ABŞ transferi təsdiqlədi
Dünya 12 Sen 2023 08:48:00 385 0
ABŞ İranla əsir mübadiləsini həyata keçirmək məqsədilə 6 milyard dollarlıq İran vəsaitlərini Cənubi Koreyadan Qətərə köçürülməsinə icazə vermək üçün sanksiyaları dayandırıb.
Son.az report-a istinadən xəbər verir ki, bu barədə "Reuters"ə əldə olunan sənədlərdən bəlli olub.
İran tərəfindən saxlanılan 5 ABŞ vətəndaşının vəsaitlərin köçürülməsi və ABŞ-də saxlanılan 5 iranlının azadlığa buraxılması müqabilində ölkəni tərk etməsinə icazə verildiyi ABŞ-İran razılaşmasının əsas müddəaları avqustun 10-da ictimailəşdirilib.
Dövlət Departamentinin sənədinə görə, dövlət katibi Entoni Blinken sanksiyalardan imtinanın ABŞ-nin milli təhlükəsizlik maraqlarına cavab verdiyi qənaətinə gəlib.
ABŞ Konqresinin komitələrinə göndərilən sənəd ABŞ hökumətinin beş amerikalının azadlığının təmin edilməsinə dair razılaşmanın bir hissəsi olaraq Birləşmiş Ştatlarda saxlanılan beş iranlını azadlığa buraxılmasını rəsmi şəkildə ilk dəfə etiraf etməsi ilə əlamətdardır.
"Onların azad edilməsini asanlaşdırmaq üçün Birləşmiş Ştatlar hazırda ABŞ-də saxlanılan beş İran vətəndaşını azad etməyi və [Koreya Respublikasında] məhdudiyyət qoyulmuş hesablarda saxlanılan İranın təxminən 6 milyard dollar vəsaitinin Qətərdəki məhdudiyyət qoyulmuş hesablara köçürülməsinə icazə verməyi öhdəsinə götürüb ki, burada vəsaitlər yalnız humanitar ticarət üçün əlçatan olacaq".
Sənəddə deyilir ki, vəsaitlərin köçürülməsi Tehrana yalnız "məhdud fayda" verəcək, çünki vəsait yalnız humanitar ticarət üçün istifadə edilə bilər.
"Bu vəsaitlərin [Koreya Respublikasında] saxlanılan məhdudiyyət qoyulmuş İran hesablarından Qətərdəki hesablara humanitar ticarət üçün köçürülməsinə icazə verilməsi ABŞ vətəndaşlarının azad edilməsini asanlaşdırmaq üçün vacibdir", - sənəddə qeyd olunub.
Danışıqlarla tanış olan səkkiz iranlı və digər mənbənin bildirdiyinə görə, 6 milyard dolların köçürülməsi və məhbusların mübadiləsi gələn həftə baş tuta bilər.
Sanksiyaların dayandırılması Almaniya, İrlandiya, Qətər, Cənubi Koreya və İsveçrənin əsas yurisdiksiyasına daxil olan bəzi maliyyə institutlarına şamil edilir. Onlar ABŞ-nin sanksiyaları altında İran Milli Neft Şirkəti, İran Mərkəzi Bankı və digər İran maliyyə qurumları ilə əməliyyatlarda iştirak edə biləcəklər.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inı aparan qata
Böyük Britaniyada həbsxana işçisi məhbusla sevgi münasibətində olduğu
Hazırda təşvişli, stress və panik ataklı insanların sayı günbəgün art
"Ayın səthi Günəşin təsirinə görə hər gün iki dəfə - səhər v
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində Dera Buqti r
Aktyor Fərda Xudaverdiyev sosial şəbəkədə atasıyla bağlı paylaşım edi
"Bəzi hallarda insanlar koronavirus infeksiyasına qriplə paralel olaraq
Hindistanın Yeni Dehli şəhərində qışda havanın keyfiyyətinin təhlükə
Rusiya Qızıl Xaç Cəmiyyətinin 1 TIR avtomobili və onu müşayiət edən he
Liviyada daşqın zamanı itkin düşənlərin sayı 7 minə çatıb.
İqtisadi İnkişaf naziri Heydər Babayevin hər kəsi təəcübləndirəcək v
Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə
Yapon alimlər yeni preparat üzərində işləyirlər.
Seysmoloqlar Berinq adası yaxınlığında 6,1 maqnitudalı zəlzələ qeydə a
Model Emeli Ratajkovski 30 milyona yaxın izləyicisi olan "İnstaqram"