Raminəni əsgərlikdəki oğlu ilə telefonla danışarkən öldürübmüş...
Digərləri 06 Sen 2023 10:56:00 359 0
Ötən ilin dekabrında Bakıda Həzi Aslanov metrostansiyasının qarşısında keçmiş arvadı 1983-cü il təvəllüdlü Raminə Qəribovanı qətlə yetirən 1976-cı il təvəllüdlü İlqar Qəribovun məhkəməsi başa çatıb.
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, boşandığı həyat yoldaşını qətlə yetirən İ.Qəribov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Məlum olub ki, İ.Qəribov küçədə arvadını 14 bıçaq zərbəsi ilə öldürüb.
İ.Qəribov bildirib ki, baldızı və qayınanasının müdaxiləsindən sonra ailəsi dağılıb. Lakin o, R.Qəribova ilə gizli münasibəti davam etdirib.
Hadisə baş verən gün isə İlqar Naxçıvanda avtomobilini sataraq Bakıya gəlib və Raminənin işlədiyi "Su Pərisi" gözəllik salonunun qarşısına gələrək onu izləməyə başlayıb. Raminə iş yoldaşı ilə işdən çıxıb piyada yaxınlıqdakı yeni tikilidəki dərzinin yanına gedib və daha sonra yolun kənarına çıxaraq avtobus dayanacağında gözləyib. Bu zaman İlqar ona yaxınlaşaraq haradan gəldiyini soruşub və bıçaqla zərbələr endirməyə başlayıb.
Məhkəmədə İ.Qəribov keçmiş arvadını qısqanclıq zəminində öldürdüyünü deyib.
Zərərçəkmiş şəxs qismində tanınan mərhumun bacısı isə Raminənin bibisi oğlu olan İlqarla 15 yaşında nişanlandığını və həmin vaxtdan şiddət gördüyünü deyib: "Bacım və İlqar həmişə dava-qırğın münasibətlərində olub, hətta nişan qaytarma hadisələri də baş verib. Biz nişanı qaytarsaq da, İlqar israrla bacımla barışmaq istəyirdi. Atama, yəni dayısına söz vermişdi ki, Raminəni incitməyəcək. Lakin bu hallar illərlə təkrarlanaraq davam edib. Hadisə qısqanclıq zəminində baş verməyib. İlqar özünü haqlı çıxarmaq üçün hadisəni qısqanclıq zəminində törətdiyini deyir. Raminə İlqarı qısqandıracaq hər hansı bir hərəkət etməyib. Raminə və İlqar ailə qurduqdan sonra da dava-qırğın bitməyib. İlqarın Raminədən xəbərsiz birlikdə yaşadıqları evi satması İlqarla Raminə arasında yaranmış sonuncu davanın əsas səbəbi oldu. Belə ki, İlqar işindən ayrılaraq oğlunun və keçmiş arvadı Raminənin qazandıqları pulla dolanırdı.
Bacımın və oğlunun evdə hər hansı söz haqqı olmayıb. Ailə daxilində bütün qərarları həmişə İlqar özü verib. Bacım boşandıqdan sonra, eləcə də oğlu hərbi xidmətdə olan zaman Raminə qızı ilə birgə kirayədə yaşayırdı. Raminə boşandıqdan sonra İlqardan ayrı yaşamasına baxmayaraq, Raminənin işdən çıxıb təkbaşına evə gəlməsini, oğlunun ərgərlikdə olduğu müddətdə isə qızını məktəbə təkbaşına aparıb-gətirməsini, eləcə də evə bazarlığı təkbaşına etməsini və sair halları bəhanə edərək İlqar Raminəni güdürdü. İlqar Raminəyə "sənə bir şey edərlər, qoy yanında gedim", kimi sözlər deyirdi. İlqarın düşüncəsinə görə bir qadının başının üstündə mütləq kişi olmalıdır. Mənim ərim Vətən müharibəsi zamanı şəhid olub. İlqar mənim ərimin şəhid olduğunu bildiyi halda, dəfələrlə mənə, həmçinin mənim qızlarıma qarşı ağır təhqirlər ünvanlayıb. İlqar xəstə təfəkküründə olan bir insandır".
Mərhumun bacısı əlavə edib ki, Raminə öldürülərkən oğlu ilə telefonla danışırmış: "İlqar həmin gün bacımın yaşadığı evə gedib onunla barışmayacağı təqdirdə öldürəcəyi ilə təhdid edib. Raminə isə İlqara rədd cavabı verərək ölmək istədiyini, lakin onunla heç vaxt birgə yaşamaq istəmədiyini deyib. Hadisə Raminə işdən çıxıb evə gedərkən baş verib. Cinayət hadisəsi Raminə hərbi xidmətdə olan oğlu ilə telefonla danışarkən baş verib. Çünki bizə hadisə barədə xəbər verən məhz bacım oğlu, əsgərlikdən zəng edən oğlu olub. Bizə zəng edib "anama nəsə elədilər, qaçın" dedi. Həmin vaxt bacım İlqar tərəfindən 14 bıçaq zərbəsi ilə öldürülüb".
Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 sentyabr tarixli hökmü ilə İlqar Qəribova 16 il həbs cəzası təyin edilib.
Son.az
Gənclər və idman naziri Fərid Qayıbov Şahdağ Milli Parkına daxil olan &q
Sentyabrın 18-dən 28-nədək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirl
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici
Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb.
Bu gün Abşeron, Xəzər və Qazax rayonlarının bir hissəsinin qaz təchizat
Türkiyənin İstanbul şəhərində leysan yağışları nəticəsində Başak�
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli
Slovakiya 2024-cü ilin yazında Qarabağda "ağıllı" kəndin tikint
Rus elitası başa düşməlidir ki, Putini vəzifədən kənarlaşdırmadan sə
Böyük Britaniya hökuməti Rusiyanın "Vaqner" özəl hərbi şirkə
9-cu sinif buraxılış ımtahanlarının ciddiləşməsi bir tərəfdən məsu
Braziliyanın cənub bölgələrində baş verən qasırğa azı 22 nəfərin ö