Paşinyan Moskva həddini aşdı: "sabiq köpək"
Siyasət 06 Sen 2023 11:54:00 348 0
Paşinyanın "La Republica" qəzetinə müsahibəsi Rusiya XİN-i özündən çıxarıb. Paşinyan "La Republica" qəzetinə müsahibəsində bildirib ki, Rusiya Cənubi Qafqazda hər hansı tədbir görməklə və ya görməməklə regiondan uzaqlaşır. Rusiyanın maraqlarının bütünlüklə Ukrayna müharibəsinə yönəlməsindən şikayətlənən Paşinyana cavab gecikməyib. Rusiya XİN-in sözçüsü Zaxarova Paşinyanı məsuliyyətli olmağa səsləyib. O bildirib ki, əgər siyasi müstəvidə nəsə ürəyincə getmirsə, bunu başqasının üzərinə yıxmaqdansa səhvi özündə axtarmaq daha məqbul variantdır. Zaxarova həmçinin Paşinyanın Qarabağı Azərbaycan ərazisi adlandırmasına da maraqlı münasibət bildirib. Bu ifadənin xüsusi çəkisini erməni liderinin çiyinlərinə yıxaraq, Rusiyanın son 30 ildə formalaşdırdığı siyasi xəttin üzərinə kölgə salıb. O qeyd edib ki, "Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Paşinyandır, Biz buna nə edə bilərik?". Belə ifadə işlətməklə sanki, Azərbaycanın ərazi bütövlüyü və dövlət maraqlarına laqeyd münasibəti özü də bilmədən aşkara çıxarıb.
Bu xəbəri də oxu: Ermənistanla bağlı 1919cu il planı gerçəkləşir
Paşinyan və rəsmi Moskva arasındakı soyuq və qismən gərgin münasibət, Ermənistanda radikal qüvvələr üçün siyasi səhnəyə atılmaqda tramplin rolunu oynayır. Qondarma rejimdə hakimiyyətə Sarksyan-Köçəryan qruplaşmasının idarəçiliyə gəlməsi bunun bariz sübutudur. Görünür ki, sabiq prezidentlərin qruplaşması da mütilik prinsipi əsasında Rusiyadan verilən göstərişlərə əməl etmək niyyətindədir. Paşinyan vaxt qazanmağa çalışır... Siyasi postundan bərk yapışan Paşinyan təslim olmağı ağlından belə keçirmir. Gah milli maraqları dövlətin ümdə məqsədi kimi qələmə verir, bundan bir şey çıxmayanda Rusiya əleyhinə fikirlər səsləndirir. 44 günlük müharibədən sonra narazı qalan əhalini sakitlşdirərək, sonuncu şansını da itirmək istəmir. Dəyişən bir şey yoxdur... Paşinyan qalsa da, Sarksyan-Köçəryan qruplaşması hakimiyyəti ələ keçirsə də, Azərbaycana qarşı mövqe dəyişməz olaraq qalır. Azərbaycan Ermənistan sülh sazişinin uzadılması, Qarabağın erməni sakinləri üçün əsassız iddialar və hüquqi səlahiyyətlərin artırılması və s. kimi manevr və iddialar bir-birini əvəz edir. Rusiya özü də sülh müqaviləsinin gecikdirilməsinə maraqlıdır. Sülhməramlıların Qarabağdakı mövcudluğu Azərbaycan üçün zərrə qədər müsbət rol oynamır. Ülkər Vəliyeva Son.az
Liman-Kupyansk istiqamətində vəziyyət dəyişib. Ruslar hücum əməliyyatla
Rusiyanın axtarışa verdiyi aktyor Aleksey Panin Estoniyada saxlanılıb.
Ukrayna Silahlı Qüvvələri (SQ) Melitopol və Baxmut istiqamətlərində hüc
Sentyabrın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu
Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi
Ötən ilin dekabrında Bakıda Həzi Aslanov metrostansiyasının qarşısında
Gənclər və idman naziri Fərid Qayıbov Şahdağ Milli Parkına daxil olan &q
Sentyabrın 18-dən 28-nədək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirl
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb.
Bu gün Abşeron, Xəzər və Qazax rayonlarının bir hissəsinin qaz təchizat
Türkiyənin İstanbul şəhərində leysan yağışları nəticəsində Başak�