu isə alimlərə buz yataqlarının və digər resursların axtarışına kömək edə bilər.

6 futbolçu oğurlandı like
  • 12 Sen 08:22  
Digərləri 6 futbolçu oğurlandı

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində Dera Buqti r

arrow Ətraflı
Fərda atasını BELƏ TƏBRİK ETDİ  FOTO like
  • 12 Sen 08:15  
Şou-biznes Fərda atasını BELƏ TƏBRİK ETDİ FOTO

Aktyor Fərda Xudaverdiyev sosial şəbəkədə atasıyla bağlı paylaşım edi

arrow Ətraflı
Qriplə koronavirusa eyni vaxtda yoluxmağa kimlərin həssas olduğu açıqlandı like
  • 12 Sen 08:00  
Digərləri Qriplə koronavirusa eyni vaxtda yoluxmağa kimlərin həssas olduğu açıqlandı

"Bəzi hallarda insanlar koronavirus infeksiyasına qriplə paralel olaraq

arrow Ətraflı
Bu ölkədə fişəng atmaq qadağan edildi  SƏBƏB like
  • 12 Sen 07:52  
Dünya Bu ölkədə fişəng atmaq qadağan edildi SƏBƏB

Hindistanın Yeni Dehli şəhərində qışda havanın keyfiyyətinin təhlükə

arrow Ətraflı
Liviyada daşqınlar nəticəsində itkin düşənlərin sayı 7 minə çatıb like
  • 12 Sen 07:38  
Dünya Liviyada daşqınlar nəticəsində itkin düşənlərin sayı 7 minə çatıb

Liviyada daşqın zamanı itkin düşənlərin sayı 7 minə çatıb.

arrow Ətraflı
Sabiq nazir Heydər Babayevin VİDEOSU YAYILDI like
  • 12 Sen 07:30  
Digərləri Sabiq nazir Heydər Babayevin VİDEOSU YAYILDI

İqtisadi İnkişaf naziri Heydər Babayevin hər kəsi təəcübləndirəcək v

arrow Ətraflı
Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub  FOTO like
  • 12 Sen 07:22  
Siyasət Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi baş tutub FOTO

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə

arrow Ətraflı
Rusiyada güclü zəlzələ oldu like
  • 12 Sen 07:08  
Dünya Rusiyada güclü zəlzələ oldu

Seysmoloqlar Berinq adası yaxınlığında 6,1 maqnitudalı zəlzələ qeydə a

arrow Ətraflı
Məşhur model tənqid edildi: like
  • 12 Sen 07:00  
Şou-biznes Məşhur model tənqid edildi:

Model Emeli Ratajkovski 30 milyona yaxın izləyicisi olan "İnstaqram"

arrow Ətraflı
Saqqız çeynəmək sən demə ürəyə xeyirli imiş: like
  • 12 Sen 06:06  
Digərləri Saqqız çeynəmək sən demə ürəyə xeyirli imiş:

Diş və diş əti sağlamlığı ümumi sağlamlığımız üçün çox əhəmi

arrow Ətraflı
“O vaxt sənətkara göydən zənbillə düşən mələk kimi baxırdılar, indi isə...” like
  • 12 Sen 05:05  
Şou-biznes “O vaxt sənətkara göydən zənbillə düşən mələk kimi baxırdılar, indi isə...”

"Eyvazla məni o qədər sevirdilər ki, toylarda danışdığımızdan da

arrow Ətraflı
Dilarə bu dəfə yataqda VİDEO çəkib paylaşdı like
  • 12 Sen 04:04  
Şou-biznes Dilarə bu dəfə yataqda VİDEO çəkib paylaşdı

Müğənni Dilarə Kazımova yeni görüntüsünü yayımlayıb.

arrow Ətraflı
28 yaşlı qız heç nə etmədən ayda 20 min dollar qazanır  FOTOlar like
  • 12 Sen 03:03  
Digərləri 28 yaşlı qız heç nə etmədən ayda 20 min dollar qazanır FOTOlar

28 yaşlı alman model Sika Mun barmağını belə tərpətmədən ayda 20 min d

arrow Ətraflı