Tələbələrin köçürülməsi üzrə nəticələr
Digərləri 05 Sen 2023 17:52:00 359 0
Tələbələrin ölkə daxilində yerləşən orta ixtisas və ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasını, eləcə də təhsil formasını dəyişməsi prosesi başa çatıb.
Bu xəbəri də oxu: “Siyəzən Broyler” ASCdə jurnalistlər üçün mediatur təşkil edib FOTOlar
Elm və Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 4 316 müraciət qeydə alınıb.
Müraciətçilərdən 456 nəfəri orta ixtisas təhsili müəssisəsindən, 3 276 nəfəri ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat, 62 nəfəri magistratura səviyyəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib. Xaricdə yerləşən ali təhsil müəssisələrindən transfer olunmaq istəyənlərin sayı 522 nəfər olub.
Orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2 649 nəfərin müraciəti müsbət cavablandırılıb. Köçürülməsinə icazə verilən 2 649 nəfərin 2 287-si bakalavriat səviyyəsi, 16 nəfəri magistratura səviyyəsi, 346 nəfəri isə orta ixtisas təhsil pilləsinin tələbəsi olub.
Köçürülmə ilə bağlı müraciət etmiş tələbələr şəxsi kabinetlərinə daxil olaraq nəticələr barədə məlumat əldə edə bilərlər.
Qeyd edək ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.
Xarici ali təhsil müəssisələrindən köçürülmə nəticələri yaxın günlərdə elan olunacaq.
Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Özbəkistana avtomobil sənaye
İranın Məhkəmə Sistemi həbsdə saxlanılan qadın jurnalist Nazilə Məruf
Biz Xankəndidə yaşayan erməni əhaliyə kömək etməyə hazır olduğumuzu,
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 6-sı axş
Azərbaycan Respublikasında səfərdə olan Slovakiya parlamentinin sədri Bori
Qərbi Azərbaycan İcması UNESCO ilə predmetli dialoqu çərçivəsində konk
Sertifikasiya imtahanından kəsilən, növbəti imtahanda isə iştirak etməy�
Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Özbəkistana avtomobil sənaye
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan�
29 ildir ki, qardaşımın həsrəti ilə yaşayırıq.
Türkiyəli müğənni Cem Adrian İzmirdəki konsertində tamaşaçıların dav
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Xüsusi Rabitə və