Fəridə Vəlixanova vəfat etdi


Kriminal 04 Sen 2023 18:39:00 203 0

Fəridə Vəlixanova vəfat etdi

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, fil.e.d., prof. Fəridə Vəlixanova dünyasını dəyişib.

Tanınmış elm xadimi 88 yaşında vəfat edib.

Fəridə Ağaəli qızı Vəlixanova 1935-ci ilin oktyabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Fəridə Vəlixanova orta təhsilini 132 saylı şəhər məktəbində almış, məktəbi qızıl medalla bitirdikdən sonra 1953-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur.

F.Vəlixanova 1958-ci ildə ali təhsilini başa vurub, azərbaycanlı professor Əziz Şərifin rəhbərliyi ilə yazdığı diplom işini uğurla müdafiə etmiş və universiteti yüksək qiymətlərlə qurtarmışdır. Ona Moskvada qalıb işləmək təklif edilsə də vətənə qayıdıb, Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda akademik M.A.Dadaşzadənin rəhbərlik etdiyi şöbədə elmi fəaliyyətə başlamışdır. İki il sonra o, SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasına daxil olmuş və 1964-cü ildə görkəmli ədəbiyyatşünas akad. Q.İ.Lomidzenin rəhbərliyi altında "Səməd Vurğun poeziyasının rus dilinə tərcümələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. F.Vəlixanova 1977-ci ildə uzun və gərgin bir əməyin nəticəsində hasilə gələn "Azərbaycan sovet poeziyası rus dilində" mövzusundakı doktorluq dissertasiyasını müdafiə edir.

1982-ci ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun tərkibində "Bədii tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi" şöbəsi yaradıldı və F.Vəlixanova şöbənin müdiri təyin edildi.

Fəridə Vəlixanovanın elmi-tədqiqatçılıq fəaliyyəti çoxcəhətlidir. O, Moskvada və Bakıda çıxmış "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (M., Nauka, 1963), ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" (B., "Elm", 1968), yeddicildlik "Çoxmillətli sovet ədəbiyyatı tarixi" (M., Nauka, 1970), altıcildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitablarında ədəbiyyatımızın beynəlxalq əlaqələrinə aid və s. icmal oçerklərlə həm müəllif, həm də elmi redaktor kimi iştirak etmişdir.

Görkəmli alim AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının üzvü, doktorluq və namizədlik dissertasiyaları üzrə Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının (1967-1982) ictimai əsaslarla elmi katibi, Əlaqələndirmə Şurasının üzvü, Respublika Prezidenti yanında AAK Ekspertlər Şurasının (1993-2013) üzvü, Moskva və Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra jurnal və məcmuələrin redaksiya heyətlərinin üzvü olmuşdur.

F.Vəlixanovanın Azərbaycan ədəbiyyatşünaslıq elmi sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, dəfələrlə Fəxri fərmanlarla mükafatlandırılmış, Əməkdar elm xadimi adına, Prezident təqaüdünə layiq görülmüşdür.

Üç gün konsert verən Röya səhnədə aldığı bədən xəsarətlərini like
  • 04 Sen 18:32  
Şou-biznes Üç gün konsert verən Röya səhnədə aldığı bədən xəsarətlərini

Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan ötən həftə üç gün Konqr

arrow Ətraflı
Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək like
  • 04 Sen 18:25  
Digərləri Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək

29-30 sentyabr və 1 oktyabr tarixlərində Şamaxıda Üzüm və Şərab Festiv

arrow Ətraflı
Keyn: like
  • 04 Sen 18:21  
Dünya Keyn:

Kapitoliyə hücum ölkədə hakimiyyətin sülh yolu ilə keçidinin qarşısı

arrow Ətraflı
Jony Dənizkənarı Milli Parkda rəqs etdi like
  • 04 Sen 18:10  
Şou-biznes Jony Dənizkənarı Milli Parkda rəqs etdi

Dünya şöhrətli amerikalı pop-rok qrupu "İmagine Dragons"un konse

arrow Ətraflı
Xankəndidə qarşıdurma kəskinləşir: like
  • 04 Sen 18:03  
Digərləri Xankəndidə qarşıdurma kəskinləşir:

Araik Arutyunyanın "istefası"ndan sonra Qarabağdakı separatçılar

arrow Ətraflı
PutinƏrdoğan danışıqları başa çatdı like
  • 04 Sen 17:49  
Dünya PutinƏrdoğan danışıqları başa çatdı

Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rə

arrow Ətraflı
Sarkozinin arvadı ictimaiyyət qarşısına açıqsaçıq geyimdə çıxdı like
  • 04 Sen 17:48  
Dünya Sarkozinin arvadı ictimaiyyət qarşısına açıqsaçıq geyimdə çıxdı

Supermodel və Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həyat yoldaşı

arrow Ətraflı
Azərbaycanda son 1 həftədə COVID19a yoluxanların sayı like
  • 04 Sen 17:44  
Digərləri Azərbaycanda son 1 həftədə COVID19a yoluxanların sayı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (28.08.2023

arrow Ətraflı
"Mədəniyyətin olsa, şortiklə çıxıb "lezva" reklam etməzsən" like
  • 04 Sen 17:37  
Şou-biznes "Mədəniyyətin olsa, şortiklə çıxıb "lezva" reklam etməzsən"

Əməkdar artist Bəhram Bağırzadənin regionlardan Bakıya gələnləri şəh

arrow Ətraflı
Azərbaycan Ordusunda döyüş hazırlığı üzrə yarışlar keçirilir  FOTO like
  • 04 Sen 17:34  
Digərləri Azərbaycan Ordusunda döyüş hazırlığı üzrə yarışlar keçirilir FOTO

2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda döyüş hazı

arrow Ətraflı
Əvvəllər qız olan oğlan əməliyyata görə peşmandır like
  • 04 Sen 17:29  
Dünya Əvvəllər qız olan oğlan əməliyyata görə peşmandır

Mel Jeffries adlı qadın hələ yeniyetmə vaxtlarından cinsiyyəti ilə barı

arrow Ətraflı
“Arvadıma dedim ki, seks kasetim çıxıb, bax...” like
  • 04 Sen 16:53  
Digərləri “Arvadıma dedim ki, seks kasetim çıxıb, bax...”

Türkiyədə prezidentliyə keçmiş namizəd, Cümhuriyyət Xalq Partiyasından

arrow Ətraflı
Ceyhun Bayramov Macarıstan XİN rəhbəri ilə görüşdü  FOTO like
  • 04 Sen 16:48  
Siyasət Ceyhun Bayramov Macarıstan XİN rəhbəri ilə görüşdü FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçi

arrow Ətraflı
Türkiyənin HÜRKUŞC təyyarəsinə yeni silahlar inteqrasiya ediləcək like
  • 04 Sen 16:21  
Digərləri Türkiyənin HÜRKUŞC təyyarəsinə yeni silahlar inteqrasiya ediləcək

Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən istehsal edilən H

arrow Ətraflı