24 yaşlı oğlan sevgilisini anasının gözü qarşısında... – Sumqayıtda dəniz kənarında


Kriminal 06 Sen 2023 23:00:00 403 0

24 yaşlı oğlan sevgilisini anasının gözü qarşısında... – Sumqayıtda dəniz kənarında

Sumqayıt şəhərində 1999-cu il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı sevgilisi Ləmana (adlar şərti verilib - red.) xəsarət yetirib.

Son.az teleqraf-a istinadla bildirir ki, hadisə 15 avqust 2022-ci ildə, saat 23.00-da Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsi ərazisində "Gilavar" restoranında baş verib.

Faiq sevgili münasibətində olduğu Ləmanın onun icazəsi olmadan istirahət mərkəzinə getdiyinə görə əsəbiləşib. Avqustun 14-də isə Ləmanla etdiyi mübahisə zamanı ona bir şillə vurduğu üçün barəsində şikayət etdiyinə görə aralarında yaranan şəxsi mübahisə zəminində burun nahiyəsinə bir dəfə zərbə vurub.

İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Ləmanla təxminən iki ilə yaxındır sevgili münasibətində olublar:

"Münasibətlərimiz yaxşı olsa da, arabir aramızda sözlə mübahisələrimiz yaranıb. Ləman mənim sözlərimə qulaq asmadı. Ləmanı qısqandığıma görə aramızda mübahisələrimiz olub".

Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 12-də Ləman ona anası və gəlinləri ilə birlikdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsi ərazisində yerləşən "Gilavar" restoranının yaxınlığında kirayə ev tutaraq orada yaşamağa başladıqlarını deyib:

"Ləmana evdən tez-tez kənara çıxmamasını, onu qısqandığımı desəm də, Ləman yenə də bəzən ona əhəmiyyət vermədi. Avqustun 14-də, təxminən gecə saat 02.30-da Ləmanın kirayə yaşadığı evə gəldim. Ləmanı çölə çağırdım və onunla söhbət etmək istədiyimi bildirdim. Ləman da mənimlə birlikdə çölə çıxdı. Söhbət zamanı yenə də Ləmana öz iradımı bildirdim və nə üçün sözlərimə qulaq asmadığını soruşdum. Ləman isə əsəbiləşərək istədiyi yerə gedə biləcəyini söylədi. Ləmanın bu sözlərindən qəzəbləndim və bir dəfə şillə ilə onun sifət nahiyəsinə yüngül zərbə vurdum. Ləman tez qaçaraq həyətlərinə girdi. Mən isə oradan getdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün, yəni avqustun 15-də Ləman ona zəng vurub və Novxanı qəsəbəsində çimərliyə gedəcəyini deyib: "Mən isə Ləmanı sevdiyimdən və qısqandığımdan dənizə getməməsini xahiş etdim. Ləman yenə də mənə qulaq asmadı və istədiyini edəcəyini dedi. Həmin gün təxminən saat 23 radələrində Ləmanla telefonla əlaqə saxladım. Ləman Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən istirahət mərkəzlərinin birində anası və gəlinləri ilə birlikdə oturduqlarını dedi, məni də ora dəvət etdi. Mən də həmin yerə gələrək onlarla görüşdüm. Söhbət zamanı Ləman məni qıcıqlandıraraq ünvanıma təhqiramiz ifadələr işlətməyə başladı. Həmçinin orada olan Ləmanın anası da mənimlə kobud danışdı. Onlara öz iradımı bildirməyimə baxmayaraq yenə də mənimlə kobud danışmağa davam etdilər. Buna görə də Ləmanın anası ilə aramızda sözlə mübahisə yarandı. Ləman isə bunu gördü və ünvanıma təhqiramiz sözlər işlətdi. Mən də əsəblərimi cilovlaya bilmədim, bir dəfə yumruqla Ləmanın burun nahiyəsindən zərbə vurdum. Zərbənin təsirindən Ləmanın burnundan qan axmağa başladı. Daha sonra törətdiyim əməldən peşiman oldum və Ləmana köməklik göstərdim. Bir neçə dəqiqə sonra isə oradan getdik".

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt orada onlardan başqa 2-3 nəfər restoranın işçiləri olub. Deyib ki, bu hadisəni xuliqanlıq niyyəti ilə törətməyib, sadəcə olaraq Ləmanla şəxsi münasibətləri ilə bağlı mübahisə zamanı bu hal baş verib. O, 2-ci Qarabağ - Vətən müharibəsi iştirakçısı, qazi olduğunu deyib. Bildirib ki, müharibədə kontuziya alıb, səhhətində problem yaranıb, hadisələrə tez qıcıqlanır, psixiatrik müayinə və müalicədə olub. O, etdiyi əməldən peşman olduğunu söyləyib.

İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, Faiqlə sevgili olub, münasibət saxladığı müddət ərzində onunla dəfələrlə münaqişə yaradıb, onu qısqandığını bildirib, hətta buna görə bir neçə dəfə onu döyüb. Qeyd edib ki, buna baxmayaraq əvvəllər Faiq barəsində şikayət etməyib.

Zərərçəkmiş bildirib ki, avqustun 12-də anası, gəlinləri və onun azyaşlı övladları ilə birlikdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən "Gilavar" restoranının yaxınlığında kirayə ev tutaraq orada yaşamağa başlayıblar: "Avqustun 14-də, təxminən gecə saat 02.30-da kirayə yaşadığımız evin həyətinə çıxanda Faiqin evin həyətində olduğunu gördüm. Faiq mənə yaxınlaşaraq qolumdan tutdu və kənara çəkdi. Dedi ki, sənə deməmişəm çölə çıxma. Sonra isə şillə ilə çənəmdən bir dəfə vurdu və saçımdan tutaraq dartdı. Mən dərhal qışqırdım və Faiqin əlindən çıxdım, qaçaraq həyətimizə girdim. Qışqırıq səsimə anam və gəlinlərimiz həyətə düşdülər. Bu zaman Faiq oradan getdi. Mən də bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə zəng vuraraq məlumat verdim. Sonra həmin gün Faiqlə telefonla əlaqə saxlayan zaman onun barəsində şikayət etdiyimi dedim. Faiq isə yenə də telefonda mənimlə mübahisə etdi".

Ləmanın sözlərinə görə, avqustun 15-də Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən adını xatırlamadığı istirahət mərkəzlərinin birində anası, gəlinləri, övladları ilə birlikdə dəniz kənarında əyləşərək çörək yeyiblər: "Həmin vaxt Faiq yanımıza gəldi. Anamı kənara çəkərək onunla mübahisə etməyə başladı ki, nə səbəbə ondan şikayət etmişik. Faiq həmin vaxt anamın ünvanına nalayiq söyüşlər söydü. Sonra isə Faiq yaxınlaşaraq mənimlə də mübahisə etdi. Mənə "niyə bunu elədin" dedi və yumruqla burun nahiyəmdən bir dəfə zərbə vurdu. Faiqin yumruqla burnumdan vurması nəticəsində qan axmağa başladı. Həmin vaxt anam və orada olan qohumlarım mənə köməklik göstərməyə çalışdılar. Sonra isə oradan çıxaraq Bakı şəhərinə getdik. Mən xəstəxanaya müraciət edəndə məlum oldu ki, Faiqin yumruqla vurması nəticəsində burnum sınıb".

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsini həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edib.

Təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Faiqin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Saysızhesabsız eşq macəraları yaşadı, 64 yaşında dəli kimi aşiq oldu – like
  • 06 Sen 22:53  
Kriminal Saysızhesabsız eşq macəraları yaşadı, 64 yaşında dəli kimi aşiq oldu –

Bu gün dünya şöhrətli tenor Luçano Pavarottinin anım günüdür. 2007-ci

arrow Ətraflı
Türk serial tarixində İLK like
  • 06 Sen 22:38  
Şou-biznes Türk serial tarixində İLK

Türkiyədə serial tarixində bir ilk yaşanacaq

arrow Ətraflı
Məşhur aktrisa 82 yaşında VƏFAT ETDİ  FOTO like
  • 06 Sen 22:32  
Dünya Məşhur aktrisa 82 yaşında VƏFAT ETDİ FOTO

İspaniyalı aktrisa və teleaparıcı Mariya Tereza Kampos 82 yaşında vəfat

arrow Ətraflı
Gecə klubunun qarşısında "QIRĞIN"  Sinəsi açıldı, vecinə olmadı like
  • 06 Sen 22:30  
Digərləri Gecə klubunun qarşısında "QIRĞIN" Sinəsi açıldı, vecinə olmadı

İstanbulda 2 qadın gecə klubunda aləmi bir-birinə qatıb.

arrow Ətraflı
Şəkidə "Land Rover" yandı like
  • 06 Sen 22:22  
Digərləri Şəkidə "Land Rover" yandı

Şəki şəhərində "Land Rover" markalı minik avtomobilinin mühər

arrow Ətraflı
Əfsanəvi aktyordan duyğusal paylaşım: “İki həftə əvvəl ərini itirmiş gənc qadın…”  FOTO like
  • 06 Sen 22:15  
Dünya Əfsanəvi aktyordan duyğusal paylaşım: “İki həftə əvvəl ərini itirmiş gənc qadın…” FOTO

Məşhur britaniyalı aktyor, yazıçı və ssenarist Stiven Fray Kiyevə səfə

arrow Ətraflı
Keçmiş arvadına görə polisi güllələdi – Qaladakı qətlin TƏFƏRRÜATI like
  • 06 Sen 22:08  
Kriminal Keçmiş arvadına görə polisi güllələdi – Qaladakı qətlin TƏFƏRRÜATI

Bakıda qısqanclıq zəminində polis əməkdaşını qətlə yetirməkdə təq

arrow Ətraflı
Tənqidi qəbul etməyən 3 BÜRC like
  • 06 Sen 22:00  
Digərləri Tənqidi qəbul etməyən 3 BÜRC

Astrologiyada əhval-ruhiyyəsi ilə seçilən bürclər var. Çox vaxt xoşuna

arrow Ətraflı
Model özünə KİŞİ AXTARIR like
  • 06 Sen 21:51  
Şou-biznes Model özünə KİŞİ AXTARIR

Türkiyəli model Bahar Candan özü ilə Dubaya istirahətə getməyə adam axt

arrow Ətraflı
Azərbaycanda məşhur veriliş BAĞLANDI like
  • 06 Sen 21:40  
Şou-biznes Azərbaycanda məşhur veriliş BAĞLANDI

"Xəzər TV"də yayımlanan "Fəlidən doğru xəbər" proqr

arrow Ətraflı
Milli geyimdə olan şagird DƏRSƏ BURAXILMADI  FOTO like
  • 06 Sen 21:33  
Dünya Milli geyimdə olan şagird DƏRSƏ BURAXILMADI FOTO

Fransanın Lion şəhərində az yaşlı qız kimono (Yaponiyanın milli geyimi)

arrow Ətraflı
Hikmət Hacıyev Netanyahu ilə görüşdü  FOTO like
  • 06 Sen 21:26  
Siyasət Hikmət Hacıyev Netanyahu ilə görüşdü FOTO

İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi

arrow Ətraflı
"Mən bu cahana sığmazam" nə vaxt yayımlanacaq? like
  • 06 Sen 21:15  
Şou-biznes "Mən bu cahana sığmazam" nə vaxt yayımlanacaq?

"Atv" kanalında yayımlanan "Mən bu cahana sığmazam" ser

arrow Ətraflı
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub like
  • 06 Sen 21:12  
Siyasət Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Sentyabrın 6-sı saat 19:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqə

arrow Ətraflı
Bu ölkələr yeni tankın yaradılması haqqında müqavilə imzaladı like
  • 06 Sen 20:54  
Dünya Bu ölkələr yeni tankın yaradılması haqqında müqavilə imzaladı

Almaniya İtaliya, İspaniya və İsveçlə "Leopard 2" tankının yen

arrow Ətraflı