Günün qoroskopu: Şəxsi problemlərinizi yaxşı tanımadığınız insanlarla müzakirə etməyin


Digərləri 12 Sen 2023 00:01:00 225 0

Günün qoroskopu: Şəxsi problemlərinizi yaxşı tanımadığınız insanlarla müzakirə etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - ehtiyatlı olun, rahat gün deyil. Yoldan sapmaq, geri çəkilmək çox asandır. Fəqət yenidən yola qayıtmaq çətindir. Nəzərdə tutduğunuz planı tezliklə həyata keçirmək, layihəni reallaşdırmaq asan deyil.

Maliyyə itkiləri istisan deyil. İşdə ciddi problemlər yarana bilər.

Günün ikinci yarısında yaxınlarınızdan yardım istəməyin. Onlar qərarlarınızı və əməllərinizi kritik dəyərləndirir, planlarınızdan əl çəkməyə çağırırlar. Bu şəxslər məqsədlərinizin dəyişməsini istəyirlər.

Bütün məsləhətlərə qulaq asın. Amma yalnız sizə sərf edən məsləhətlərdən faydalanın.

Öküz - baş verənlərə rəğmən sakit olun, təmkinli davranın. Autotreninq, yoqa, maksimum diqqət tələb edən işlər üçün əlverişli zamandır. Emosiyaların əsiri olmayın. Hisslərinizi kimsə anlamamalıdır.

Günün ikinci yarısında ailə qayğıları və məişət işlərinə laqeyd yanaşmayın. Hər şey sadə və aydındır. Rutin işlərin həlli üçün baş sındırmağa lüzum yoxdur.

Şəxsi münasibətlərdə isə tam əksinə, uzunmüddətli təhlil və müzakirə tələb edən məqamlar yaranacaq.

Əkizlər - gün maraqlı və uğurlu olacaq. Hər hansı formada maliyyə avantüralarından imtina edin. İri məbləğlə risk etməyin, xərcləri minimuma endirin. Başqasının hesabına gəlir əldə etməyə çalışmayın. Rəqibin səhvinin və ya yanlışlığının irəliləyişinizə imkan verəcəyini düşünməyin.

Günün ikinci yarısı iş, ünsiyyət, çətinliyə düşmüş insanlara yardım üçün münasibdir. Səhhətində problem olan şəxsə kömək edin.

Şəxsi həyatınızda müsbət təmayüllərin təsiri artır. Ciddi problemlər yaranmayacaq. Yeni tanışlıqlar ehtimalı azdır. Romantik münasibətlər dinamik inkişaf edəcək.

Axşam saatlarında gəzintiyə çıxın.  

Xərçəng - əla gündür. Yaxın gələcəklə bağlı planlarınızı dəqiqləşdirin. Həmin planlardan bəzilərini həyata keçirməyə başlayın. Müttəfiqlər arayın. İradəli və qətiyyətli olun. Yeni işgüzar əməkdaşlığa başlamaq üçün əlverişli zamandır.

Tərəfdaşlıq uzunmüddətli, məhsuldar ola bilər.

Günün ikinci yarısında sevdiyiniz insanla münasibətlərdə harmoniyaya və qarşılıqlı anlaşmaya nail olun. Yaxınlarınız sizi anlayacaqlar. Sizi anlamaları üçün çox sözə ehtiyac yoxdur.

Şir - günün ilk yarısı əlverişli, önəmli layihənin həyata keçirilməsi üçün münasibdir. İşgüzar münasibətləri emosiyalara və hisslərə qurban verməyin. Danışıqları uğurla başa vurmağa çalışın. Nüfuzlu insandan dəstək almağa, sərfəli müqaviləyə nail olmağa can atın.

Günün ikinci yarısında yaxınlarınızla təmaslarda laqeydlik etməyin. Qətiyyətli, təmkinli olun, çətinlikləri unudun. Saatlar keçdikcə problemlər artır. Yaşamınızda çətin və qarışıq situasiyadır. Bir qədər sonra problemin çözüm anı olacaq. İşlərin məcrası qəbul etdiyiniz qərardan asılıdır.

Qız - işlər pis deyil. Hadisələrin bolluğu sizi usandırmasın. Həmin olaylardan hər biri diqqətli yanaşma tələb edir. Yaxın ətrafınızdakı insanlar diqqət və qayğı gözləyirlər. Kiməsə yardım, kiməsə məsləhət, kiməsə qayğı gərəkdir.

Amma bu adamlardan kimsə düşünmür ki, sizin də problemləriniz, tələbləriniz və istəkləriniz var.

Günün ikinci yarısında bir qədər müstəqil çalışmağa çalışın. Tənbəllik və süstlük etməyin. Enerjinizi bərpa edin, sakitləşin. Axşam saatlarında yaxınlarınızla birlikdə istirahət edin.

Tərəzi - günün ilk yarısı yaxşı və uğurlu olacaq. Niyyətinizi reallaşdıra bilərsiniz. Hər şey istədiyiniz kimi alınmasa da, ruhdan düşməyin, geri çəkilməyin.

Saatlar keçdikcə mənfi təmayüllərin təsiri artacaq.

Günün ikinci yarısında yaxınlarla münasibətlərdə problemlər istisna deyil.

Axşam saatlarında səhhətinizdə problemlər yaranacaq. Son vaxtlar çox işləyərək özünüz barədə az düşündüyünüzdən çətinliklər artıb. Sağlam həyat tərzini seçin. Orqanizmi sınağa çəkməyin.

Əqrəb - mürəkkəb gün olsa da, ümidsiz deyil. Səbrli olun. Əlverişli, gərəkli anı gözləməyi bacarın. Fikir və hisslərinizi bölüşməyin. Niyyətiniz barədə yaxşı tanımadığınız insanlara məlumat verməyin.

Emosiyalarınızı sözlər, jestlər və ya mimika vasitəsilə aşkar etməyin. Soyuqqanlı və təmkinli olsanız, hətta ən güclü rəqibi də üstələyə bilərsiniz.

Günün ikinci yarısında yorula bilərsiniz. Saatlar keçdikcə qüvvələrin tükəndiyini hiss edəcəksiniz. Yaxınlarınızın diqqət və qayğısı xoşdur. Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Oxatan - günün ilk yarısında qarşıdurma, ixtilaf olacaq. Qarşınıza qoyduğunuz məqsədə sürətlə çatmayacaqsınız. İzafi səylər sərf etmədən istədiyinizi əldə edəcəyinizi düşünməyin.

Sədləri dəf etməyə hazır olun. Qətiyyətli olsanız, təəssüf yaradacaq fəsadlar yaşanmayacaq.

İşgüzar münasibətlər çox dinamik inkişaf edəcək. Tərəfdaşlıqda maraqlı olun, potensial tərəfdaşların niyyətlərini nəzərə alın.

Günün ikinci yarısında xoş sürprizlər olacaq. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər istisna deyil. Yaxınlarınızı anlamağa çalışın. Belə olarsa, münaqişə və fikir ayrılıqlarına son qoya bilərsiniz.

Axşam saatlarını əyləncəyə həsr edin.

Oğlaq - həftənin ən çətin, qarışıq günlərindən biridir. Çoxdan yaranan problemlərdən biri yenidən gündəmə gələcək. Peşəkar fəaliyyət müstəvisində uğursuzluqlar istisna deyil. Qarşıya qoyduğunuz məqsədə çatacağınıza şübhə etməyin.

Yanınızdakı insan sayəsində siz özünüzə inanacaqsınız.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Önəmli saydığınız münasibətlərdə romantika artacaq. Ciddi olun, mübahisələrə son qoyun. Ümumiyyətlə, bu gün işgüzar məqsədlərlə yanaşı şəxsi hədəflərə çatmaq daha asandır.

Dolça - başqalarının işlərinizə qarışmasına imkan verməsəniz, durum yaxşı olacaq. Yaxınlarınızın niyyətləri pis olmasa da, zəifliklər və nöqsanlarınız pis fəsadlar yarada bilər. Şəxsi problemlərinizi yaxşı tanımadığınız insanlarla müzakirə etməyin. Sirrlərinizi bölüşməyin.

Günün ikinci yarısı maraqlı ideyalar vəd edir. Maliyyə durumunuzu yaxşılaşdırmağa, gəlirləri artırmağa çalışın. Həddən artıq çalışmağa ehtiyac duyulmadan da pul qazanmaq olar.

Axşam saatlarında normal istirahət edin.

Balıqlar - günün ilk yarısı çətinliklər vəd edir. İşdə ən müxtəlif problemlər yarana bilər. Həmkarlarınızla münasibətlərdə anlaşılmazlıqlar və ziddiyyətlərin böyüməsinə imkan verməyin. Şayiələr, böhtanlar əhvalınızı korlayacaq.

Günün ikinci yarısında soyuqqanlı davranın. Təcrübəli insanların sözlərinə, yaşlı qohumların məsləhətlərinə qulaq asın. Mühüm qərarları müstəqil qəbul etməyə dəyməz. Maliyyə məsələlərində ehtiyatlı davranın. Planlaşdırılmamış səfərə yollanmayın.

Son.az

Əxlaqsızlıq sərhəd tanımır!  Hikmət Hacıyev like
  • 11 Sen 23:56  
Siyasət Əxlaqsızlıq sərhəd tanımır! Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyas

arrow Ətraflı
"Kuruluş Osman"da yeni aktyor  FOTO like
  • 11 Sen 23:50  
Şou-biznes "Kuruluş Osman"da yeni aktyor FOTO

"Atv" kanalının "Kuruluş Osman" serialına yeni aktyor da

arrow Ətraflı
Müdafiə Nazirliyi MƏLUMAT YAYDI like
  • 11 Sen 23:44  
Siyasət Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

Sentyabrın 11-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin

arrow Ətraflı
Vətəndaşların NƏZƏRİNƏ: Nömrə alarkən ALDANMAYIN  VİDEO like
  • 11 Sen 23:42  
Digərləri Vətəndaşların NƏZƏRİNƏ: Nömrə alarkən ALDANMAYIN VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində faəliyyət göstərən telefon

arrow Ətraflı
Tualetdə telefon istifadə edənlərə PİS XƏBƏR: like
  • 11 Sen 23:36  
Digərləri Tualetdə telefon istifadə edənlərə PİS XƏBƏR:

İngiltərədə bütün həyatımızın mərkəzində olan cib telefonları üz�

arrow Ətraflı
Kimin əvvəli, kimin axırı  45 yaşlı modelin bikinili fotoları TƏNQİD EDİLDİ like
  • 11 Sen 23:30  
Şou-biznes Kimin əvvəli, kimin axırı 45 yaşlı modelin bikinili fotoları TƏNQİD EDİLDİ

Dünyaca məşhur ulduz Nikol Şerzingerin bikinili fotoları tənqid edilib.

arrow Ətraflı
İnsult keçirən məşhur reper VƏFAT ETDİ  FOTO like
  • 11 Sen 23:24  
Şou-biznes İnsult keçirən məşhur reper VƏFAT ETDİ FOTO

Rusiyalı reper Eisik (İqor Voinov) vəfat edib.

arrow Ətraflı
Müəllim şagirdindən uşaq doğdu  Məktəb valideynə bu qədər pul ödəyəcək like
  • 11 Sen 23:12  
Dünya Müəllim şagirdindən uşaq doğdu Məktəb valideynə bu qədər pul ödəyəcək

ABŞ-nin Kaliforniya ştatında qadın müəllim öz şagirdindən uşaq dünyay

arrow Ətraflı
Hərbi xidmətə çağırışda YENİLİK like
  • 11 Sen 23:06  
Digərləri Hərbi xidmətə çağırışda YENİLİK

Ötən həftə Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı

arrow Ətraflı
Məşhur modelin küçədə geyindiyi paltar gündəm oldu like
  • 11 Sen 23:00  
Şou-biznes Məşhur modelin küçədə geyindiyi paltar gündəm oldu

Amerikalı model Emily Ratajkowski'nin küçə geyimi sosial şəbəkələrd

arrow Ətraflı
Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanıldııb  FOTO like
  • 11 Sen 22:53  
Digərləri Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanıldııb FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal mi

arrow Ətraflı
Küçənin ortasında iki qadını vəhşicəsinə döydülər like
  • 11 Sen 22:45  
Dünya Küçənin ortasında iki qadını vəhşicəsinə döydülər

ABŞ-ın Sietl ştatında mühacir olduqları iddia edilən şəxslər küçəni

arrow Ətraflı
Belə "sel" görülmədi  VİDEO like
  • 11 Sen 22:38  
Digərləri Belə "sel" görülmədi VİDEO

Ötən gün səhər saatlarında Portuqaliyanın Anadiya şəhərində "Des

arrow Ətraflı
Ayrılıq iddiaları olan cütlükdən like
  • 11 Sen 22:30  
Şou-biznes Ayrılıq iddiaları olan cütlükdən

Türkiyəli məşhur aktrisa Hande Erçel və sevgilisi Hakan Sabancı ayrılıq

arrow Ətraflı
Xalq artistinin səhhətində ciddi problem yaranıb : like
  • 11 Sen 22:22  
Şou-biznes Xalq artistinin səhhətində ciddi problem yaranıb :

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində ciddi problem yaranıb.

arrow Ətraflı