Prezidentdən hərbi xidmətə çağırışla bağlı fərman
Siyasət 06 Sen 2023 16:05:00 401 0
Preizdent İlham Əliyev Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Bu xəbəri də oxu: Ermənistanla bağlı 1919cu il planı gerçəkləşir
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra - yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçiriləcək:
sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında;
sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında;
dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında;
həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.
Yekun tibbi müayinənin Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılması, yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə" altsistemi (bundan sonra - altsistem) üzərindən həyata keçirilməsi müəyyən edilib.
Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla altı ay müddətində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn maliyyələşməni təmin etməli, Agentliyin inzibati bina ilə təmin edilməsi üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Nazirliyə 2024-cü il iyulun 1-dək altsistemin təkmilləşdirilməsini təmin etmək, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görmək tapşırılıb.
Cəlilabad rayon Sarxanlı kənd ümumi orta məktəbində baş verən qanunsuzl
Xəbər verdiyimiz kimi, İstanbul və Kırklarelidə leysan və sel bir sıra f
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Re
Xəbər verdiyimiz kimi, əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş
Məşhur aşbaz və aparıcı Ağakərim Şamidzadə yeni mövsümdən ATV-d�
Güneyli idmançı qız hakimlər tərəfindən qəddarlıqla döyülüb.
Yasamalın daha bir hissəsində köhnə binaların söküləcəyi xəbəri yay�
Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafe
Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri il�
Artıq Üçüncü Dünya müharibəsi başlayıb və Ukrayna bu müharibədə f�
Ermənistan münasibətlərin normallaşması istiqamətində real addımlar atm
Türkiyəli aktrisanın kişilər haqqında paylaşdığı mesaj gündəm oldu!
Bələdiyyə sənədi ilə fərdi evlər alan vətəndaşlar sonradan bir çox p
9-cu sinif buraxılış ımtahanlarının ciddiləşməsı bir tərəfdən məsu
Çin hakimiyyəti dövlət qulluqçularına iş prosesində "iPhone"