Bu idarənin sabiq rəisləri barədə cinayət işi başlandı
Kriminal 04 Sen 2023 14:57:00 415 0
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev və digər əməkdaşların qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu xəbəri də oxu: Bıçaqlanan 15 yaşlı məktəblidən xəbər var
Baş Prokurorluğun Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, ibtidai istintaqla qeyd edilən şəxslərin qabaqcadan əlbir olaraq iş yoldaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin köməkçiliyi ilə həmin İdarədə formal olaraq işçi kimi rəsmiləşdirdikləri çoxsaylı şəxslərin əmək haqqı kartlarını götürərək maddi yardım, əmək haqqı və nəqliyyat vasitələrinə ayrılan yanacaqla bağlı kartlara köçürülmüş ümumilikdə 1 milyon 830 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Ağabəy Ağayev və Mahir Əliyevin cinayət yolu ilə əldə edilmiş pul vəsaitini özləri və qohumlarının adına müxtəlif əqdlər bağlamaqla Bakı şəhəri və Masallı rayonunda çoxsaylı daşınar və daşınmaz əmlaklar alaraq leqallaşdırmaları, eləcə də, Ağabəy Ağayevin ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alması ibtidai istintaq zamanı sübuta yetirilib.
Toplanmış sübutlar əsasında Ağabəy Ağayevə Cinayət Məcəlləsinin 179.3.2, 179.4 (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), Mahir Əliyev və Əjdər Fətullayevə həmin Məcəllənin 179.4, 308.2-ci, Sədrəddin Ağababayev və İsmayıl Əlizadəyə isə qeyd olunan Məcəlləsinin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə kömək etmə) və digər maddələrilə ittiham elan edilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslər və onların ailə üzvlərinə məxsus daşınar və daşınmaz əmlaklar üzərinə həbs qoyulub.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Çeçenistanda bir neçə bahalı avtomobilin toy korteji lentə alınıb.
Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə təntənəli tədbir keçi
Bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantı
"Telefondan çantaya" konsepti moda sənayesi üçün texnologiyaları
Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlər davam edir
Venesiyadakı qayıq icarəsi şirkətlərindən biri dünyaca məşhur reper Ka
Brend "Honor V Purse" yeni ecazkar "telefondan çantaya" kon
İstanbulda toy karvanı magistral yolu kəsərək, sürücülərin hərəkətin
Prezident İlham Əliyev "Xınalıq və Köç yolu" Dövlət Tarix-Mə
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2023-2024-cü tədris ilinin b
Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respubli
"WhatsApp"ın Android üçün beta versiyasında "Parametrlər&qu
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca
İran İslam Respublikasının gələcək rəhbərinin kim olacağı haqda vaxta