Tualetdə telefon istifadə edənlərə PİS XƏBƏR:


Digərləri 11 Sen 2023 23:36:00 215 0

Tualetdə telefon istifadə edənlərə PİS XƏBƏR:

İngiltərədə bütün həyatımızın mərkəzində olan cib telefonları üzərində aparılan araşdırma, telefonların tualetdən 18 qat daha çox bakteriya ehtiva etdiyini ortaya çıxarıb. Üstəlik, ictimai nəqliyyatda, yemək süfrəsində, əlimizdən yerə qoymadığımız mobil telefonlar ciddi infeksiyalara səbəb olur. Türkiyəli Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Mütəxəssisi prof. Dr. A. Çağrı Büke bununla bağlı maraqlı açıqlama verib.

Son.az saglamolun.az-a istinadən xəbər verir ki, statistikaya əsasən, dünya əhalisinin 90 faizindən çoxunun mobil telefonu var. Az qala bədənimizin bir hissəsinə çevrilmiş telefonlarımızı yataqda, yemək süfrəsində, hətta tualetdə əlimizdən qoymuruq. Mütəxəssislər bildirirlər ki, bizim vazkeçilməz parçamız olan cib telefonları mikroblar üçün çox böyük sığınacaq yaradır. Tədqiqatçılar mikroblar üçün uyğun bir çoxalma yeri olaraq görülən tualetlərdə telefonların istifadəsinin inanılmaz zərəri olduğunu söyləyirlər. Cib telefonlarının təhülkəsindən danışılarkən, adətən maşın sürərkən istifadə edilməsinin həyati təhlükəli olduğu deyilir, amma mikrob və bakteriyaların səbəb ola biləcəyi infeksiya riskinin yaratdığı problemlər diqqətdən kənarda qalır. Telefonlarda tualetdən 18 dəfə çox bakteriya var. Bu da insanların sağlamlığını ciddi şəkildə riskə ata bilər.

Mütəxəssis qeyd edib ki, insanın bağırsağında çoxlu bakteriyalar mövcuddur. Bağırsaq infeksiyası hallarında müxtəlif bakteriyalar, viruslar və parazitlər ishalın inkişafına səbəb olur. Mikroorqanizmlər nəcislə xarici mühitə yayılır. Telefonlar gündəlik həyatımızda ən çox istifadə etdiyimiz cihazlardır. Son araşdırmalar insanların çoxunun tualetdə cib telefonlarından istifadə etdiyini üzə çıxarıb. Bu o deməkdir ki, telefonlar bakteriyalar üçün çoxalma yeridir.

Bir insanın gündə yüzlərlə dəfə cib telefonuna toxunduğu ehtiaml edilir. Tualetdən istifadə etdikdən, yemək bişirdikdən, təmizlikdən, yeməkdən sonra və alış-verişdən sonra müntəzəm olaraq əllərimizi yuyuruq, amma telefonu əlimizə aldıqdan sonra bunu etmirik. Hətta telefonla yatıb-dururuq, yemək yeyirik. Cib telefonları ilə hər təmasdan sonra əllərimizi yumalıyıq, çünki əllərimiz mobil telefondan çirklənir.

TELEFON SƏTHİNDƏKİ MİKROORQANİZMLƏR HANSI XƏSTƏLİKLƏRİ SƏBƏB EDİR?

Telefonlardakı bakteriyaların müxtəlif növ göbələk və parazitlər ola bilər.

"Escherichia coli, Citrobacter, Proteus, Klebsiella, Pseudomonas, Enterococcus, Staphylococcus və Streptococcus kimi mikroorqanizm növlərinə tez-tez rast gəlinən bakteriyalardır. Çirklənmiş əllərin üz, göz, ağız, burun, zədələnmiş dəri ilə təması nəticəsində bu bakteriyalar müxtəlif yollarla orqanizmə daxil olaraq infeksion xəstəliklərdən tutmuş, toxuma və orqanlarda problem yarada bilir. Başqa bir risk, belə bakteriyaların əhəmiyyətli bir hissəsinin bir çox antibiotiklərə davamlı olmasıdır. Yəni sözügedən bakteriya ilə yoluxucu xəstəlik yarandıqda müalicədə çətinliklər yaşamaq mümkün olur", -deyə professor qeyd edib.

2019-cu ildə Böyük Britaniyada keçirilən sorğu nəticəsində məlum olub ki, insanların çoxu tualetdə telefondan istifadə etmək vərdişinə malikdir. Mütəxəssislər telefon səthlərinin tualet oturacaqlarından daha çirkli ola biləcəyinə və ciddi bakteriya yuvasına çevrilmiş cihazlardan istifadəçilərin istifadə etmə ehtimalının müxtəlif təhlükələri də gətirəcəyinə diqqət çəkiblər.

Surrey Universitetində molekulyar biologiya üzrə baş müəllim Dr. Simon Park tələbələrlə birlikdə nümunə telefon səthlərində mikrob infeksiyası risklərini araşdırarkən bildirib ki, telefonun bütün səthində bakteriyalar var idi. Bu torpaq əsaslı bakteriyalar bizə telefon istifadəçisinin yerlə təmasda olduğunu göstərir. Bir sözlə, telefonlar təkcə kontaktları və şəxsi məlumatları deyil, həm də bakteriya tarixini də özündə daşıyır.

Cib telefonlarının səthində təkcə bakteriyaların deyil, virusların da yaşaya bildiyini vurğulayan mütəxəssislər insanlara müntəzəm olaraq telefonların təmizlənməsini tövsiyə edirlər.

Mütəxəssislər telefonların kənarındakı sərt plastik qabların nə qədər uzun müddət bakteriya saxladığını anlamaq üçün bir sıra araşdırmalar da aparıblar. Müvafiq olaraq, virusların plastik qoruyucu qablarda bir həftəyə qədər yaşaya biləcəyi ortaya çıxıb. Bununla belə, ciddi tənəffüs yolu və bağırsaq infeksiyalarına səbəb ola bilən Covid-19, körpə və azyaşlı uşaqları təsir edən çox yoluxucu bir Bakteriya olan rotavirus və norovirus kimi viruslar plastik qablarda bir neçə gün yoluxucu formada qala bilir.

TELEFONLARI NECƏ TƏMİZLƏMƏLİ?

Bakteriyalardan özünüzü qorumaq üçün həm mobil telefonları təmizləməli, həm də hər təmasdan sonra əllərinizi yumalısınız. Tərkibində 70 faiz spirt olan salfetlərlə silmək cib telefonlarını təmizləmək üçün bir üsul ola bilər. Bu salfetlərdən başqa, təmiz kağız dəsmalı 70 faiz spirt olan dezinfeksiyaedici ilə islatdıqdan sonra əllə təmasda olan mobil telefonların bütün səthlərinin silinməsi çox vacibdir. Bu prosedurlardan sonra əllər sabun və su ilə yuyulmalı və ya təmizlənməlidir. Cib telefonlarının gündə ən azı bir dəfə təmizlənməsi məsləhətdir.

Kimin əvvəli, kimin axırı  45 yaşlı modelin bikinili fotoları TƏNQİD EDİLDİ like
  • 11 Sen 23:30  
Şou-biznes Kimin əvvəli, kimin axırı 45 yaşlı modelin bikinili fotoları TƏNQİD EDİLDİ

Dünyaca məşhur ulduz Nikol Şerzingerin bikinili fotoları tənqid edilib.

arrow Ətraflı
İnsult keçirən məşhur reper VƏFAT ETDİ  FOTO like
  • 11 Sen 23:24  
Şou-biznes İnsult keçirən məşhur reper VƏFAT ETDİ FOTO

Rusiyalı reper Eisik (İqor Voinov) vəfat edib.

arrow Ətraflı
Müəllim şagirdindən uşaq doğdu  Məktəb valideynə bu qədər pul ödəyəcək like
  • 11 Sen 23:12  
Dünya Müəllim şagirdindən uşaq doğdu Məktəb valideynə bu qədər pul ödəyəcək

ABŞ-nin Kaliforniya ştatında qadın müəllim öz şagirdindən uşaq dünyay

arrow Ətraflı
Hərbi xidmətə çağırışda YENİLİK like
  • 11 Sen 23:06  
Digərləri Hərbi xidmətə çağırışda YENİLİK

Ötən həftə Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı

arrow Ətraflı
Məşhur modelin küçədə geyindiyi paltar gündəm oldu like
  • 11 Sen 23:00  
Şou-biznes Məşhur modelin küçədə geyindiyi paltar gündəm oldu

Amerikalı model Emily Ratajkowski'nin küçə geyimi sosial şəbəkələrd

arrow Ətraflı
Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanıldııb  FOTO like
  • 11 Sen 22:53  
Digərləri Dövlət sərhədini pozmağa cəhd göstərənlər saxlanıldııb FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal mi

arrow Ətraflı
Küçənin ortasında iki qadını vəhşicəsinə döydülər like
  • 11 Sen 22:45  
Dünya Küçənin ortasında iki qadını vəhşicəsinə döydülər

ABŞ-ın Sietl ştatında mühacir olduqları iddia edilən şəxslər küçəni

arrow Ətraflı
Belə "sel" görülmədi  VİDEO like
  • 11 Sen 22:38  
Digərləri Belə "sel" görülmədi VİDEO

Ötən gün səhər saatlarında Portuqaliyanın Anadiya şəhərində "Des

arrow Ətraflı
Ayrılıq iddiaları olan cütlükdən like
  • 11 Sen 22:30  
Şou-biznes Ayrılıq iddiaları olan cütlükdən

Türkiyəli məşhur aktrisa Hande Erçel və sevgilisi Hakan Sabancı ayrılıq

arrow Ətraflı
Xalq artistinin səhhətində ciddi problem yaranıb : like
  • 11 Sen 22:22  
Şou-biznes Xalq artistinin səhhətində ciddi problem yaranıb :

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində ciddi problem yaranıb.

arrow Ətraflı
ABŞ Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır  Dövlət Departamenti like
  • 11 Sen 22:15  
Siyasət ABŞ Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır Dövlət Departamenti

ABŞ-nin Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti

arrow Ətraflı
“Rəisi düşürürdüm” deyən "AA" nömrəli maşının sürücüsü cəzalandırıldı  VİDEO like
  • 11 Sen 22:00  
Digərləri “Rəisi düşürürdüm” deyən "AA" nömrəli maşının sürücüsü cəzalandırıldı VİDEO

Sosial şəbəkələrdə Bakıda AA seriyalı avtomobilin yol hərəkəti qaydal

arrow Ətraflı
Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub  YENİLƏNDİ like
  • 11 Sen 21:55  
Digərləri Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub YENİLƏNDİ

Sentyabrın 11-i saat 20:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri

arrow Ətraflı
Həbs edildiyi deyilən Surovikinə yeni vəzifə verildi like
  • 11 Sen 21:52  
Digərləri Həbs edildiyi deyilən Surovikinə yeni vəzifə verildi

Rusiya Aerokosmik Qüvvələrinin keçmiş komandanı Sergey Surovikin MDB-nin h

arrow Ətraflı
Ravvin Ermənistandakı yəhudilərə müraciət edib: "Təhlükəsizlik üçün Azərbaycana gedin!" like
  • 11 Sen 21:45  
Siyasət Ravvin Ermənistandakı yəhudilərə müraciət edib: "Təhlükəsizlik üçün Azərbaycana gedin!"

"Xilas olmaq istəyirsinizsə, Azərbaycana gedin! Burada səmimi münasib�

arrow Ətraflı