Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək
Digərləri 04 Sen 2023 18:25:00 185 0
29-30 sentyabr və 1 oktyabr tarixlərində Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək.
Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 gün davam edəcək festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.
Qeyd edək ki, 2019-cu ildə keçirilən ilk Üzüm və Şərab Festivalı günlərində şərabçılıqla bağlı müxtəlif tədbirlər - şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları, musiqili proqramlar, əyləncələr təşkil olunmuşdu. Festival ilk dəfədən yerli sakinlər və qonaqların böyük marağına səbəb olmuşdu.
Bu il keçiriləcək festivalda da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər olacaq. Meysəri kəndindəki "Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisi sərgi, əyləncə, uşaq, piknik, suvenir və digər zonalara bölünəcək, şərab və yemək pavilyonları quraşdırılacaq. Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya etmək, bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanacaqlar.
Festival şərab istehsalçılarına yeni işguzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq imkanı yaradacaq. Ziyarətçilər festival günlərində maraqlı şou proqramın da iştirakçısı olacaqlar. Tədbirdə iştirak iTicket.az saytı vasitəsi ilə mümkündür.
Dünya şöhrətli amerikalı pop-rok qrupu "İmagine Dragons"un konse
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Araik Arutyunyanın "istefası"ndan sonra Qarabağdakı separatçılar
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rə
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Supermodel və Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həyat yoldaşı
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (28.08.2023
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Əməkdar artist Bəhram Bağırzadənin regionlardan Bakıya gələnləri şəh
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda döyüş hazı
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Mel Jeffries adlı qadın hələ yeniyetmə vaxtlarından cinsiyyəti ilə barı
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyədə prezidentliyə keçmiş namizəd, Cümhuriyyət Xalq Partiyasından
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçi
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən istehsal edilən H
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Məşhur aktyor Conni Depp barəsində yeni iddia irəli sürülüb
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)
Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın "La Repub
![arrow](http://son.az/assets/site/images/news/icon/arrow.png)