AzərbaycanMacarıstan Strateji Dialoqunun ilk iclası keçirilib FOTO
Siyasət 04 Sen 2023 20:45:00 305 0
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüşüb.
Bu xəbəri də oxu: Minsk qrupu gələn il ləğv olunacaq?
Azərbaycan Xarici İşlər Nazirliyindən Son.az-a bildirilib ki, nazir Ceyhun Bayramov və nazir Piter Siyarto arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclası keçirilib.
Görüş zamanı, Azərbaycan-Macarıstan arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Əlaqələrimizin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub.
Macarıstan ilə iqtisadiyyat, ticarət, əczaçılıq, mədəniyyət, təhsil, idman və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə enerji sahəsindəki tərəfdaşlığın əlaqələrdə əsas rol oynadığı vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərin əməkdaşlığa əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.
Görüşdə nazir Ceyhun Bayramov tərəfindən post-münaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan tərəfindən Ermənistan ilə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiyası istiqamətində göstərilən səylər barədə qarşı tərəfə ətraflı məlumat verilib.
Ermənistanın davamlı qeyri-konstruktiv yanaşma sərgilədiyi, hərbi-siyasi təxribatlar törətdiyi, öhdəliklərindən boyun qaçırdığı, Laçın sərhəd nəzarət buraxılış məntəqəsi təsis edilənədək Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə olunduğu bildirilib. Ermənistanın hələ də işğalçı qüvvələrini tam olaraq ölkəmizin ərazilərindən çıxarmadığı vurğulanıb.
Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh gündəliyi, bu çərçivədə ölkəmizin konstruktiv yanaşması və müvafiq səyləri müqabilində Ermənistanın ziddiyyətli və təxribatçı mövqeyi haqqında müqabil tərəfə məlumat verilib.
Xüsusilə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın hər vəchlə maneçilik törətməsi, Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayması qeyd olunub. Laçın yolundan gündəlik əsasda erməni sakinlərin keçdiyi, əraziyə böyük həcmli yüklərin daşınması üçün isə Ağdam-Xankəndi yolundan istifadənin Azərbaycan tərəfindən təklif olunduğu xatırlanıb.
Görüş zamanı, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və bu prosesdə Macarıstanın göstərdiyi marağa görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.
Daha sonra iki nazir Azərbaycan-Macarıstan Strateji Dialoqunun birinci iclasının protokolunu imzalayıblar.
Mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Türkiyəli müğənni Sinan Akçıl yeni avtomobil alıb.
Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib �
Hər üç iranlıdan biri sözün həqiqi mənasında mütləq yoxsulluqdan əzi
Xalq artisti Brilliant Dadaşova pandemiyada artıq çəki aldığını bildirib
Rusiyanın məşhur blogeri Mariya Qladkix Bakıya gəlib.
Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canana haqqında qalma
125 min dollardan çox balıq oğurluğu müşahidə kameraları vasitəsilə q
Pakistanın Qvadar şəhərində təlim uçuşu həyata keçirən hərbi helikop
56 yaşlı amerikalı musiqiçi, "Smash Mouth" qrupunun keçmiş solis
Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasındakı 94 həkimdən 50-