NMXda 94 həkimdən 50si ixtisasına uyğun fəaliyyət göstərmir
Digərləri 04 Sen 2023 19:02:00 342 0
Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasındakı 94 həkimdən 50-si ixtisasına uyğun fəaliyyət göstərmir.
Bu xəbəri də oxu: Honda tam elektrikli modellərinin FOTOlarını paylaşdı
Son.az "report"a istinadən bildirir ki, eyni hal Naxçıvan Perinatal Mərkəzi və bir sıra digər səhiyyə ocaqlarında da müşahidə olunur. Hətta Babək Rayon Mərkəzi Xəstəxanasında laboratoriya müdiri vəzifəsinə ixtisasca aqronom olan şəxs təyin olunub.
Hazırda muxtar respublika səhiyyəsində 400-dən çox vakansiya mövcuddur. İxtisaslı kadrlar çatışmadığından tibb müəssisələrində bu qədər boş yerlər yaranıb. Bu, o demək deyil ki, Naxçıvanda ixtisaslı istedadlı həkimlər yoxdur. Bütün bunlar ötən illərdə muxtar respublikada istedadlı həkimlərin fəaliyyətinə süni maneələrin törədilməsi, lazımi iş imkanlarının yaradılmaması nəticəsində yaranıb. Nəticədə yüzlərlə peşəkar tibbi kadr Naxçıvanı tərk edərək başqa yerlərə gedib. Hazırda paytaxt Bakı və qonşu Türkiyədəki dövlət və özəl tibb müəssisələrində Naxçıvandan gedən onlarla uzman həkim fəaliyyət göstərir və kifayət qədər tanınır.
Son aylar muxtar respublikanın səhiyyə sistemində əsaslı islahatlar aparılır, infrastruktur yenidən qurulur, kadr potensialı gücləndirilir.
Bu islahatlara uyğun olaraq qeyri-ixtisas həkim fəaliyyəti məsələsi də öz həllini tapır. Son aylarda işə götürülən tibbi kadrlar öz ixtisasına uyğun yerlərə təyin olunurlar.
Qanuna müvafiq olaraq vakansiyaya ya həmin ixtisas üzrə personal təyin olunur, ya da müəyyən hallarda həmin sahədə fəaliyyət göstərən mütəxəssislər müvafiq ixtisasartırma kurslarına cəlb olunurlar. Səhiyyənin inkişafı istiqamətində atılan addımlar isə öz nəticəsini verir. Respublikamızdan və dünyanın digər ölkələrdən yüksək potensiallı mütəxəssislər fəaliyyətini davam etdirmək üçün muxtar respublikaya üz tutub.
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı avqust ayı
Paytaxtda 7 kilosu 36 manata çiyə, yəni xüsusi üsulla emal olunan yağ sat�
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan
Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan ötən həftə üç gün Konqr
29-30 sentyabr və 1 oktyabr tarixlərində Şamaxıda Üzüm və Şərab Festiv
Dünya şöhrətli amerikalı pop-rok qrupu "İmagine Dragons"un konse
Araik Arutyunyanın "istefası"ndan sonra Qarabağdakı separatçılar
Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rə
Supermodel və Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həyat yoldaşı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (28.08.2023
Əməkdar artist Bəhram Bağırzadənin regionlardan Bakıya gələnləri şəh
2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda döyüş hazı