23 dəqiqədə dərdlərə şəfa olan


Digərləri 07 Sen 2023 00:54:00 298 0

23 dəqiqədə dərdlərə şəfa olan

Keçibuynuzunun yetişmiş meyvələrinin toxumları uzun müddət içərisinə su keçirmədiyindən ağırlığını dəyişməyən nadir toxumlardır.

Toxumlarının eyni forma və çəkidə olması onun lap qədim zamanlardan qiymətli daşları və metalları çəkmək üçün kiçik ölçülü çəki daşı əvəzi istifadə edilməsinə səbəb olub. O vaxtdan indiyə qədər qiymətli daşların və metalların ölçülməsində istifadə edilən çəki vahidi karat - 0,189 qram 1 ədəd keçibuynuzu toxumunun ağırlığına bərabərdir. Ərəblər çəki vahidi dirhəmi (3 qram) ölçmək üçün 16 ədəd keçibuynuzu toxumundan istifadə edilirdi.

Son.az saglamolun.az-a istinadən xəbər verir ki, keçibuynuzu ağacının qərtanının əsrlər boyu torpağın dərin qatlarında qalmasından zərgərlikdə və tibdə istifadə edilən kəhraba əmələ gəlir.

Keçibuynuzu orqanizmdə ağciyər xərçənginin qarşısını alan ən önəmli faktorlardan olan OGG1 (8-Oxo Guanine DNA Glycosylase) fermentinin aktivliyini və sintezini artıraraq həmin xəstəliyə tutulma riskini azaldır. Həmin fermentin ağciyər xərçəngindən qorumaqla yanaşı həm də DNT-də baş verən zədələnmələri bərpa etmək xüsusiyyəti var. Siqaretçəkmə bu fermentin aktivliyinin azalmasında əsas səbəblərdəndir.

Keçibuynuzu meyvələri bağırsaqlarda patogen mikroorqanizmlərin miqdarını azaldaraq normal bağırsaq florasına daxil olan laktobakteriyaların koloniyalarının inkişafına şərait yaradır, orqanizmdən ağır metal duzlarının və radioaktiv maddələrin xaric olmasını asanlaşdırır, pektin maddələr hüceyrə membranının - xüsusilə bağırsağın selikli qişa hüceyrələrinin yenidən qurulmasını təmin edir.

Bundan başqa güclü antioksidant təsir göstərir, sərbəst radikalların orqanizmdən xaric olunmasını sürətləndirir, iltihab mediatorları olan sitokinlərin və histaminin sintezini ləngidərək iltihab əleyhinə və antiallergik təsir göstərir. Bu səbəbdən ondan astma və bronxit zamanı tənəffüs yollarını genişləndirmək üçün istifadə olunur.

Keçibuynuzu qanda zərərli olan aşağı sıxlıqlı xolesterinin miqdarını azaldır, yüksək molekullu xolesterinin səviyyəsini isə artırır. Maraqlıdır ki, tam yetişmiş meyvələri qəbizliyin qarşısını aldığı və bağırsaqlar vasitəsilə toksinlərin xaric olmasını asanlaşdığı halda, keçibuynuzunun kal meyvələri büzücü təsirli tanin maddəsi hesabına ishalın qarşısını alır. Toxumların üyüdülməsindən əldə edilən unun tərkibində qlüten olmadığından seliakiya xəstəliyindən əziyyət çəkənlər ondan rahatlıqla istifadə edə bilərlər.

Keçibuynuzu kişi cinsi hüceyrəsinin hərəkətliyini və fermentativ aktivliyini yüksəldərək yumurta hüceyrə membranını əridib içəri keçməsini və mayalandırma qabiliyyətini artırır. Çiy keçibuynuzu meyvələrinin tərkibində prostat vəzin xoşxassəli böyüməsinə - adenomaya səbəb olan alfa-5-reduktaza fermentinin aktivliyini azaldan palmitin və stearin turşuları mövcuddur.

Tərkibində kofein, feniletilamin, oksalatlar və xolesterin kimi maddələr olmadığından keçibuynuzu meyvələrindən hazırlanan məhsulları ürək damar sisteminin, podaqra, oksalaturiya, miqren, böyrək daşı kimi xəstəlikləri olanlar rahatlıqla istifadə edə bilərlər. Allergiyaya meyilli uşaqlara keçibuynuzu meyvələrindən hazırlanmış şokolad verilə bilər.

Keçibuynuzu meyvəsinin toxumlarının üyüdülməsindən əldə edilən unun tərkibindəki polisaxarid-qalaktoman öz kütləsindən 17 dəfə artıq maye saxlayaraq həcmini artırmaq xüsusiyyətinə malikdir və buna görə qida sənayesində E410 - qida əlavəsi kimi istifadə edilir.

Keçibuynuzu həzm olunmamış qidaları, oksidləşmiş xolesterini, şlak və toksinləri özünə hopduraraq bağırsaqlardan dəyişikliyə uğramamış şəkildə xaric edir. Mədəyə düşdükdən sonra həcmini artırdığından, həm də aclıq hissi yaradan qrelin peptidinin miqdarını azaltdığından toxluq hissi yaradır. Bu xüsusiyyətinə əsasən artıq çəkidən əziyyət çəkənlərin menyusuna daxil edilir.

Keçibuynuzu meyvələrinin tərkibində bol miqdarda fruktoza, qlükoza, saxaroza kimi karbohidratların olmasına baxmayaraq çiy halda yeyildiyində və dəmləməsi istifadə edildikdə qan şəkərini yüksəlməməsi tərkibindəki qan şəkərini tənzimləyən maddələrlə əlaqədardır. Keçibuynuzu bəkməzi hazırlananda uzun müddət qaynadıldığından həmin maddələr parçalanır və bəkməzin qəbulu zamanı qan şəkərini yüksəltdiyinə görə istifadə edən zaman diqqətli olmaq lazımdır.

Reseptlər

Ağciyər ödəminə qarşı

Qaynayan yarım litr suya 6-7 ədəd xırda doğranmış keçibuynuzu meyvəsi əlavə edilir, ağzı bağlı şəkildə 5 dəqiqə vam ocaqda qaynadılır, ocaqdan götürərək 15 dəqidə dəmlənir və içərisindən meyvələr çıxarılır. Dəmləmə 3 yerə bölünür, səhər, günorta və axşam acqarına qəbul edilir.

Sperma sayını, hərəkətliyini və mayalandırma qabiliyyətini artırmaq üçün

Qaynayan 500 ml suya xırdalanarq 6-7 ədəd keçibuynuzu meyvələri əlavə edilir, 3 dəqiqə vam ocaqda qaynadılır. Ocaqdan götürərək 20 dəqiqə dəmlənir, süzülür. Alınan dəmləmə iki yerə bölünərək səhər və axşam acqarına qəbul edilir. Prosedur 1 həftə gündə 2 dəfə , sonrakı 3 ay aparılır və onu yalnız axşamlar qəbul etmək lazımdır.

Öskürək və təngnəfəslik zamanı

1 çay qaşığı üyüdülmüş keçibuynuzu meyvələri və ya eyni miqdarda keçibuynuzu bəkməzi 1 stəkan isti südlə qarışdırılır, gündə iki dəfə qəbul edilir.

Dəmləmə hazırlanarkən 6-8 dəqiqədən çox qaynadılmamalıdır.

Dilarədən bikinili like
  • 07 Sen 00:33  
Şou-biznes Dilarədən bikinili

Müğənni Dilarə Kazımova yeni fotolarını paylaşıb.

arrow Ətraflı
Rusiya və Türkiyə taxıl barədə razılığa gəldi like
  • 07 Sen 00:26  
Dünya Rusiya və Türkiyə taxıl barədə razılığa gəldi

Rusiya 1 milyon ton taxıl tədarükü ilə bağlı Türkiyə ilə prinsipial ra

arrow Ətraflı
Bakıda BƏDBƏXT HADİSƏ: Güclü külək 9 yaşlı uşağın ölümünə səbəb oldu  FOTO like
  • 07 Sen 00:05  
Digərləri Bakıda BƏDBƏXT HADİSƏ: Güclü külək 9 yaşlı uşağın ölümünə səbəb oldu FOTO

Bakının Xəzər rayonunda 9 yaşlı uşaq dəmir darvazanın aşması nəticə

arrow Ətraflı
Günün qoroskopu: Qırılmış əlaqələri, sərinləmiş münasibətləri bərpa etmək olar like
  • 07 Sen 00:01  
Digərləri Günün qoroskopu: Qırılmış əlaqələri, sərinləmiş münasibətləri bərpa etmək olar

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
"Həkimlərin səhvinə görə öləcəkdim" like
  • 06 Sen 23:56  
Şou-biznes "Həkimlərin səhvinə görə öləcəkdim"

Əfsanəvi aktyor Arnold Şvartsenegger ölümlə üz-üzə gəlib.

arrow Ətraflı
Xalq artistləri ustad sənətkar Arif Babayevin EVİNDƏ  FOTO like
  • 06 Sen 23:50  
Şou-biznes Xalq artistləri ustad sənətkar Arif Babayevin EVİNDƏ FOTO

Xalq artistləri Mənsum İbrahimov və Təyyar Bayramov ustad sənətkar Xalq a

arrow Ətraflı
Gecələr smartfonda WiFi söndürülməlidir?  DİQQƏT! like
  • 06 Sen 23:46  
Digərləri Gecələr smartfonda WiFi söndürülməlidir? DİQQƏT!

Bir çox smartfon sahibləri gecələr telefonlarında Wi-Fi-ı söndürürlər

arrow Ətraflı
Azərbaycanlı tələbə Moskvada VƏFAT ETDİ  FOTO like
  • 06 Sen 23:41  
Digərləri Azərbaycanlı tələbə Moskvada VƏFAT ETDİ FOTO

Bakı Avrasiya Universitetinin 4-cü kurs tələbəsi Fuad Şəmsi oğlu Nuriyev

arrow Ətraflı
Ürək sağlamlığı üçün fındıq yeyin like
  • 06 Sen 23:36  
Digərləri Ürək sağlamlığı üçün fındıq yeyin

Fındığın bəlkə də bir neçə faydası haqqında məlumatınız var.

arrow Ətraflı
Safuranın əri ilə Monteneqrodakı lüks tətili  FOTO like
  • 06 Sen 23:30  
Şou-biznes Safuranın əri ilə Monteneqrodakı lüks tətili FOTO

Müğənni Safura Əlizadə həyat yoldaşı, iş adamı Fərhad Əliyevlə Mont

arrow Ətraflı
ÜST rəhbəri: “Ölüm hallarının artması COVID19un bitməyəcəyini göstərir” like
  • 06 Sen 23:22  
Digərləri ÜST rəhbəri: “Ölüm hallarının artması COVID19un bitməyəcəyini göstərir”

"Yaxın Şərq, Asiya və Avropada COVID-19 səbəbindən ölüm və xəst�

arrow Ətraflı
Sizin bədən çəkiniz normaya uyğundurmu? SADƏ TEST like
  • 06 Sen 23:15  
Digərləri Sizin bədən çəkiniz normaya uyğundurmu? SADƏ TEST

Bunu bilmək üçün bədən kütləsi indeksini hesablayın.

arrow Ətraflı
Dreykin qeyriadi kolleksiyası  FOTO like
  • 06 Sen 23:07  
Şou-biznes Dreykin qeyriadi kolleksiyası FOTO

Dünyaca məşhur reper Dreyk bu dəfə kolleksiyası ilə gündəmə gəlib.

arrow Ətraflı
24 yaşlı oğlan sevgilisini anasının gözü qarşısında... – Sumqayıtda dəniz kənarında like
  • 06 Sen 23:00  
Kriminal 24 yaşlı oğlan sevgilisini anasının gözü qarşısında... – Sumqayıtda dəniz kənarında

Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Faiq şəxsi münasibətlər z

arrow Ətraflı
Saysızhesabsız eşq macəraları yaşadı, 64 yaşında dəli kimi aşiq oldu – like
  • 06 Sen 22:53  
Kriminal Saysızhesabsız eşq macəraları yaşadı, 64 yaşında dəli kimi aşiq oldu –

Bu gün dünya şöhrətli tenor Luçano Pavarottinin anım günüdür. 2007-ci

arrow Ətraflı