Ravvin Ermənistandakı yəhudilərə müraciət edib: "Təhlükəsizlik üçün Azərbaycana gedin!"
Siyasət 11 Sen 2023 21:45:00 362 0
"Xilas olmaq istəyirsinizsə, Azərbaycana gedin! Burada səmimi münasibət görə, vətəndaşlıq və təhlükəsizliyə zəmanət ala bilərsiniz".
Bu xəbəri də oxu: Prezident: Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır
Son.az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın iblisləşdirilməsinə və onun düşmənlərinin Holokost mövzusundan istifadə etməsinə qarşı kampaniyanın təşəbbüskarı, bakılı ravvin Zamir İsayevin Ermənistanda qalan sonuncu yəhudilərə müraciətində deyilir.
"Bu yaxınlarda İrəvanda yaşayan bir neçə yəhudi mənimlə əlaqə saxlayıb. Onlar böyük təzyiq altındadır və Holokost terminologiyasından istifadəyə qarşı çıxan Avropa, Amerika, İsrail, eləcə də müsəlman ölkələrinin ravvinlərinin təşəbbüsünə görə təhdid edilirlər. Xalqımızın faciəsi olan Holokostun xatirəsindən Ermənistan rəhbərliyi tərəfindən öz siyasi məqsədləri üçün istifadə edilməsinə qəzəblənməyə bilmirəm", - Z.İsayev videomüraciətində bildirib.
Ravvin Ermənistanda yaşayan bir neçə yəhudiyə bu ölkəni tərk etməklə bağlı müraciət edib:
"Axı təhdid olunduğunuz ölkədə yaşaya bilməzsiniz. Əgər Ermənistanda mənim sözlərimə görə cavabdehlik daşıdıqlarını düşünürlərsə, bu ölkədən getsinlər! Əgər siz Holokost yaddaşından mənfur siyasi məqsədlər üçün istifadənin müdafiəsinə məcbur edilirsinizsə, oradan çıxın! Daha yaxşısı, yəhudilərə qardaş kimi baxılan Azərbaycana gəlin!"
Z.İsayev Ermənistanı tərk etmək istəyənlərə onunla feysbuk vasitəsilə əlaqə saxlamağı tövsiyə edib:
"Əgər valideynlərinizdən heç olmasa biri yəhudidirsə, 1991-ci ildən əvvəl verilmiş doğum haqqında şəhadətnaməniz varsa, mənimlə əlaqə saxlayın. Açıq şəkildə öhdəmə götürürəm ki, sizi Azərbaycanda yaxşı qarşılayacaqlar, vətəndaşlıq alacaqsınız və təbii ki, təhlükəsizliyinizi təmin edəcəksiniz. Hətta İsraildə deyirlər ki, Azərbaycan yəhudilərin yaşaması üçün ən təhlükəsiz yerlərdən biridir".
Regionumuz elədir ki, eskalasiya riski var, lakin biz dövlət olaraq bunun gen
"Real" televiziyasının rəhbəri, Əməkdar jurnalist Mirşahin Ağa
İran hökuməti Rusiyaya PUA-lardan əlavə yaxın və uzaq mənzilli raketlər
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Səhiyyə Nazirliyinə bu il
Lerik Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ayaz Cəfərov vəzifəd�
Türkiyənin Adıyaman bölgəsində toy zamanı qəribə hadisə baş verib.
Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimə qarşı hücumlar BMT-də m
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasit
Liviya hökuməti ölkənin şimal-şərq şəhərlərini vuran "Daniel&quo
2023-cü ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2022-ci ili
İndoneziyanın Şimali Maluku bölgəsində 6 bal gücündə zəlzələ baş ve
Yakutiyanın Anabar bölgəsindəki Mayat almaz mədənində son 10 ilin ən bö
"Mən "Dağlıq Qarabağın" (Qarabağda rus sülhməramlıların
Müğənni Nadir Qafarzadə 30 il öncə çəkilən fotosunu yayımlayıb.