Saysızhesabsız eşq macəraları yaşadı, 64 yaşında dəli kimi aşiq oldu –
Kriminal 06 Sen 2023 22:53:00 426 0
Bu gün dünya şöhrətli tenor Luçano Pavarottinin anım günüdür. 2007-ci ilin 6 sentyabrında əbədiyyətə qovuşan opera kralının yaşasaydı 88 yaşı olacaqdı. Hərçənd onun haqqında "yaşasaydı" sözünü işlətmək də doğru deyil. Luçano Pavarotti musiqi var olduqca yaşayacaq, adı tarixə və könüllərə qazılmış sənətkardır.
Bu xəbəri də oxu: Özünə oxşayan qadını öldürmüşdü cəzası bəlli oldu FOTO
Son.az xəbər verir ki, Lent.az "Bir ulduz axdı" rubrikasında italiyalı tenor Luçano Pavarotti haqqında söhbət açır.
Pavarotti fövqəlsəsə sahib opera müğənnisi sayılırdı. O opera tarixində 9 yüksək "do" notunu oxuya bilmiş ilk müğənni idi, buna görə də "Üst do kralı" adını almışdı. Onu operanı küçələrə daşıyan adam kimi də tanıyırdılar. Düzdür, öncələr buna görə tənqid olunurdu, sonralar anladılar ki, o operaya ümumxalq sevgisi qazandırmış insandır.
Pavarotti caz, rok, pop ulduzları ilə oxumuş yeganə opera müğənnisidir. Eyni uğurla Maykl Cekson, Selin Dion, Brouni ilə səhnəyə çıxır, maraqlı musiqi sintezi yaradırdı. O yarım milyon tamaşaçını ABŞ-da Mərkəzi Parkda öz tamaşasına yığmaqla Ginnesin Rekordlar Kitabına düşmüşdü. 15 dəfə "Qremmi" mükafatı almış, ən sonda "Qremmi əfsanəsi" mükafatına da layiq görülmüşdü.
Luçano İtaliyanın Emiliya Romanya vilayətində, Parmezan pendiri və Lambrusko şərabının hazırlandığı torpaqlarda dünyaya göz açmışdı. Atası çörəkçi olsa da, kilsə xorunda oxumağı sevirdi. Anası tütün fabrikində işləyirdi. Luçanoya səs atasından keçmişdi. Şöhrətlənənə qədər onun ən böyük rəqibi də atası olmuşdu. Atası hər zaman səsinin Luçanonun səsindən yaxşı olduğunu düşünürdü. Onlar ata-bala uzun illər birlikdə kilsə xorunda oxudular. Luçano müğənni olmaq niyyətində deyildi. Öncə fermer, sonra müəllim olmaq arzusuna düşmüşdü. Lakin 16 yaşı olanda ayağından aldığı travma nəticəsində 4 gün komaya düşür, ölümlə üz-üzə qalır.
Sağalandan sonra atası oğlunu opera tamaşasına aparır və o nə istədiyini anlayır. 16 il sonra eyni səhnədə daha böyük uğurla Luçano çıxış edirdi.
28 yaşı olanda Luçano Londonda opera səhnəsinə çıxır. İngilis dilini bilməyən, çaşqın gənc tenor izləyicilərin diqqətini çəkə bilir. Onun barəsində söz-söhbətlər bütün dünyanın opera teatrlarına çatır. Beləcə dünyaya Pavarotti adlı bir ulduzun işığı düşür.
Luçano çox dindar eyni zamanda mövhumatçı insan olub. Həmişə səhnəyə ilk çıxış etdiyi gün əlində olmuş ağ əl yaylığı ilə çıxırdı. Onu öz talismanı hesab edirdi. Məxməri rəngdən qorxur, pilləkənlərin altından keçmirdi, yanında süfrəyə duz dağılanda bərk əsəbiləşirdi, dava düşəcəyindən qorxurdu.
Pavarotti 26 yaşı olanda səsində problem yaranır, sağaldıqdan sonra səs tellərində qalınlaşma gedir. Gənc tenor karyerasının bununla başa çatdığını düşünsə də, hər şey əksinə olur. Sağaldıqdan sonra anlayır ki, səsi daha da gözəlləşib, qalınlaşıb istədiyi həddə düşüb.
Pavarottinin ən məşhur layihələrindən biri də "3 Tenor" layihəsi idi. Bu layihə çərçivəsində o həmkarları, dünya şöhrətli tenorlar Dominqo, Karreras ilə birlikdə möhtəşəm konsertlər verirdi. Musiqi tənqidçiləri bu üçlüyü opera janrını konsert salonlarına daşımaqda ittiham edirdilər. Tamaşaçılar isə bu layihəni çox sevdilər və bütün dünyada məşhurlaşdı.
Tale ona istədiyi hər şeyi bəxş edirdi. O minor yaşamağı sevmirdi. Qaynar italyan qanı və populyarlığın bəxş etdiyi çılğınlıqla daima qadınların əhatəsində olur, saysız-hesabsız eşq macəraları yaşayırdı.
İki dəfə ailəli olub. İlk arvadı müğənni Adya Veroni olmuşdu. 1961-ci ildə ilk dəfə ailə quran Luçanonun bu evlilikdən 3 qızı doğulur. 40 illik ailə həyatından sonra 64 yaşında o dəli kimi gənc bir xanıma, öz köməkçisinə aşiq olur. Sevdiyi qız ondan 40 yaş kiçik, 24 yaşlı Nikoletta Montovani idi. O qədər sevmişdi ki, arvadına etiraf edib ondan ayrılır, yeni arvadına villa tikdirir. Bu evlilikdən bir qızı bir oğlu doğulsa da, oğlu körpə ikən ölür. Luçano həmişə müsahibələrində varissiz qaldığını deyirdi. 4 qızını varisi hesab etmirdi.
Luçano yemək bişirməyi və ət yeməyi çox sevirdi. tez-tez mətbəxə keçib müxtəlif ət yeməkləri hazırlayırdı. "Yemək yeganə nemətdir ki, biz bütün işlərimizi onunla məşğul olmaq üçün dayandırırıq" deyirdi. Onun bu sözləri italyan restoranlarında tablo kimi divarlardan asılır.
Böyük tenor son dəfə səhnəyə 2004-cü ildə çıxdı. Mədəaltı vəzində bədxassəli şişin yarandığını artıq bilirdi. Tamaşaçılara vida nitqi söylədi. Son dəfə Puççininin "Toska" operasındakı partiyasını ifa etdi. Tamaşaçılar onu düz 10 dəqiqə ayaq üstə alqışlayıb sonra yola saldılar.
"Mən 65 yaşıma qədər bəxti gətirən biri oldum. Britaniya kraliçası məni şəxsən görmək istəyib, qəbul edib. Uşaqlığım kasıblıq içində keçmişdi, sonra Tanrı mənə əldə etmək istədiyim hər şeyi bəxş etdi. Xəstələnmədim, heç vaxt buna görə narahat olmadım və yenə olmuram. O içimdə böyüyür və mən rahat yatıram. Nikbinəm, ölənə qədər də belə qalacam",- deyə o son çıxışında bildirmişdi.
2007-ci ilin sentyabr ayında Pavarotti yaşadığı Madene şəhərində, xəstəxanada vəfat etdi. Onu 3 gün dəfn etmədilər. Milyonlarla fanatı axın-axın vidalaşmaq üçün gəlirdi, Madena küçələri gül yağışına tutulmuşdu. O ata-anası və körpə oğlunun dəfn olunduğu ailə məzarlığında torpağa tapşırıldı.
Özü getdi, milyonlarla ürəyi fəth etmiş sehrli səsi isə qaldı. Görünür tale bu səsi yalnız ona deyil, bütün bəşəriyyətə hədiyyə olaraq göndərmişdi.
İspaniyalı aktrisa və teleaparıcı Mariya Tereza Kampos 82 yaşında vəfat
İstanbulda 2 qadın gecə klubunda aləmi bir-birinə qatıb.
Məşhur britaniyalı aktyor, yazıçı və ssenarist Stiven Fray Kiyevə səfə
Bakıda qısqanclıq zəminində polis əməkdaşını qətlə yetirməkdə təq
Astrologiyada əhval-ruhiyyəsi ilə seçilən bürclər var. Çox vaxt xoşuna
Türkiyəli model Bahar Candan özü ilə Dubaya istirahətə getməyə adam axt
Fransanın Lion şəhərində az yaşlı qız kimono (Yaponiyanın milli geyimi)
İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi
"Atv" kanalında yayımlanan "Mən bu cahana sığmazam" ser
Sentyabrın 6-sı saat 19:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqə
Almaniya İtaliya, İspaniya və İsveçlə "Leopard 2" tankının yen
Geyimlər görünüşə birbaşa təsir edən amillərdən biridir. Gündəlik o