Prezident İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib FOTO
Siyasət 05 Sen 2023 18:27:00 397 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Slovakiya parlamentinin sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, söhbət zamanı ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, energetika sahəsində əməkdaşlığın çox yaxşı səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Slovakiyanın "Həmrəylik Halqası" STRING layihəsində iştirakı əlaqələrimizin inkişafında çox mühüm hal kimi dəyərləndirilib.
Slovakiya nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərimizə səfər edəcəyi məmnunluqla qeyd olunub və bunun həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə yaxından tanışlıq üçün yaxşı imkan yaradacağı bildirilib. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya tərəfindən həyata keçiriləcək "Smart village" - "Ağıllı kənd" layihəsinin önəmi vurğulanıb.
Görüşdə Slovakiyanın Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.
Parlamentlərarası əməkdaşlıq məsələsinə toxunularaq Boris Kolların geniş nümayəndə heyəti ilə ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir. Onlar (uk
Salam Beynəlxalq Yeniyetmə Film Festivalının ikinci buraxılışının sonun
Abşeron rayon Mehdiabad qəsəbəsində ərazinin qanunsuz olaraq satıldığı
Tələbələrin ölkə daxilində yerləşən orta ixtisas və ali təhsil müə
Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Özbəkistana avtomobil sənaye
İranın Məhkəmə Sistemi həbsdə saxlanılan qadın jurnalist Nazilə Məruf
Biz Xankəndidə yaşayan erməni əhaliyə kömək etməyə hazır olduğumuzu,
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 6-sı axş
Azərbaycan Respublikasında səfərdə olan Slovakiya parlamentinin sədri Bori
Qərbi Azərbaycan İcması UNESCO ilə predmetli dialoqu çərçivəsində konk
Sertifikasiya imtahanından kəsilən, növbəti imtahanda isə iştirak etməy�
Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Özbəkistana avtomobil sənaye
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan�