“HONOR” “IFA 2023” sərgisində “HONOR V Purse” modelini təqdim etdi
Digərləri 04 Sen 2023 14:30:00 356 0
"Telefondan çantaya" konsepti moda sənayesi üçün texnologiyaları mənimsəyəcək yeni ideyalar gətirir.
Bu xəbəri də oxu: Bu bürcün sehrli gücü var
Berlin, Almaniya - 1 sentyabr, 2023 - Qlobal texnologiya brendi "Honor" "IFA 2023" sərgisində "HONOR V Purse" modelini təqdim etdi. Dünyanın ən böyük məişət elektronikası ticarət sərgisini özünün "Gələcəyi kəşf et" kimi düşündürücü şüarı ilə açan brend qatlana bilən smartfonu özünü ifadə etmək və dayanıqlı həyat tərzi üçün sonsuz imkanlar təqdim edən dəbdə olan çanta kimi yenidən təsvir edən möhtəşəm konseptual cihazını təqdim etdi.
Ən müasir moda texnologiyasının yeni sərhədini cızmaq
"HONOR" gələcək həyat tərzinin formalaşdırılmasında rol oynayacaq yeni "Telefondan çantaya" konsepti olan "HONOR V Purse" məhsulunu təqdim edir. Bu məhsul elektron cihazların özünü ifadə etmək üçün qeyri-məhdud imkanlar təklif edən dəbli istehlak məhsullarının tamamilə yeni kateqoriyasının başlanğıcını qoyur.
"HONOR V Purse" özündə smartfon hərəkət etdikcə reaksiya verən, sallanan zəncirlər, lələklər və qotazlar kimi dizayn elementlərinin də daxil olduğu çanta dizaynını təqlid edən bir sıra fərdiləşdirilə bilən həmişə açıq displeylər (AOD) ilə qatlana bilən smartfonu qüsursuz şəkildə əsl moda ifadəsinə çevirir.
Bu konsept telefon həmçinin ilgəklə bağlanan müxtəlif ölçülərdə dəyişdirilə bilən qayış və zəncirlərlə təqdim olunur ki, bu da smartfonu adi çanta və ya pulqabı kimi çiyində daşımağı asanlaşdırır. Bu özəllik sözügedən məhsulun gələcəkdə yeni dünya dəbinə çevriləcəyini vəd edir.
Daha dayanıqlı bir gələcəyi müəyyən etmək
Dayanıqlı inkişaf prinsipləri nəzərə alınmaqla hazırlanmış "Honor V Purse" "Honor"un ətraf mühitin mühafizəsinə sadiqliyini təcəssüm etdirir. Veqan dəri kimi ekoloji təmiz mənbələrdən əldə edilən materialların kəmərlərdə istifadəsi ilə yanaşı konseptin sonsuz fərdiləşdirilə bilən "AOD"ları (həmişə açıq ekran) hər hansı bir geyimlə uyğunlaşdırıla bilər. Moda sənayesi fiziki dünyanın sərhədlərini aşaraq daha rəqəmsal məkana keçdikcə texnologiya üslub və özünü ifadə üçün qeyri-məhdud imkanlar yaradır.
Bu yolla "Honor V Purse" ətraf mühitə həssas istehlakçıların sürətli dəb istehlakını azaltmalarına kömək edə bilər. Həmçinin istehlakçıları bu yolla daha az satınalma və məhsullardan daha uzun müddət istifadəyə təşviq etmək üçün dəb dünyasının yeni texnologiyaları mənimsəməsinə yardım edə bilər. "HONOR V Purse" sonsuz fərdiləşdirilə bilən AOD-ları sayəsində istənilən geyimlə uyğunlaşdırıla bilər və hər geyim üçün yeni bir çanta almaq ehtiyacı aradan qalxar. Diqqətlə seçilmiş materiallardan hazırlanmış və 400.000-dən çox qatlanma üçün nəzərdə tutulmuş "HONOR V Purse" gələcək illər ərzində sizin yanınızda olmaq üçün sevgi ilə hazırlanmışdır.
Unikal üslubunuzu əks etdirmək üçün sonsuz imkanlar
Brendin açıq əməkdaşlıq ruhunu təmsil edən "HONOR" "Burberry" "menswear"ın yaradıcı direktoru Bram van Diepen, müasir rəssam Yunuene Esparza, Çin İncəsənət Akademiyasının professoru Yuan Youmin və krossover rəssamı Xiao Hui Wang da daxil olmaqla, "HONOR Talents Global Design Awards" platformasının ən yaxşı mədəniyyət nümayəndələri ilə sonsuz moda imkanları təklif edən cihaz üçün bir sıra fərdi "AOD"lar dizayn etmək naminə bir araya gəlib. Proqramın növbəti mərhələsində dizaynerlərə giroskop, toxunuş və ya ambians sensoru kimi sensorlar çağırmağa imkan verən bir API-interfeys açmaqla "HONOR" dünyanın hər yerindən bu sənətə yeni başlayan istedadları həyat tərzini dəyişdirmək üçün ən son dizayn tendensiyalarını əks etdirən layihələrini inkişaf etdirməyə dəvət edəcək.
Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlər davam edir
Venesiyadakı qayıq icarəsi şirkətlərindən biri dünyaca məşhur reper Ka
Brend "Honor V Purse" yeni ecazkar "telefondan çantaya" kon
İstanbulda toy karvanı magistral yolu kəsərək, sürücülərin hərəkətin
Prezident İlham Əliyev "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mə
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2023-2024-cü tədris ilinin b
Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respubli
"WhatsApp"ın Android üçün beta versiyasında "Parametrlər&qu
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
İran İslam Respublikasının gələcək rəhbərinin kim olacağı haqda vaxta
Open to the World "Azerbaijan Dance Festival" 28-29 oktyabr 2023-cü i
Meksikada təşkil olunan cinsiyyət öyrənmə partisi faciəvi sonluqla nətic
Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin Şərur Aqrar İnkişaf Mərkə