Neftin bahalaşması əhalinin sosial həyatına necə təsir edəcək?
Digərləri 05 Sen 2023 19:26:00 374 0
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1.20% və ya 1.13 dollar artaraq, 94.63 ABŞ dolları təşkil edib. Azərbaycanın 2023-cü il dövlət büdcəsində isə neftin bir barelinin qiyməti 60 ABŞ dolları dəyərində götürülüb. Göründüyü kimi, dünya bazarında neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulduğundan xeyli yüksəkdir.
Bu xəbəri də oxu: Tələbə kartının üstünlükləri nələrdir? AÇIQLAMA
Bunun dövlət üçün faydalarından danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, dünya bazarında neftin qiymətinin artması bir tərəfdən Dövlət Neft Fonduna, eləcə də, büdcəyə daxilolmalara birbaşa təsir göstərir.
"Xüsusilə nəzərə alsaq ki, neftin qiymətinin qalxması Azərbaycanın dövlət aktivlərinin artmasına təsir göstərir. Bu baxımdan təbii ki, neftin qiymətinin artması Azərbaycan üçün fiskal baxımdan əhəmiyyətlidir və büdcə gəlirlərindəki artımlar da nəticə etibarilə həm də xərcləmələrə birbaşa təsir göstərir. Əslində 2023-cü ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsinin əsas səbəblərindən biri də neftin dünya bazarında qiymətinin proqnoz qiymətdən daha yüksək olması ilə əlaqədar idi.
Bu baxımdan, neftin qiymətinin artması dövlət büdcəsindən xərcləmələr üçün, xüsusən də xərcləmələrən vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi baxımından imkanlar yaradır. Bu, həm işğaldan azad edilmiş ərazilərin bərpasının maliyyə baxımından təminatı üçün vacibdir, digər tərəfdən, dövlət büdcəsindən maliyyələşən layihələrin icrasına, o cümlədən, sosial proqramların maliyyələşməsinə müsbət təsir göstərir", - deyə deputat bildirib.
O qeyd edib ki, büdcə gəlirləri nə qədər artırsa, büdcədən sosial istiqamətə ayrılan vəsaitlərin həcmində də artımlar müşahidə olunur.
"2023-cü ilin dövlət büdcəsinin xərclərində sosial sahəyə ayrılan vəsaitlərin həcmi ümumi büdcə gəlirlərinin 46 faizini təşkil edir. Bu da ondan xəbər verir ki, büdcə gəlirlərinin artması kontekstində sosial təminat tədbirlərinin gücləndirilməsi prioritetliyini qoruyub saxlayır. Bu da daha çox sosial proqramların genişləndirilməsi və sosial təminat tədbirlərinin gücləndirilməsinə imkan yaradır", - deyə deputat əlavə edib. Son.az
"Salam mən Zarina. Bu arada sizlərlə yenidən tanışdıq axı..."
Moskva vilayətində Şabolda soyadlı deputat saxlanılıb.
"VMware Aria Operations for Networks" məhsulunda kritik boşluq aşka
Müğənni Elnarə Xəlilova bacısı ilə bağlı paylaşım edib.
Yaroslavl vilayətinin sakinlərinə ictimai yerlərdə tüpürmək qadağan edi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Slovak
Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir. Onlar (uk
Salam Beynəlxalq Yeniyetmə Film Festivalının ikinci buraxılışının sonun
Abşeron rayon Mehdiabad qəsəbəsində ərazinin qanunsuz olaraq satıldığı
Tələbələrin ölkə daxilində yerləşən orta ixtisas və ali təhsil müə
Türkiyə 2023-cü ilin yanvar-avqust aylarında Özbəkistana avtomobil sənaye
İranın Məhkəmə Sistemi həbsdə saxlanılan qadın jurnalist Nazilə Məruf
Biz Xankəndidə yaşayan erməni əhaliyə kömək etməyə hazır olduğumuzu,
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 6-sı axş