Zəfər Günündə danışdı: kaş danışmayaydı... VİDEO
Siyasət 04 Sen 2023 14:50:00 369 0
Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə təntənəli tədbir keçirilib. Türkiyənin ölkəmizdəki səfirliyinə hərbçilər, deputatlar, siyasətçilər, yazarlar, ictimai xadimlər, alimlər və s. toplaşmışdı.
Bu xəbəri də oxu: Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı?
Hərbçilər Azərbaycanla qardaş Türkiyə arasında hərbi-texniki əməkdaşlıqdan, siyasətçilər ölkələrimizin "bir millət, iki dövlət" prinsipi ilə əlaqələri qurub inkişaf etdirməsindən, yazarlar xalqlarımızın və dövlətlərimizin qardaşlıq bağlarından, ictimai xadimlər ölkələrarası münasibətlərin inkişaf perspektivlərindən danışdılar.
Qəlblər Qazi Mustafa Kamal Paşanın zəfərinin səsi ilə vururdu tədbirdə.
Həmin tədbirə qatılanlar arasında Milli Məclisin deputatı Arzu Nağıyev də vardı.
O, Zəfər Bayramı ilə bağlı açıqlamasında deyib: "101 il buncan öncə Türkiyənin hərbi qüvvələrinin yaranmasıdvr və bu gün də Türkiyə və Azərbaycan münasibətləri ilə bağlı... eyni zamanda bu bayram günü ilə məhz... səfirlikdə keçirilən bu tədbirdə biz də iştirak etdik".
Bu məntiqi bağı olmayan, didaktik əlaqədən kənar söz yığını ilə deputat nə demək istəyib - bəlli deyil.
Türkiyənin Silahlı Qüvvələrinin, yəni ordusunun 101 yaşı yoxdur. Türk ordusunun yaşı eramızdan əvvəl 209-cu ildən başlayır. Müasir Türkiyə Silahlı Qüvvələrinin təşəkkül günüsə 1920-ci ilin mayın 3-dür.
Zəfər Bayramında qardaş ölkənin ordusundan, siyasətindən, Türkiyə-Azərbaycan qardaşlığından və müttəfiqliyindən bəhs etmək əvəzinə deputat Nağıyev "biz də iştirak etdik" deyərək sanki əyalət diyarşünaslıq müzeyinə aparılan və orada fikri soruşulan məktəbli kimi bol təəssüratlarını izhar etməkdə aciz qalan söz lüğətini nümayiş etdirir.
Arzu Nağıyev ilk dəfə deyil belə "fundamental" açıqlamaları ilə gündəmə gəlir. O, əvvəllər də şərhləri və bəyanatları, suallara cavabları və müsahibələri ilə sosial şəbəkələrdə ironiya, habelə tənqid obyektinə çevrilmişdi.
Bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantı
"Telefondan çantaya" konsepti moda sənayesi üçün texnologiyaları
Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlər davam edir
Venesiyadakı qayıq icarəsi şirkətlərindən biri dünyaca məşhur reper Ka
Brend "Honor V Purse" yeni ecazkar "telefondan çantaya" kon
İstanbulda toy karvanı magistral yolu kəsərək, sürücülərin hərəkətin
Prezident İlham Əliyev "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mə
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2023-2024-cü tədris ilinin b
Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respubli
"WhatsApp"ın Android üçün beta versiyasında "Parametrlər&qu
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
İran İslam Respublikasının gələcək rəhbərinin kim olacağı haqda vaxta
Open to the World "Azerbaijan Dance Festival" 28-29 oktyabr 2023-cü i
Meksikada təşkil olunan cinsiyyət öyrənmə partisi faciəvi sonluqla nətic