Yasamalda yeni söküntü başlayır... Sakinlər xəbərsizdir
Digərləri 06 Sen 2023 15:27:00 362 0
Yasamalın daha bir hissəsində köhnə binaların söküləcəyi xəbəri yayılmaqdadır.
Bəs köçürmə pörosesinə nə vaxt başlanılılacaq?. Əhaliyə nə qədər kompensasiya ödəniləcək?.
Son.az Xəzər TV-yə istinadən bildirir ki, Süleyman Tağızadə küçəsinin sakinləri artıq bir neçə ildir dayandırılan prosesə yenidən start verildiyini eşidiblər. Amma bununla bağlı sakinlərə nə rəsmi məlumat verən var, nə də onlara müraciət edən.
Sakinlər deyir ki, bu evlərin əksəriyyəti 1911-13 cü illərdə tikilib.
İsmayıl Qutqaşenli küçəsinin sakinləri iddia edir ki, artıq adı çəkilən ərazidə yaşayan sakinlərin qeydiyyatı aparılıb və evlərin ölçüləri götürülüb. Amma tikintinin kim tərəfindən aparıldığı ilə bağlı sakinlərə məlumat verilməyib.
Yasamal rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, hazırda "Təzəpir" məscidi ətrafında, Bəşir Səfəroğlu küçəsindən Azərbaycan propektindəki 5 mərtəbəli binaya qədər olan hissədə yerləşən fərdi evlərin sökülməsi barədə Nazirlər Kabinetinin qərarı mövcud deyil.
Növbəti mərhələnin icrası barədə Nazirlər Kabinetinin müvafiq qərarı olduğu təqdirdə sakinlərə əvvəlcədən bildirişlər təqdim olunacaq. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı gələcəkdə evləri söküləcək şəxslərə isə ödəniləcək kompensasiyanın məbləği mövcud qanunvericiliyə əsasən təklif olunacaq.
İsmayıl Qurtqaşenlı küçəsindəki söküntü isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Azərbaycan Texniki Universitetinin (AzTU) Mexatronika və maşın dizaynı kafe
Sosial şəbəkələrdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri il�
Artıq Üçüncü Dünya müharibəsi başlayıb və Ukrayna bu müharibədə f�
Ermənistan münasibətlərin normallaşması istiqamətində real addımlar atm
Türkiyəli aktrisanın kişilər haqqında paylaşdığı mesaj gündəm oldu!
Bələdiyyə sənədi ilə fərdi evlər alan vətəndaşlar sonradan bir çox p
9-cu sinif buraxılış ımtahanlarının ciddiləşməsı bir tərəfdən məsu
Çin hakimiyyəti dövlət qulluqçularına iş prosesində "iPhone"
Türkiyəli rejissor Abdulkadir Ceylan Ede üzmək üçün girdiyi "Sapanca
Türkiyə xarici ölkələrdə ilk müdafiə sənayesi müşaviri təyinatını
Həyatda nəyəsə nail olmaq üçün intensiv templə çalışmaq lazımdır. L
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər A
"WhatsApp" tərtibatçıları "Android"də interfeysin kütl
Slovakiya və Azərbaycan arasında Ağdam rayonunun Baş Qərvənd kəndində &
Fransa prezidenti Emmanuel Makronun Yerevana rəsmi səfər edəcəyi bildirili